Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan "sazişin 3 prinsipi" ilə Tokayevi aldatmaq istədi - nail oldumu?..

Image


Əli Mustafa: "Azərbaycan dəymiş zərərin ödənilməsi məsələsini də mütləq qaldırmalıdır"

Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışıqlardan sonra deyib:

"Həmkarıma Azərbaycanla aparılan son danışıqları təqdim etdim, İrəvanın Ermənistan və Azərbaycan arasında razılaşdırılmış üç prinsip əsasında regionda sabitlik və sülhün bərqərar olmasına hazır olduğunu təsdiqlədim. Bu, 1991-ci il Almatı bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Ermənistanla Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, habelə dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, qarşılıqlı və bərabərlik prinsipləri əsasında regional infrastrukturların açılmasıdır. Sonuncu kontekstdə Ermənistan hökumətinin təklif etdiyi və reallaşınca regionda vəziyyəti kökündən dəyişə biləcək "Sülh qovşağı" layihəsi barədə danışdıq".

Göründüyü kimi, Paşinyanın sülh sazişi ilə bağlı irəli sürdüyü şərtlər tam olaraq prosesin sabotaj edilməsinə yönəlib. Onun səsləndirdiyi 3 prinsipin heç biri Azərbaycanın mövqeyinə  uyğun deyil.

Müstəqil siyasətçi Əli Mustafa "Bakı-Xəbər"ə açıqlamasında  bildirdi ki, Paşinyanın Tokayevə verdiyi bilgilər əslində beynəlxalq ictimaiyyətin anlaya biləcəyi konteksdə olan bilgilərdir: "Ancaq gerçəklik bir az fərqlidir. Həm Ermənistan tərəf, həm də Azərbaycan tərəf indiki status-kvo ilə hələ də razılaşmır. Formal olaraq, biz bu prinsipləri qəbul etsək də, orda bir sıra vacib detallar var. Söhbət ondan gedir ki, Ermənistan sovet dönəmində Azərbaycandan nə qədər ərazi qoparıbsa, bu ərazilərlə qurtulmaq, bizim onu tanımağımızı istəyir. Biz isə hissə - hissə oğurlanmış, qanunsuz, əsassız verilən Azərbaycan torpaqlarının araşdırılmasını istəyirik. Yəni əsas məsələ budur. Təbii ki, orda başqa məsələlər də var. Mən düşünürəm ki, Azərbaycan dəymiş zərərin ödənilməsi məsələsini də mütləq qaldırmalıdır. Çünki Ermənistan özü də bunu edir. Beynəlxalq məhkəmə də Azərbaycana qarşı çox ədalətsiz iddialarla çıxış edir, özünün etdiyi bütün əməlləri Azərbaycana yükləyir. Düşünürəm ki, Azərbaycan Qarabağ münaqişəsinin səbəbkarı olan hərbi cinayətkarların beynəlxalq mühakiməsini təmin etməlidir. Bir gün onlarla da bağlı tələb edəcəklər ki, həmin şəxslər siyasi məhbus kimi azad olunsun. Biz erməni faşizminin əsas ideoloqlarının, icraçılarının beynəlxalq mühakiməsini təşkil etsək, bu məsələdə də sabah hansısa haqsız duruma düşməyəcəyik. Əlbəttə, Qarabağla bağlı problemi də ermənilər aktiv saxlayırlar. Biz də Azərbaycandan qovulan insanlarımızın ora qaytarılması məsələsini gündəmdə saxlamalıyıq. Yəni vəziyyət odur ki, biz güzəşt edən kimi, onlar dərhal riyakarlıq edirlər, bizi məhkəməyə verirlər, beynəlxalq ictimai rəydə qara piarla bizi bombalayırlar. Bütün bunları nəzərə alaraq, Azərbaycan tərəfi nə qədər xəyanətkar, riyakar bir rəqiblə üz-üzə olduğunun fərqinə vararaq danışıqlar aparmalıdır. Milli maraqlarımızı, təhlükəsizlik məsələlərimizi öndə saxlamaq lazımdır. Biz unutmamalıyıq ki, ermənilər indi zəif olduqları üçün özlərini xoş göstərirlər. Ancaq azca güclənsələr, biz yenidən onların hədə-qorxularını, hücumlarını görə bilərik. Odur ki, Azərbaycan öz avantajlarını da düzgün qiymətləndirməlidir. Təbii ki, burada prinsiplər əsasında ümumi çərçivədə razılaşmaya maneə yoxdur. Qarşılıqlı tanınma əsasında ərazinin qədəri araşdırılmalıdır. Delimitasiya ilə bağlı proseslər aparılsa da, oğurlanmış ərazilərin təsdiqindən sonra yeni sərhədlər müəyyənləşməlidir. Təbii ki, kommunikasiyaların açılması normaldır. Burada da beynəlxalq hüquq prinsipləri əsas götürülməlidir.  Ancaq Zəngəzurun sonradan qanunsuz şəkildə Ermənistana verilməsi də nəzərə alınmalıdır. Qarabağla bağlı məsələlərdə də israrlı olacaqlarsa, biz də yüz il, hətta iki yüz il ərzində Qərbi Azərbaycandan qovulan, deportasiya olunan Qərbi Azərbaycan türklərinin ora qaytarılması məsələsini ortaya qoymalıyıq. Nəhayət, Azərbacana neçə milyon dollara qədər dəymiş zərərin məsələsi ortaya qoyulmalıdır, mütləq. Erməni faşizminin hərbi canilərinin beynəlxalq tribunada mühakiməsi məsələsi gerçəkləşdirilməlidir. Çünki bütün bunlar hamısı sülh danışıqlarına zərər vurmur. Əksinə, sülh danışığı o demək deyil ki, biz maraqlarımızdan imtina etməliyik. Gələcəkdə müharibə olmasın, ancaq biz haqqımızı ala bilək. O ki qaldı "sülh qovşağı" layihəsinə, mən də bunu cəfəngiyat hesab edirəm. Sanki "orta yola" alternativ kimi qoyulur. Əslində isə, gerçək olmayan bir məsələdir. Ermənistanın, Gürcüstanın dağlıq ərazilərindən hansısa yolların çəkilməsi çox ağır risq və xərcaparan layihədir. Bu bir növ Ermənistanı dalandan çıxarmağa xidmət edir. Ola bilsin ki, İran, Ermənistan siyasi əlaqələrini bu yol üzərindən bir az da bərkitmək istəyir. Hər halda, biz orta yolu düşünməliyik. Şimal - Cənub dəhlizi də onsuz da Azərbaycan ərazisindən keçir. Yəni biz Azərbaycan ərazisindən keçən yolların gerçəkləşməsində israrlı olmalıyıq. Ermənilər özləri bilər və öz layihələrinə sponsor tapıb-tapmayacaqları onların öz problemidir. Düşünürəm ki, Qazaxıstanın da bu məsələlərə qarışması ümumi işin xeyrinədir. Qazaxıstan da orta yolun açılmasında, kommunikasiyaların işlək olmasında, özünün yüklərinin Qərbə, Şərqə, Avropaya daşınmasında maraqlıdır və bizə potensial müttəfiqdir. Mən hesab edirəm ki, bu da müsbət dəyərləndirilməlidir".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ