Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanın Azərbaycana qarşı "irqçi siyasət" iddiası məhvə məhkumdur...

Image


Faiq Ələkbərli: "Ermənistanın Azərbaycana qarşı belə bir ittiham irəli sürməsi heç bir məntiqə, beynəlxalq hüquq çərçivəsinə sığmır"

Aprelin 15-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistanın Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr keçirilib. 

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dinləmələrdə "Azərbaycan beynəlxalq humanitar hüququn və digər beynəlxalq insan hüquqları normalarının iddia edilən pozuntularını heç bir şəkildə qəbul etmir"-deyə bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, Ermənistan məhkəmənin yurisdiksiyasına istinad etməzdən əvvəl Azərbaycanla məsələləri danışıqlar yolu ilə həll etmək öhdəliyindən yayınmağa çalışır. 

E.Məmmədov Ermənistanın daha əvvəl işğal etdiyi ərazilərdə Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyduğunu vurğulayıb: "Azərbaycan əraziləri 1991-1994-cü illər ərzində işğal edilib və 30 il işğal altında qalıb. Bu, monoetnik Ermənistan dövləti çərçivəsində birləşməyi nəzərdə tutan irqçi və milliyyətçi ideologiyanın nəticəsi olub". 

Azərbaycanı irqi ayrıseçkilikdə ittiham etmək nə qədər doğrudur?  

"...Bu cür əsassız iddia ilə heç nə əldə edə bilməyəcək, bu onun növbəti uğursuzluğu olacaq" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan tərəfin tutduğu mövqe və irəli sürdüyü tələb tamamilə beynəlxalq hüquqa uyğundur.  

Ermənistan tərəfinin Azərbaycana qarşı belə bir iddia ilə sözügedən məhkəməyə müraciət etməsinin əsassız olduğunu deyən F.Ələkbərli hesab edir ki, Ermənistanın bu iddiası, Azərbaycanın rəsmən bəyan etdiyi kimi, irqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya aid deyil. "Ermənistanın Azərbaycanı irqi ayrıseçkilikdə ittiham etməsinin heç bir əsası yoxdur, çünki bizim ölkəmizə bu məsələ tamamilə yaddır. Azərbaycanda heç zaman irqi, milli, dini ayrıseçkilik olmayıb, indi də yoxdur. Azərbaycan çoxmillətli dövlətdir, burada müxtəlif xalqların və dinlərin təmsilçiləri yaşayır, fəaliyyət göstərir"-deyə F.Ələkbərli bildirdi.

F.Ələkbərli qeyd etdi ki, Azərbaycan 44 günlük müharibədə də, 23 saat çəkən lokal antiterror tədbirləri zamanı da ermənilərə qarşı heç bir etnik təmizləmə, soyqırım həyata keçirməyib. "Bu proseslər beynəlxalq hüquq və hərb qanunları çərçivəsində gerçəkləşdirilib. Azərbaycanı bu cür ittihamlarla suçlayanlar dönüb öz keçmişlərinə baxmalıdırlar. Biz bilirik ki, Ermənistan vaxtilə öz himayədarlarının dəstəyi ilə 1991-1994-cü illərdə bir sıra şəhər və rayonlarımızda etnik soyqırım həyata keçirib. Demək olar ki, Qərb, Avropa Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırım cinayətlərinə göz yumdu, bir-iki bəyanat verməklə kifayətləndilər. Hətta onu da müşahidə etdik ki, azərbaycanlılara qarşı törədilən bu soyqırımları ermənilər təhrif edərək, onu  guya "azərbaycanlıların ermənilərə qarşı belə bir soyqırım cinayəti" törətdiyi kimi qələmə verməyə  çalışdılar. Belə mülahizələr, əsassız ittihamlar irəli sürdülər. Söhbət 1991-1994-cü illərdən gedir.

Əlbəttə, 44 günlük Vətən müharibəsi dövründə də, 23 saatlıq antiterror tədbirləri zamanı Azərbayanın hədəfi heç zaman mülki əhali olmayıb, heç bir sivil erməniyə güllə atılmayıb. 

Bütün baş verənlər Ermənistanın və Qarabağda qanunsuz məskunlaşan separatçıların öz günahıdır. Vaxtında Azərbaycnın tələblərinə əməl etsəydilər heç nə baş verməzdi. Ermənistan öz qanunsuz hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmalı idi, separatçılar "dövlət" oyununa son verib, öz ziyanlı fəaliyyətlərini dayandırıb təslim olmalı idilər. Amma onlar bunun əksini etdilər. Burada bir məqam da odur ki, sepratçılar qəsdən mülki obyektlərdə yerləşirdilər, uşaq bağçalarına, xəstəxanaya, məktəblərə sığınırdılar, oralardan hərbi məqsədlərlə istifadə edirdilər. Bunu hər kəs bilir. Qarabağdan ermənilər könüllü köçüb getdilər, onların birinin də burnu qanamadı. Qarabağda ermənilərə qarşı heç bir etnik təmizləmə baş verməyib. Özlərinin saysız müsahibələri var, o müsahibələrə baxsınlar. Bu mənada Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü bu ittihamın heç bir anlamı yoxdur. Azərbaycan monoetnik dövlət deyil. Bu gün ölkəmizdə ermənilər də, başqa azsaylı xalqlar, etnik qruplar də yaşayır. Əgər Azərbaycan etnik təmizləmə həyata keçiribsə, onda nə üçün Azərbaycanda  öz milli və dini kimliyini qoruyan bu qədər etnos, etnik qrup yaşayır? Bizim ölkədə nə qədər erməni yaşayır. Kim onlara nə deyir? 

Monoetnik ölkə Ermənistandır ki, orada ermənilər, bir də onlara yaxın olan bir-iki etnik qrup yaşayır, onların da dini və milli kimliyi dəyişdirilib, erməniləşdirilib. Orada əhalinin 99 faizi haylardan ibarətdir. Azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırım siyasəti nəticəsində orada bir nəfər də olsa azərbaycanlı qalmayıb. İrqi, milli, dini ayrıseçkiliyin ünvanı Ermənistandır, orada insanlar milliyyətinə, dininə, irqinə görə hər cür faciəyə düçar olub. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı belə bir ittiham irəli sürməsi heç bir məntiqə, beynəlxalq hüquq çərçivəsinə sığmır. Ermənistan bu cür əsassız iddia ilə heç nə əldə edə bilməyəcək, bu onun növbəti uğursuzluğu olacaq. Ola bilsin, yalnız bəzi Qərb dövlətlərindən və təşkilatlarından maddi yardım, ianə ala bildi, qalan məsələlərdə əli boşa çıxacaq"-deyə F.Ələkbərli əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ