Cümə axşamı günü, 05 noyabr 2026
     

"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə

Image


Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın təkmil inkişaf modelini, hər bir sahədə zəngin təcrübəyə malik olmasını, islahatçı ölkə kimi nüfuz qazanmasını, ən əsası qalib xalq və dövlət olaraq yaratdığı yeni reallıqları təqdir edir. Azərbaycan ötən hər gün sabitlik diyarı kimi qazandığı imicinə yeni-yeni əlavələr edir. İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri zamanı tarixi zəfərlərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın hazırda sözünün imzası qədər dəyərli olması hər birimizi qürurlandırır. Təbii ki, hər bir uğurumuzun əsasında xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı dayanır. Vətən müharibəsində tarixi Zəfərimizin simvoluna çevrilən "dəmir yumruq" bu birliyin təqdimatı oldu.

Bütün bunları görməmək siyasi korluqdur. Bu uğurların fonunda "sapı özümüzdən olan baltalar"ın öz şəxsi ambisiyalarının quluna çevrilmələri, xarici himayədarlarının oyuncağı funksiyasını yerinə yetirərək onların çaldığı havaya oynamaları, anti-Azərbaycan dairələrin hazırladıqları ssenarilərin icrasının  qarşılığında alacaqları  qrantlar uğrunda bir-biriləri ilə didişmələri hər kəsə məlum olan faktlardır. Bu gün demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan hüquqlarının  qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır. Amma uzun illərin təcrübəsi sübut edir ki, radikallığı  fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən antimilli ünsürlərdən belə bir konstruktiv mövqe gözləmək sadəlövhlük olardı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti yarandığı gündən xarici anti-Azərbaycan dairələrin layihəsi olduğunu hər an büruzə verən və atdığı bütün addımlarla bunu təsdiqləyən "Milli Şura" adlanan, əslində isə bütün əməllləri ilə antixalq və antimilli mövqedə dayandığını təsdiq edən üzdəniraq qurumun 21 aprel tarixinə planlaşdırdığı mitinq şousuna yönəldib. Radikal ünsürlər xaricdəki anti-Azərbaycan qüvvələri tərəfindən aldıqları mitinq sifarişini yerinə yetirmək istəyirlər… Məlumdur ki, zaman-zaman Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, xalqda ölkə iqtidarına qarşı narazılıq formalaşdırmaq dövlətimizin müstəqil siyasətini, davamlı uğurlarını həzm etməyən xarici anti-Azərbaycan qüvvələrini düşündürən məsələlər olub. Daxili bədxahlarımız həmin qüvvələrin maraqlarının ifadəçisinə çevrildikləri üçün mitinq tapşırığını, necə deyərlər, canla-başla qəbul edirlər. Dövlət maraqları bu ünsürlər üçün həmişə arxa planda olub. Belə sifarişli mitinqləri keçirmək cəhdi müxalif düşərgədə mövcud vəziyyətə də aydınlıq gətirir. Düşərgənin konstruktiv qanadı belə sifarişlərə, onların icraçılarına hər zaman mənfi münasibətini bildirir, dağıdıcı antimilli ünsürlərin siyasi meydanı tərk etmələrini tələb edirlər. Müxalifətçilik anlayışının mahiyyətini hələ də dərk etməyən Kərimov Əli kimi xain ünsürlər bu haqlı tələblərdən nəticə çıxarıb siyasət meydanını tərk etmək əvəzinə dövlətə, xalqa xəyanət yolunu tutmağı "qəhrəmanlıq" kimi qəbul edirlər. Belələrinə xalqın verdiyi cavab dəyişməzdir. Siyasi meydanın küncünə sıxışdırılan bu ünsürlər özlərinə cəsarət tapıb  bu meydanı tərk etməlidirlər.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, başları Azərbaycan əleyhinə təbliğat aparmağa, uğurlarımıza qara eynəkdən baxmağa qarışan qondarma "milli şura"çılar cəmiyyətdə ixtilaf yaratmaq məqsədi daşıyan mitinq cəhdlərindən utanc hissi keçirmirlər. Bu gün Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalqın öz Prezidentinə inamı sonsuzdur. Bunu şərtləndirən amillər, təbii ki, göz qabağındadır. Dövlətimizin qətiyyəti, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olunur. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcı olmaqla yanaşı, həm də 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Bu seçkilər Azərbaycanın uğurlarının, demokratik proseslərin sürətləndirilməsinin təqdimatı oldu. Bunları inkar edib heç bir əsası olmayan iddialarla insanları iğştişaşlar törətməyə çağırmaq bədnam "milli şura"çıların çirkin niyyətlərinin daha bir iyrənc təzahürüdür. Bu gün xalq arasında nüfuzu sıfırın altında olan Kərimov Əli kimi avantüristin guya mitinqin zəruriliyi ilə bağlı fikirləri dağıdıcı ünsürlərin xəbis niyyətlərini bir daha ifşa edir. Mitinq çağırışları ilə varlıqları barədə görüntü yaratmağa çalışan kərimov əlilər 30 il öncənin nostalji hissləri ilə yaşayırlar. Bu xain ünsürlər unudurlar ki, nə Azərbaycan həmin dövrün Azərbaycanı, nə də xalq həmin xalqdır. Özləri, həmçinin sosial bazaları barədə böyük görüntü yaratmağa çalışan bu ünsürlərin əvvəllər keçirdikləri mitinqlərə insanları hansı yollarla topladıqları məlumdur. Həmin mitinqlərin iştirakçıları bir qayda olaraq özlərinin ailə üzvləri idilər. Dağıdıcı ünsürlərin zaman-zaman özlərinin mitinq şoularının fiaskoya uğramasında hakimiyyəti günahlandırmaq cəhdləri gülüncdür.

Vüqar Rəhimzadə vurğulayıb ki, dağıdıcıların 21 aprel mitinq-şoularının tələblərinə diqqət yetirdikdə onların əsl niyyətləri bəlli olur. Absurd tələblərin heç bir əsası yoxdur. Azərbaycan sosial dövlətdir. Ölkəmizin iqtisadi inkişafı güclü sosial siyasətlə tamamlanır. Minimum əməkhaqqının, pensiyaların, digər müavinətlərin artırılması dövlətimizin sosial-iqtisadi siyasətinin əsas göstəriciləridir. Digər tərəfdən, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin insan amilinə yüksək dəyər verdiyini bir daha əyani surətdə nümayiş etdirir.

 Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına çağırılması xəyanətdir. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan görüşü də daxili bədxahlarımızın  xainliyinə işıq saldı. Regionda sülhə və təhlükəsizliyə maneə olan bu görüşə antimilli ünsürlərin dəstəyi Qərbdəki anti-Azərbaycan və ermənipərəst dairələrin "beşinci kalon"u hərəkətə gətirmək niyyətini və  ölkə daxilindəki sabitliyi pozmaq, xalq-iqtidar birliyinə kölgə salmaq cəhdlərini nümayiş etdirdi. Azərbaycana qarşı hər zaman belə cəhdlər olub. Lakin hər dəfə bu cəhdlər dövlətimizin uğurlu siyasəti, xalqımızın birliyi, qətiyyəti sayəsində iflasa uğrayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ