Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan - Ermənistan normallaşmasında yeni vasitəçi platforma meydana çıxdı...

Image


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib. O, bu barədə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib: 

"Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə, xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır. Biz İrəvan və Bakının sülh sazişini imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz bizə dost olan iki ölkənin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir". 

Ekspertlər bu açıqlamanı təsadüfi hesab etmirlər. Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Naumov "Vestnik Kavkaza" nəşrinə açıqlamasında bu xüsusda qeyd edir ki, Qazaxıstan prezidentinin Ermənistana səfərində aşkar vasitəçilik missiyası xüsusi yer alır: "Kasım-Jomart Tokayev İrəvana təkcə Ermənistan-Qazaxıstan deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri haqqında danışmaq üçün gəlib. Onun səfəri böyük maraq doğurur, çünki bir ay əvvəl, martın 11-də Qazaxıstan prezidenti Azərbaycana səfər edib, orada prezident İlham Əliyevlə danışıqlar aparıb. O zaman belə nəticəyə gələ bilərik ki, Astana ən azı özünü regionda yeni sülhməramlı qüvvə olaraq elan etməyə çalışır. Nəzərə alınmalıdır ki,  Qazaxıstan postsovet məkanında yerləşən qüvvədir, ondan kənarda deyil. Ermənistan-Azərbaycan  qarşıdurmasının beynəlmiləlləşməsinin qarşısının alınması zərurətinə dair Qazaxıstan konkret mövqe sərgiləyir". Bununla yanaşı, Aleksey Naumov bildirib ki, Avropa İttifaqı və ABŞ kimi vasitəçilər arxa plana keçə bilər: "Biz Azərbaycandan tez-tez eşidirik ki, ilk növbədə, təkbətək dialoq lazımdır və burada əsas fikir ondan ibarətdir ki, Avropa İttifaqı və ABŞ kimi böyük tərəflər nizamlanmaya cəlb edilməməlidir. Kobud desək, qlobal ambisiyaları olmayan, eyni zamanda özünü beynəlxalq prosesin mühüm iştirakçısı hesab edən orta səviyyəli dövləti təmsil edən sülhməramlı rolunu oynamalıdır. Qazaxıstan mümkün variantdır. Qazaxıstanda təbiət hadisələri ilə bağlı çətin vəziyyətin mövcud olduğunu nəzərə alsaq, Kasım-Jomart Tokayevin dedikləri kifayət qədər güclü bəyanatdır. Kasım-Jomart Tokayev Bakıya səfərindən bir ay sonra Ermənistana getməyə vaxt tapır və azərbaycanpərəst güc kimi tanınır. Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdürlər, Astana Azərbaycanın Qarabağ iqtisadi rayonunun bərpasında iştirak edir, ona görə də ümid edirəm ki, Tokayev Nikol Paşinyanı öz mövqeyini dəyişməyə təşviq edə biləcək.  Bu, ümumiyyətlə, həm Ermənistanın özü, həm də bütün Qazaxıstan üçün faydalı olacaq".

Elə qazaxıstanlı politoloq, Avrasiya İnteqrasiya İnstitutunun direktoru Urazqali Selteyev də bildirir ki, Kasım-Jomart Tokayevin Ermənistana bir günlük rəsmi səfəri sülhməramlı gündəmi ehtiva edir: "Onun Ermənistana qısamüddətli səfəri təbii ki, təcili sülhməramlı missiyadır. 24 saatdan az müddətdə dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla Azərbaycanla nizamlama planını müzakirə edib. Güman ki, hər iki tərəf Qazaxıstanı bu ən mürəkkəb danışıqlarda vasitəçi etmək istəyir". Onun fikrincə, regionda həm Azərbaycan prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın Qazaxıstan dövlət başçısı qədər eyni dərəcədə etimad göstərdiyi başqa bir siyasətçi yoxdur: "Aydındır ki, bu məsələ Tokayevin Bakıya son səfəri zamanı da müzakirə olunub". Erməni politoloq Mikael Zolyan qeyd edir ki, 2020-ci il müharibəsindən sonra Ermənistan cəmiyyəti çox şeyləri yenidən düşünməyə başlayıb: "O cümlədən, bəziləri belə qərara gəliblər ki, respublikanın Azərbaycan və Türkiyə ilə münaqişədə olduğu və bütünlüklə Rusiyanın himayəsinə arxalandığı son 20 ildə Ermənistan hakimiyyətinin apardığı siyasət fəlakətə gətirib çıxarıb. Sonrakı hadisələr onları buna daha da inandırdı. Paşinyanı populist mövqelərdən tənqid edən müxalifətçilər heç nəyi dəyişə bilməz. Bəlkə də sabah regionda geosiyasi tarazlıq dəyişsə, onların ideyaları yenidən populyarlaşacaq, amma bu gün belə deyil. Ermənilər bilirlər ki, yeni müharibə onlar üçün fəlakət olacaq, ona görə də qonşuları ilə kompromis axtarmaq lazımdır". Politoloq qeyd edib ki, məhz Qazaxıstan burada vasitəçi ola bilər. Qazaxıstandan olan ekspert Dosim Satpayev Qazaxıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olduğunu və Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə çağırdığını vurğulayıb: "Qazaxıstan üçün sərhədlərinin toxunulmazlığı postsovet məkanında əsas xarici siyasət məsələlərindən biridir. Vaxtilə Qazaxıstan Azərbaycanla həll edilməmiş ərazi mübahisələri səbəbindən, hətta Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasının əleyhinə idi. Ermənistan vaxtilə Azərbaycanla əməkdaşlıq etdiyinə və onu dəstəklədiyinə görə Qazaxıstan və Belarusun KTMT-dən çıxarılmasına çağırış edib. Amma indi vəziyyət dəyişib".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ