Cümə axşamı günü, 05 noyabr 2026
     

İranın İsrailə birbaşa ilk hücumu - Yaxın Şərqdə qanlı savaşın əsası qoyuldu...

Image


Dünya gündəmində xüsusi diqqət cəlb edən hadisələrdən biri də İran və İsrail arasında artan gərginlikdir. 

Qeyd edək ki, İsrail ötən bazar günü İranın ölkəyə qarşı görünməmiş hücumda 320 döyüş başlığı atdığını, lakin hava hücumundan müdafiə sisteminin ABŞ və digər dəstək verən ölkələrin müdafiə vasitələri ilə birlikdə onların 99 faizini vurduğunu bildirib. İsrailin müttəfiqləri arasında ABŞ, həmçinin Böyük Britaniya, İordaniya da var.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner İranın İsrailə qarşı 170 partlayıcı dron, 120 ballistik raket və 30 qanadlı raket atdığını, bunların əksəriyyətinin birbaşa İran ərazisindən gəldiyini, lakin bəzilərinin İraq və Yəməndə İranın proksi qüvvələri tərəfindən atıldığını bildirib. İsrailin Müdafiə Nazirliyinin sabiq sözçüsü Conatan Konrikus deyir ki, bu, yeni Yaxın Şərqin ilk günüdür - İran ilk dəfədir ki, İsrailə öz torpağından, birbaşa hücum edir. Onun sözlərinə görə, bu, ABŞ da daxil olmaqla, başqa ölkələri də münaqişəyə cəlb edə bilər.   İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Bağiri dövlət televiziyasına deyib ki, İsrail cavab tədbirləri görəcəyi təqdirdə İranın cavabı sonuncu hücumdan daha böyük olacaq. İran həmçinin Vaşinqtonu xəbərdar edib ki, ABŞ İsrailin cavab tədbirlərini dəstəkləsə, Amerika bazaları da hədəf alınacaq. Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, döyüş başlıqlarının böyük əksəriyyəti İrandan buraxılıb. Kirbi İsraili hədəf aldıqları vaxt raketləri bölgədəki digər ölkələrin üzərindən göndərməklə, onların bunu beynəlxalq hava məkanını pozmadan etməsinin mümkün yolu olmadığını deyib. Kirbi İsrailin İranın hücumlarına qarşı müdafiəsini inanılmaz hərbi nailiyyət adlandırıb. O, hücumlar nəticəsində İsrailə çox zərər vurulmadığını bildirib. İsrail bildirib ki, hücum nəticəsində 7 yaşlı qız da daxil olmaqla, ümumilikdə 12 nəfər yaralanıb. Həmçinin bir hərbi bazada təyyarə yolu yüngül zərər görüb. Kirbi deyib ki, ABŞ İrandan gələn döyüş başlıqlarının vurulmasına kömək etsə də, İsrailə İrana hücumda iştirak etməyəcəyini bildirib. Bununla belə, İsrailin müdafiə naziri Yoav Gallant İranın son hücumunun qarşısının alınmasına baxmayaraq, hərbi kampaniyanın bitmədiyini bildirib və "hər hansı bir ssenariyə hazır olmalıyıq" deyib.

Müharibə kabinetinin naziri Benny Qantz İsrailin hücuma cavab verəcəyini bildirib: "Biz regional koalisiya yaradacağıq və İrandan bizim üçün əlverişli şəkildə və vaxtda bədəl tələb edəcəyik". 

İranın öz ərazisindən İsrailə hava zərbəsi endirməsi rəqib regional güclər arasında qarşıdurmada ciddi eskalasiyaya səbəb olub və ABŞ qüvvələrinin İsrailə dəstək üçün səfərbər olmasına yol açıb. Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun baş elmi işçisi olan Yakob Nagel bildirib ki, İranın İslam Respublikası ilə İsrail arasında onilliklər ərzində davam edən düşmənçilik şəraitində ilk dəfə törədilmiş bu hücum, çox güman ki, münaqişədə dönüş nöqtəsi olacaq: "Yəqin ki, biz regional qarşıdurmanın şahidi olacağıq, çünki bu, İranın təkcə İsrailə qarşı deyil, azad dünyaya qarşı olmasıdır". Məsələ ilə bağlı "Nyu York Tayms" qəzeti yazır: "Tehran genişmiqyaslı müharibə istəmir. Amma İran və ya İsrailin artıq kölgədən çıxan münaqişəni qızışdırmağa qərar verib-verməyəcəyi bəlli deyil. İran vəd etdiyi kimi İsrailə hücum etdikdən sonra daha geniş müharibədən qaçmaq istəyəcək, rəsmilər və analitiklər qeyd edirlər ki, iranlılar mülki əhali arasında itkilərin qarşısını almaq üçün yalnız hərbi obyektləri hədəfə alıblar və hücumlarını əvvəlcədən elan ediblər. Amma İran Beynəlxalq Böhran Qrupunun direktoru Əli Vaezi qeyd edib ki, İran hökuməti Dəməşqə zərbənin strateji bir dönüş nöqtəsi olduğu qənaətinə gəlib. İranın illərdir İsraillə apardığı kölgə müharibəsi indi ABŞ-ın da daxil ola biləcəyi çox real və zərərli münaqişəyə çevrilmək təhlükəsi yaradır". Beləliklə, İranın İsrailə birbaşa hücumu Yaxın Şərqdə qarşıdurma tendensiyasını gücləndirə bilər. Təsadüfi deyil ki,  İsrail prezidenti İsxak Hersoq İranın bazar günü gecə İsrailə hücumunu müharibə elanı adlandırıb: "Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu əsl müharibəyə oxşayır. Mən düşünürəm ki, bu müharibə elanıdır". Bununla yanaşı, dövlət başçısı İsrailin ərazisinin gecə atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb. Amma faktdır ki, İranın 5 saatlıq hücumu regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsas verib. Proseslər göstərir ki, Yaxın Şərq regionu hələ uzun illər dünya siyasətində mühüm geosiyasi nöqtə olaraq qalacaq. Üstəlik, İranın bu hücumu ilə İsrail yenidən Qərbin dəstəyini qazandı. Bu fonda müharibənin şiddətlənməsi daha çox sayda ölkənin savaşa cəlb olunması deməkdir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ