Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan parlamentə buraxmadığı müxalif deputatlarla 4 kəndimizin üzərində oyun qurur...

Image


Bəhruz Quliyev: "İlk baxışdan bunu hakim partiyanın məqsədyönlü addımı kimi qəbul etmək olar, amma bir az dərinə getsək daha təhlükəli nüansları üzə çıxarmış olarıq"

"Ermənistan Azərbaycanın Qazax rayonunun 4 kəndindən sərhədlərin delimitasiyası prosesinə başlanmasının əleyhinə deyil". Ermənistan KİV-in verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

"Biz Tavuş əyalətindən və Azərbaycanın Qazax rayonunun 4 kəndindən delimitasiya prosesinin başlanmasının əleyhinə deyilik", - o qeyd edib.

Qeyd edilənə görə, Ermənistan Milli Assambleyası (parlamenti) müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə aprelin 9-da Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib. Bu məsələnin müzakirəsi bağlı qapılar arxasında aparılıb. Ermənistanın keçmiş müdafiə naziri, parlamentin "Hayastan" müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan və Ermənistan parlamentinin daha 9 deputatı iclasa buraxılmayıb.

Məlumat üçün bildirək ki, martın 7-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan və Ermənistan  arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan  arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Ermənistanda müxalifət təmsilçiləri Azərbaycanın anklav kəndlərinin qaytarılma məsələsinin müzakirə olunduğu iclasa niyə buraxılmayıb? Burada nə kimi plan var? Paşinyan o adamların iclasda iştirak etməsindən qorxur, ya bu gələcək üçün gizli bir oyunun detalıdır ki, bu adamlar meydanda çıxıb "bizim heç nədən xəbərimiz yoxdir, sənədləri  Paşinyan özü imzalayıb" deyə bilsinlər? Gələcəkdə bu, müxalifətin Paşinyanla oynamaqdan kənara çəkilməsinə bir baza, imkan, fürsət yaratmaq cəhdi kimi dəyərləndirilə bilərmi? Çünki əgər müxalifət o iclasda iştirak etməyibsə, bir-iki ildən sonra çıxıb "biz belə danışıqlar aparmamışıq" deyə bilərlər. Məqsəd də bundan ibarət ola bilərmi ki, müəyyən qüvvələri bu prosesdən kənarda saxlayıb, sonradan onları küçə hərəkatının qabağında aparıcı qüvvə kimi təqdim edə bilsinlər? Yəni  burada Ermənistan tərəf nə dərəcədə səmimidir ki, sərhədlərdən ordunu belə lənğ geri çəkir?     

"Bu bir "erməni gedişi" dir" 

"SƏS" Media qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, baş verənlər yeni "erməni oyunu"dur. "Ermənistanın sülhə məcbur edilirkən təxribat əməllərini daim ehtiyatda tutması yenilik deyil. Destruktiv fəaliyyəti özünün qurtuluşu hesab edən rəsmi İrəvan bu addımların sonda nə ilə bitəcəyinin də fərqindədir. Amma edə biləcəyi yalnız oyunun qaydalarına qarşı çıxmaqdır. Ermənistanda idarəçilik baş nazirin əlində olduğunu kimi görünə bilər, amma belə deyil. İstənilən bir məsələnin həll olunmamasının səbəbkarı təkcə Paşinyan deyil, burada erməni kilsəsini və xarici ölkələrdəki erməni lobbisini unutmamalıyıq. Hər birinin hakimiyyətin qollarında öz adamları var və bu da idarəetməni çətinləşdirir, yekdil qərarın verilməsində problemlər yaradır. Diqqət edin, parlamentdə Ermənistanın taleyüklü məsələsi həll olunur, amma ən böyük müxalifət fraksiyası iclasda iştirak etmir, yaxud müzakirələrə buraxılmır. İlk baxışdan bunu hakim partiyanın məqsədyönlü addımı kimi qəbul etmək olar, amma bir az dərinə getsək daha təhlükəli nüansları üzə çıxarmış olarıq. Deməli, hakim partiyanın çoxluq təşkil etdiyi parlament işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmaq barədə qərar verir, amma səsvermədə müxalifət iştirak etmir. Bu isə o deməkdir ki, indiki hakimiyyət səlahiyyətlərini yerə qoyan kimi həmin qərar da qüvvəsini itirəcək. Yəni indiki müxalifət hakimiyyətin verdiyi sərəncamları, qərarları bugündən tanımadığını bəyan edir. Əvvəldə dediyimiz kimi, bu, bir "erməni gedişi"dir.

Sərhədlərin delimitasiyasına işğal altındakı 4 kənddən başlamaq təklifi də ermənilərin növbəti təxribatıdır. Hər kəsə bəllidir ki, Azərbaycan Qazaxın işğal altındakı 4 yox, 7 kəndini geri qaytarmaq istəyir. Bu, bizim haqqımızdır, əks təqdirdə Azərbaycanın ərazi bütövlüyü tamamlana bilməz"-deyə qeyd edən B.Quliyev bildirdi ki, Azərbaycan dövləti əvvəllər olduğu kimi, bu məsələni də sülh, qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışır. "Amma rəsmi İrəvan delimitasiya prosesini də hərbi-siyasi oyunlarına qurban vermək niyyətindədir. Yenə də müxalifətin "xidmətindən" yararlanmaq istəyir. Bu yaxınlarda müxalif "Hayastan" fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyanın Tovuzqala bölgəsinə getməsi, orada keçirdiyi görüşlər diqqət çəkir. O, Azərbaycanın işğal altındakı kəndlərində qanunsuz məskunlaşdırılan ermənilərlə görüşündə bu torpaqların geri qaytarılmaması üçün, hətta ölüm-dirim savaşı aparmaq üçün silahlanmağı, yeri gəlsə hakimiyyətə qarşı vurumağı tapşırıb. Bu, əslində Paşinyanın da işinə yarayır, yəni "bax, mən torpaqları geri qaytarmaq istəyirəm, amma kəndlərdə yaşayanlar çıxmaq istəmir" mesajını verir. Bütün bunlara baxmayaraq, Azərbaycan işğal altındakı bütün torpaqlarını son qarışına qədər geri qaytarmaqda israrlıdır"-deyə B.Quliyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ