Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan sərhədçilərimizə atəş açmış caniləri məsuliyyətdən yayındıra bilməyəcək

Image


İbrahim Rüstəmli: "Paşinyan daxildə iğtişaş yaranmasından ehtiyatlanır və bu səbəbdən onları cəzalandırmaqdan yayınır"

Ermənistan sərhəd təxribatlarından əl çəkmək niyyətində olmadığını göstərir. 12 fevralda törətdiyi  sərhəd təxribatından sonra aprelin 10-da da analoji addım atıb.

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində qarşı ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq, 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin baş leytenantı Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan açılan atəş nəticəsində yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması gözlənilirdi.

Halbuki, Azərbaycan başqa addımlar da ata bilərdi. Amma gözlənti o idi ki, Ermənistan araşdırsın və nəticəsini bəyan etsin.

Azərbaycan gözləyirdi ki, Ermənistan həmin o sərhəd təxribatçılarına qarşı cinayət işi açacaq. Amma bu heç də baş vermədi, Ermənistan onları cəzalandırmadı.

Nə baş verir? Ermənistan niyə belə edir? Niyə o hərbiçiləri cəzalandırmadı?

"Ermənistan normal, müstəqil, inkişaf etmiş ölkə, Paşinyan hökuməti öz sözünü deyən, öz mövqeyindən çıxış edə bilən hökumət olsaydı, əlbəttə, təxribatçıları cəzalandırardı" 

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində "Ermənistanda iqtidar-müxalifət münasibətləri çox gərgin bir şəkil alıb. Paşinyan hökumətinə etimad günü-gündən azalır. Xüsusilə Paşinyanı Qarabağı verməkdə ittiham edən qüvvələr fəallaşıblar. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin növbəti bəyanatlarından birində Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını qabatması, eyni zamanda "siz Azərbaycanın ərazi bütövlüyünü tanıyırsız Rusiya nə edə bilər" kimi fikirləri daxili auditoriyada çox ciddi rezonans doğurub. Həmçinin bu rezonansın arxasında insanların zəif nöqtələrinə təsir çox güclüdür. Sadə insanlar bu məsələdə Paşinyanı daha çox günahkar hesab edirlər. Yəni bu gün Ermənistanın sərhəddə təxribat törədən, Azərbaycan hərbiçisinə atəş açan hərbiçiləri cəzalandırması Paşinyan hökuməti üçün çox ciddi problem yarada bilər. İstər sərhəddə törətdiyi təxribat, istərsə də daxildə və Cənubi Qafqazda baş verən proseslər Ermənistanın əleyhinə işləyir. Bu mənada, Ermənistanın təxribat törətmiş hərbçilərini cəzalandırmaması, onları cəzasız buraxması gözlənilən idi. Bu həm də Ermənistanın vahid siyasi mövqeyə sahib olmamasının göstəricisidir"- deyə bildirdi.

İ.Rüstəmli qeyd etdi ki, Paşinyan hökuməti bir növ öz kreslosunda laxlaya-laxlaya, külək hara əsdi ora yellənə-yellənə dayanan, öz iqtidarını bu şəkildə qoruyan bir hökumətdir, onun aşması üçün bəlkə də adi bir qığılcım bəs edəcək. "Ermənistanda Azərbaycana qarşı fəaliyyət göstərən xarici emissarlar, xarici ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri var. Onlar bu məsələlərdə çox fəaldırlar. Eyni zamanda Rusiya kəşfiyyatı Ermənistanda çox ciddi şəkildə işləyir. Paşinyanla Rusiya arasında münasibətlər barədə danışmağa dəyməz, çox gərgindir. Bu mənada Paşinyanın Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçiləri cəzalandırmaması öz hakimiyyətinin ömrünü uzatmağa bir cəhddir. Paşinyan daxildə iğtişaş yaranmasından ehtiyatlanır və bu səbəbdən onları cəzalandırmaqdan yayınır. Əslində, Ermənistan insident törətmiş hərbiçiləri cəzalandırmalı idi. Ermənistan normal, müstəqil, inkişaf etmiş ölkə, Paşinyan hökuməti öz sözünü deyən, öz mövqeyindən çıxış edə bilən hökumət olsaydı, əlbəttə, təxribatçıları cəzalandırardı. Amma bunu Ermənistandan gözləmək mümkün deyil"-deyə İ.Rüstəmli qeyd etdi.

İ.Rüstəmli hesab edir ki, Azərbaycan, həmişə olduğu kimi, bu dəfə də humanstlik göstərdi və Azərbaycan hərbçisinə atəş açanların Ermənistan tərəfindən cəzalandırılmasını gözlədi. Ermənistanın ötən günlər ərzində bu yöndə tədbir görmədiyini qeyd edən müsahibimiz bildirdi ki, Paşinyan hökuməti bununla özünü daha ağır duruma salır, törətdikləri sərhəd təxribatları onun özü üçün sonda ciddi problemlərə səbəb olacaq. Ekspert onu da vurğuladı ki, cinayət törətmiş caniləri Ermənistan cəzalandırmasa da, onlar heç zaman cinayət məsuliyyətindən yayına bilməyəcəklər, zamanı gələndə hər şey öz yerini tutacaq. 

Müsahibimizin fikrincə, Ermənistanın bu istiqamətdə əməli addım atacağı gözlənilən deyil. Ermənistanın hələ də mifoloji aləmdə yaşadığını və "dənizdən-dənizə Böyük Ermənistan" xülyasında olduğunu deyən İ.Rüstəmli hesab edir ki, bütün bunlar boş, mənasız məsələlərdir.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ