Cümə axşamı günü, 05 noyabr 2026
     

Son 6 ayda sərhəddə 2 böyük təxribat Fransanın təhriki ilə törədilib...

Image


Akif Nağı: "Son 6 ayda sərhəddə iki dəfə atəşkəsin pozulması, Azərbaycana qarşı təxribatların törədilməsi birbaşa Fransanın təhriki, sifarişi ilə baş verib" 

Fransa öz daxilindəki vəziyyətə nəzarət etmək, vətəndaşlarının problemlərini həll etmək, əsarətdə saxladığı xalqların azadlıq arzularına yol açmaq  əvəzinə burnunu Cənubi Qafqaza tərəf uzadır və ona aid olmayan işlərə qarışır. 

İkinci Qarabağ mühribəsi dövründə Ermənistana hərtərəfli yardımlar edən Fransa bununla kifayətlənməyib sonrakı dönəmlərdə də Ermənistana, bu terror ölkəsinə dayaq durmaqda davam etdi. Əlbəttə, burada söhbət Fransanın Ermənistana səmimi münasibətindən, can yandırmasından getmir, Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza soxulmaq niyyətlərindən gedir. Fransa bu gün Cənubi Qafqazda pozuculuq fəaliyyəti ilə məşğul olur. Makron hökuməti bütün gücü ilə çalışır ki, Cənubi Qafqazda yeni bir münaqişə ocağı yaransın, özü də Ermənistanın guya müdafiəçisi rolunda meydanda peyda olsun. O, Ermənistanı qanunsuz şəkildə silahlandırmaqla, bu ölkədə müxtəlif vasitələrlə revanşizm əhvalını alovlandırmaqla  məşğul olur. Ermənistana hərbi yardım edən, silahlandıran Makron Cənubi Qafqazda sabitlik, sülh istəmir. Öz məkrli niyyətlərini həyata keçirmək üçün Ermənistanı belə qurban verməyə hazırdır, necə ki, buna doğru gedir də.

Fransa bütün hallarda çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Bunu Makron dəfələrlə öz hərəkətləri ilə göstərib. İki ölkə arasında münasibətlərin normallaşması qətiyyən Makrona sərfəli deyil. Çünki Ermənistan və Azərbaycan arasında normallaşma prosesi baş verərsə Makronun bütün məkrli niyyətləri suya düşər. Bütün dünyada nüfuzdan düşən, vaxtilə müstəmləkəsi olan bir çox ölkələrdən qovulan, digər müstəmləkələrində daşa basılan Makron hökuməti öz neokolonialst niyyətlərini Ermənistan vasitəsilə bizim bölgədə gerçəkləşdirmək  istəyir. Amma təbii ki, Makronun bu niyyətləri heç cür hasil ola bilməz. 

Makron da bunu anladığından, Ermənistanı yenidən müharibəyə təhrik edir, həvəsləndirir.   Makron Paşinyanın ağlını başından o dərəcədə alıb ki, o, rəsmi Parisin təxribatlarını görməzdən gəlir. Son 6 ayda Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlər buna əyani misaldır.  

Bildiyimiz kimi, son 6 ay ərzində sərhəddə iki dəfə insident baş verib. Hər ikisi Fransanın təhriki ilə olub.  

Görsənir ki, kənar qüvvələr olmasa, bölgədə sabitlik həmişə ola bilər. Amma rəsmi Paris  rahat durmayıb, Ermənistanı sərhəd insidentinə təhrik edib. 

Ekspertlərə görə, əgər Fransa Ermənistanı təhrik etməsəydi doğrudan da hər şey qaydasında olardı.

"Fransa çalışır ki, daha geniş müstəvidə Azərbaycana qarşı təhdidlər sərgiləsin, təxribatlar törətsin" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Çox təəssüf ki, regionda sabitliyə əsas təhlükə Fransa tərəfindən gəlir. İndiyə qədər Rusiya həmişə sabitliyi pozan, situasiyasını nəzarətdə saxlamağa çalışan tərəf kimi ortada idi. Bir qədər də ABŞ müəyyən məqamlarda öz mənfi rolunu oynayırdı. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra Fransa təşəbbüsü ələ alan tərəf kimi görsənir. Fransa regiona gəlmək istəyir. Regiona gəlmək üçün Fransanın taktikası belə görsənir ki, bölgədə sabitlik olarsa o regiona girə bilməyəcək, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşarsa, sülh müqaviləsi imzalanarsa Fransanın da üzünə qapılar  bağlanacaq. Fransa istəyir ki, regiona gəlmək üçün həm burada öz maraqlarını təmin etsin, həm də onun bura gəlməsi üçün Rusiya regiondan çıxmalıdır. Yəni Rusiya çıxmasa Fransanın bölgəyə gəlməsinin və Ermənistanda oturmasının mənası olmayacaq. Belə deyək, Rusiya Ermənistandadır, orada hərbi bazası var, sərhədləri Rusiya hərbiçiləri qoruyur, digər gözəgörünməz qüvvələr də var. Orada illərdir Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları da işləyir, onların oradan çıxarılması çətin məsələdir.  Fransa gəlib orda müyyən şəkildə otursa da, yenə də Rusiya tərəfindən həmişə onlar üçün təhlükə olacaq"-deyə bildirdi.

A.Nağının qeyd etdiyinə görə, Fransa Aİ-nin missiyası qismində tədricən regiona gəlir, o həm də Ermənistanda Rusiyanın mövqeyinin hansı dərəcədə yüksək olduğunu, hansı zəif cəhətlərinin olduğunu, bura gəlmək üçün hansı addımlar atmalı olduğunu öyrənmək üçün Aİ missiyası vasitəsilə kəşfiyyat aparır. "Onlar Aİ-nin missiyası vasitəsilə hələ bunu yoxlayırlar. Ona görə də, hələlik onların gəldiyi nəticə odur ki, stabillik olmamalıdır, əgər stabillik olarsa, bunlar regiona gələ bilməyəcəklər. Fransanın canfəşanlığı bununla bağlıdır. Fransa bütövlükdə həm Qərbin sifarişini yerinə yetirir, həm də öz maraqlarını güdür.   

Son 6 ayda sərhəddə iki dəfə atəşkəsin pozulması, Azərbaycana qarşı təxribatların törədilməsi birbaşa Fransanın təhriki, sifarişi ilə baş verib. Hətta Rusiya rəhbərliyi tərəfindən Dmitri Medvedev səviyyəsində ittiham da səsləndirildi ki, Moskvada azərbaycanlı iş adamının nəzarətində olan ərazidə, mərkəzdə o cür qanlı terrorun törədilməsində də Fransanın izləri görünür, Makronun adı da çəkilir. Bu, dövlət səviyyəsində səsləndirilən bir fikirdir, yəni fakt yoxdursa Medvedev o fikri səsləndirməz.

Deməli, Fransa çalışır ki, daha geniş müstəvidə  Azərbaycana qarşı təhdidlər sərgiləsin, təxribatlar törətsin…"-deyə A.Nağı qeyd etdi. 

Azərbaycanla Ermənistan arasında müəyyən proseslərin getdiyini deyən A.Nağı hesab edir ki, Fransa bu proselərə çənfi mənada təsir edir. O vurğuladı ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistanın baş naziri, xarici işlər naziri açıqlamalar verir, hansısa məsələlərin müzakirə olunduğunu, Azərbaycanla Ermənistan nümayəndələri vasitəçilərsiz görüşə bilərlər, görüşürlər kimi fikirlər söyləyirlər. "Normallaşma istiqamətində gedən bu proses də Fransanı ciddi şəkildə narahat edir. Harada mümkündürsə, Fransa bu cür mənfi və mənfur rolunu oynayır. Azərbaycan bunu başa düşür, görür, Prezident səviyyəsində Fransaya qarşı dəfələrlə mövqe də bildirilib. Hesab edirəm, bu proses daha da diqqətlə izlənilməlidir, Fransanın bütün cəhdlərinin iflasa uğrması üçün müəyyən yollar tapılmalıdır. Digər tərəfdən, Ermənistan tərəfi də çalışmalıdır ki, Azərbaycanla normal münasibətlər qursun, regionda stabiliyə nail olunsun. Əks halda onlar ya Fransanın, ya da başqa dövlətlərin əlində yenə də alət olaraq qalacaqlar. Öz maraqlarından çıxış etsələr özləri üçün də yaxşı olar. Amma onlar görünür ki, alət kimi istifadə edilməyi, Fransanın sifarişlərini yerinə yetirməyi üstün bilir. Seçim onların özlərinə aiddir. Amma Azərbaycan istənilən təxribatın qarşısını almağa, təhlükəni məhv etməyə qadirdir. Onu da başa düşsünlər ki, Ermənistan bir qədər də uduzacaq. Fransa orada nə isə oyun törədirsə, təxribat həyata keçirirsə uduzan tərəf yenə də həmişə Ermənistan olacaq. Ermənistan da bunu başa düşməlidir"-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ