Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransanın "şeytan əməli" - bütün postsovet məkanında vəziyyəti qarışdırmağa çalışır...

Image


Postsovet məkanında Fransanın getdikcə daha dağıdıcı kənar qüvvə rolunda çıxış etməsi müşahidə edilir. Cənubi Qafqazda Ermənistan vasitəsilə gərginliyi artıran Fransa bu gün Ukraynada da vəziyyəti qarışdıran əsas xarici qüvvədir. 

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişşuk bu fonda qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.

Fransa liderinin müvafiq bəyanatlarını şərh edən diplomat bildirib ki, belə sözlər narahatlıq doğurmaya bilməz. Onun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər: "Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risqlərindən xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah ötürməyin ağır nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur". Bundan əvvəl Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Bunlar fonunda Britaniyada çıxan "The Telegraph" qəzeti yazır ki, Fransa tarixə Antanta adı ilə daxil olmuş Britaniya-Fransa hərbi-siyasi ittifaqını da diqçəltməyə çalışır. Tarixə Antanta adı ilə daxil olmuş Britaniya-Fransa hərbi-siyasi ittifaqının 120-ci ildönümünə həsr olunmuş birgə bəyanatda deyilir: "Ukrayna Rusiya ilə müharibədə mütləq qalib gəlməlidir, Qərb müttəfiqləri isə Rusiyanın məğlubiyyətini təmin etmək üçün daha çox səy göstərməlidirlər". Bəyanatı Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejurne elan edib. Qəzetin dərc etdiyi birgə bəyanatda daha sonra deyilir: "Əgər Ukrayna uduzsa, biz hamımız uduzacağıq. Bizim indi Ukraynanı dəstəkləmək qabiliyyətimizin olmamasının bədəli Putin təcavüzünün dəf edilməsinin bədəlindən ağır olacaq". Maraqlıdır ki, The Telegraph məqaləni "Yeni Antanta" adlandırıb. Məqalədə Kiyevə London və Paris tərəfindən göstərilmiş yardımlardan, o cümlədən "Scalp" və "Storm Shadow" raketlərindən, Ukrayna pilotlarının təlimlərindən bəhs olunur. Eyni zamanda vurğulanır ki, Ukraynanın dəstəklənməsi üçün bundan da çox səylər göstərilməlidir. Məqalədə fevral ayında Parisdə keçirilmiş müşavirə yada salınır. Həmin müşavirədə Ukraynaya NATO ölkələri qoşunlarının göndərilməsi məsələsi müzakirə olunmuşdu. Kemeron və Sejurne qeyd ediblər ki, Antantanın yaradılmasından 120 il keçməsinə baxmayaraq, Fransa və Britaniya bu gün də dostluqlarını qoruyub saxlayırlar, onların birgə tarixi isə, hətta "ən ümidsiz günlərdə də" gələcəyə nikbinliklə baxmaq imkanı verir: "İndiki çətinliklərimizin aradan qaldırılması üçün biz başqalarını arxamızca apara bilərik".

Bu da qeyd olunur ki, Fransa-Britaniya ittifaqının 120-ci ildönümü münasibətilə bir sıra qeyri-adi mərasim və tədbirlər keçirilib. Londonda "Bukingem" sarayındakı qarovul dəyişməsi mərasimində fransız hərbçilər, Parisdə Yelisey sarayındakı analoji mərasimdə isə britaniyalılar iştirak edib. Xatırladaq ki, adı fransızca "l’Entente cordiale" – "könül razılaşması" ifadəsindən yaranmış Antanta Fransa və Britaniya arasında 1904-cü ildə bağlanmış hərbi-siyasi ittifaq idi. Həmin ilin 8 aprelində imzalanmış bir sıra razılaşmalar vasitəsilə iki ölkə arasında müstəmləkələrə dair bir çox mübahisələr həllini tapıb. Həmin vaxt artıq Fransa və Rusiya arasında belə bir müqavilə imzalamışdı. Beləliklə, iki müqavilənin əsasında 1907-ci ildə Üçlü Antanta – Fransa, Rusiya və Britaniyadan ibarət ittifaq yaranıb. 1914-cü ildə başlanmış I Dünya müharibəsində Mərkəz dövlətləri – Almaniya və onun müttəfiqləri ilə qarşıdurmaya da məhz bu ittifaq daxil olub. Rusiya inqilabın ardınca Antantanı tərk erdikdən sonra yaranmış Fransa, Britaniya və ABŞ hərbi ittifaqı da Antanta adlandırılmaqda davam edirdi. Amma Rusiyanın nə vaxtsa Antanta üzvü olması barədə Sejurne və Kemeronun birgə bəyanatında heç nə deyilmir. Əvəzində Fransa Rusiya ilə də qarşıdurmanı gücləndirir. Rusiya ilə qarşıdurmanın əsas məkanlarından biri qismində isə Ermənistan seçilib. Məsələnin bu tərəfinə nəzər salan italiyalı analitik Valentina Şabert qeyd edir ki, Fransanın fəaliyyəti Avropa İttifaqının (Aİ) sülh səylərini sarsıda bilər. Onun sözlərinə görə, bu yaxınlarda Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq sahəsində imzalanan sənədlər Azərbaycanın mənfi reaksiyasına səbəb olub: "Fransanın Ermənistana hərbi texnika tədarük etməsi Azərbaycan tərəfindən mənfi qarşılanıb, çünki Cənubi Qafqaz regionunda hələ də sülh əldə olunmayıb. Ümumiyyətlə, ayrı-ayrı ölkələr öz maraqlarını ön plana çıxararaq sərbəst şəkildə hərəkət edir, Cənubi Qafqazda əvvəllər münaqişəli olan ölkələr arasında sülhün və dialoqun möhkəmləndirilməsi istiqamətində ümumavropa yanaşmasına əməl etmir. Bu isə bununla bağlı Avropa yanaşmasının parçalanmasına səbəb olur". Ekspert "report"a açıqlamasında vurğulayıb ki, İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çiriellinin aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı son fikirləri və onun Fransa diplomatlarını Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün digər Avropa aktorlarının səylərinə xələl gətirməməyə çağırması Bakı ilə İrəvan arasında normallaşma məsələsində İtaliyanın mövqeyini əks etdirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, Fransa Cənubi Qafqazda mövcudluğu müddətində kəşfiyyat məlumatlarının toplanması və regionda sabitliyi pozmaq kimi məqsədlər güdür: "Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatları toplamaq, region dövlətlərini izləmək və ölkələrimiz arasında əldə edilmiş, o cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinə mane olmaq cəhdidir. Paris Afrikada təhlükəsizliyi təmin edə bilməyib, ona görə də onun Cənubi Qafqazda bunu edə biləcəyinə inanmaq sadəlövhlükdür".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:38
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ