Cümə axşamı günü, 05 noyabr 2026
     

Əliyev Avroparlamentin kirli niyyətlərini öncədən ifşa etmişdi - almanlarla açıq müzakirə getdi...

Image


Yeganə Hacıyeva: "AP-nin LGBT fraksiyasına üzv olan 157 deputat təmsil olunur ki, onlar da bu məqsədlərdə səfərbər olunub"

Avropa Parlamenti növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul edib. Qətnamədə Avropa İttifaqından Azərbaycana qarşı siyasi-iqtisadi, hərbi sanksiyalar qoyulmasına çağırış edilib.

Araşdırmalar göstərir ki, Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edənlərdir. Prezident İlham Əliyev Almaniya biznes nümayəndələrini qəbul edərkən bu iyrənc oyunları ifşa etmişdi. 

Bu oyunların arxasında Makron kimiləri, Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, səlibçi və neokolonial təfəkkürlü agentlər dayanır. Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur.

Politoloq Yeganə Hacıyeva "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları təşəkkül tapıb, onlar hədəflərinə çatmaq üçün təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyalarının aparılması təcrübəsini geniş tətbiq edirlər:

"Ancaq Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və ondan sonrakı dövrdə bir-birinin ardınca əldə etdiyi hərbi-siyasi qələbələr, o cümlədən ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi Qərbdəki anti-Azərbaycançı, islamofob və türkofob dairələri səfərbər edib. 

Azərbaycan torpaqları 30 il ərzində işğal altında saxlanıldı. Bir milyon nəfər azərbaycanlı humanitar bohranın ən dəhşətli formasını yaşadı: qaçqına, məcburi köçkünə çevrildi; itkin düşdü; əsir və girov götürüldü.

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə səsləri çıxmayan, işğalçıya tutduğu torpaqlardan, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir aidiyyəti olmayan yeddi rayondan çıxması üçün heç bir təzyiq göstərməyən həmin dairələr gücümüz hesabına torpaqlarımızı düşmən tapdağından qurtarmağımızı ölkəmizə bağışlaya bilmirlər. 

Təzyiqləri artırmaqla Azərbaycanı geri addım atmağa məcbur etmək istəyirlər. Rəsmi strukturlardan, dövlətlərarası təşkilatlardan başlamış təsirlərində olan QHT və KİV-lərə qədər ən müxtəlif komponentləri təzyiq prosesinə cəlb ediblər. Qərbin, Fransa başda olmaqla, bəzi dövlətləri, rəsmi Parisin təsir  güclü olan  regional təşkilatlar müxtəlif bəhanələrlə ölkəmizə əsassız hücumlar edir, böhtanlar atır və s. 

Baş verənlər onu göstərir ki, Qərb zahirən dəyişsə, inkişaf etsə də, daxilən hələ də orta əsrlərin səlib yürüşçüsü təfəkküründədir, çünki belə kollektiv  yanaşmalar orta əsrlərin səlib yürüşlərini xatırladır. 

Qərb Ermənistanı Cənubi Qafqaz regionundakı əsas dayağı adlandırır. Rəsmi şəxslər dilə gətirməsələr də, ermənipərəst mədəniyyət və incəsənət xadimləri, jurnalistlər Ermənistanı üç tərəfdən müsəlman ölkələri ilə əhatə olunmuş "xristianlıq qalası" adlandırırlar. 

Məsələn, Britaniyanın məşhur "Queen" qrupunun üzvü Brayan Mey 2022-ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasındakı sərhəd toqquşmasından sonra demişdi: "Ermənistan heç bir nefti, qazı və ya böyük sərvəti olmayan kiçik bir ölkədir. 

Hər tərəfdən müsəlman rejimlərlə əhatə olunmuş xristianlıq və demokratiya adasıdır. Bu, dünyanın ən sülhsevər ölkələrindən biridir. Hazırda Ermənistan yenidən yer üzündən silinmək planı ilə təhdid edilir. "Azərbaycan–Türkiyə–Rusiya ittifaqına"  qarşı Ermənistan tamamilə müdafiəsizdir və sağ qalmaq üçün Qərbin tam dəstəyinə ehtiyacı var" və s. 

Avropa Parlamentinin qəbul etdiyi qətnamə və bəyanatlarda erməni işğalı ifadəsi əksini tapsa da, məsələdə Azərbaycana qarşı həmişə ikili standartlar siyasəti yürüdülüb. Qurum Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün heç vaxt təzyiq göstərməyib. 

Heç bir halda işğalı təsdiqləyən BMT-nin qətnamələrinə riayətə və beynəlxalq hüququn normalarına və prinsiplərinə hörmətə çağırmayıb.

Avropa Parlamentində Sosialistlər, Demokratlar və Yaşıllar; Avropa Xalq Partiyası; Avropa üçün Liberallar və Demokratlar Alyansı; Avropa Mühafizəkarları və Demokratik Alyans; Birləşmiş Avropa Sol Qrupu və digərləri anti -Azərbayvan prosesdə aktiv rol oynayırlar. AP -nin LGBT fraksiyasına üzv olan 157 deputat təmsil olunur ki, onlar da bu məqsədlərdə səfərbər olunub".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ