Cümə axşamı günü, 05 noyabr 2026
     

Makronun impiçment təhlükəsi gedərək böyüyür...

Image


Xəyal Bəşirov: "Makron hakimiyyətə gəldiyi gündən bugünə qədər ölkə daxilində fransızlarla mübarizə aparır..." 

Emmanuel Makronun yürütdüyü daxili və xarici siyasət artıq Fransa və fransızlar üçün böyük təhlükəyə çevrilir. Fransa daxilində sosial, siyasi böhranlar nəticəsində narazılıqlar artır və fransızlar bu böhranın səbəbkarı kimi Makronu görürlər. 

Əlbəttə, bu ölkəyə rəhbərlik edirsə, baş verənlərin  məsuliyyəti də onun yürütdüyü yaramaz siyasətin üzərinə düşür. Vəziyyət o şəkil alıb ki, artıq Makronun impiçment tələbi ortaya çıxıb. 

Belə ki, Fransa "Vətənpərvərlər" Partiyasının rəhbəri Florian Filippo hökuməti ölkə Prezidenti Emmanuel Makronun impiçment olunmasına çağırış edib. Partiya sədri bu barədə "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Makron Fransaya nifrət edir və onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır: "Deputatların hərəkətə keçməsi üçün petisiya hazırlanmalıdır. Konstitusiyanın müharibə məsələsi üzrə səsverməni tələb edən 35 və 68-ci maddələri impiçmentini nəzərdə tutur".

"Makronun  impiçment edilməsi məsələsi, təbii ki, fransız xalqının haqlı tələbidir" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində "Emmanuel Makronin Fransaya rəhbərlik etdiyi dönəmdə yürütdüyü siyasətin mahiyyətinə nəzər yetirəndə, əslində fransız xalqının və fransız siyasətçilərinin onun haqqında belə fikirlər səsləndirməsini normal qarşılamaq olur. Çünki Makron yürütdüyü siyasətlə təkcə ölkə daxilində deyil, həm də Fransanın xarici siyasətində çox böyük yanlışlara yol verir. Qeyd olunduğu kimi, əslində Avropanın ümumi maraqlarına zidd addımlar atır"-deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, Fransanın tarixinə nəzər yetirsək görərik ki, həm Birinci, həm də İkinci dünya müharibəsində məğlubiyyətə uğramasına baxmayaraq, Fransa müharibədə qalib gələn dövlətlərin əldə etdiyi qənimətləri bölən tərəflərin sırasında yer alıb. O vurğuladı ki, əslində o zaman Fransaya rəhbərlik etmiş şəxslər bu siyasəti reallaşdırıb. "Bu gün Makron Fransanın ənənəvi siyasətinə qarşı çıxır, Fransanın yürütdüyü o siyasi proseslərin tam ziddinə addımlar atır. Məhz elə ona görədir ki, Makron hakimiyyətə gəldiyi gündən bugünə qədər ölkə daxilində fransızlarla mübarizə aparır, sosial və iqtisadi sahədə qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı vətəndaşlarla açıq şəkildə küçələrdə mübarizə aparır, polisdən, dəyənəkdən, atdan və itdən onlara qarşı istifadə edir. Yəni bu onun yürütdüyü siyasətin daxili hissəsidir. Bu, daxili siyasətə aid atdığı addımlardır ki, Makronun hakimiyyətə gəlməsi ilə paralel "sarı jiletlilər" də küçələrə axışıblar və onun hakimiyyəti ilə paralel olaraq onlar da küçələrdə mübarizələrini davam etdirirlər. Bu, ölkə daxilində Makron hakimiyyəti tərəfindən müxtəlif qanunvericiliklərə dəyişiklik edilməsinə etiraz əlamətidir. O, həm də ölkədə ayrı-ayrı etnik, dini mənsubiyyətə sahib olan insanlarla da bağlı yanlış və eyni zamanda mürtəce siyasət yürüdür. İslamofobiya Makronun hakimiyyəti dönəmində ən yüksək səviyyəyə çatıb. Görürük ki,  türkəfobiya və Azərbaycanfobiya da onun siyasətinin əsas xətlərindən biridir". 

X.Bəşirovun sözlərinə görə, onun xarici siyasəti ziyanlı olduğu kimi, daxili siyasəti də ziyanlıdır,  etnik mənsubiyyətinə görə Korsikada, Yeni Kalendonyada və hələ də Fransanın müstəmləkəsində olan başqa yerlərdə, adalarda xalqlar öz müstəqillikləri uğrunda mübarizə aparırlar. "Amma Makron hakimiyyəti onların səslərini boğur. O, bu gün öz vətəndaşları ilə bağlı sosial qanunvericiliyə dəyişikliklər edərək, onların gəlirlərinin azaldılması hesabına olsa belə Ukraynaya, Ermənistana və bir sıra digər dövlətlərə silah verir. Eyni zamanda Ukraynaya verdiyi silahların bir hissəsini Ermənistana yönəldir. Yəni Makron hakimiyyəti əslində dünyada baş verən proseslərə tam ədalətsiz və qərəzli yanaşır. Ukraynada tamamilə fərqli müharibə gedir, Ukrayna dövləti öz ərazi bütövlüyü uğrunda mübarizə aparır. Amma Ermənistan isə Azərbaycana qarşı revanşist müharibə istəyindədir. Makron hakimiyyəti həm Ukraynaya, həm də Ermənistana silah verir. Yəni burdan o anlaşılır ki, Makronu əsas maraqlandıran müharibədir, fərqi yoxdur, müharibə ədalətlidir, yaxud ədalətsizdir, haqlıdır və yaxud haqsızdır. Bu prizmadan yanaşanda Makronun siyasəti də uğursuzluğa düçar olamalıdır. Bu məntiqi nəticədir. Məhz ona görədir ki, Fransanın bu gün dünyada baş verənn proseslərə heç bir təsir mexanizmi yoxdur, Fransa Afrikadan, Nigerdən və zamanında Fransanın müstəmləkəsi olmuş digər dövlətlərdən biabırcasına qovulmaqdadır. Təbii ki, Makron bu uğursuz siyasətini Cənubi Qafqazda proseslərə təsir göstərməklə dəyişməyə, diqqətləri yayındırmağa çalışır. Ancaq bu gördüyümüz kimi uğursuzluğa düçar olur. Makronun  impiçment edilməsi məsələsi təbii ki, fransız xalqının haqlı tələbidir. Düşünürəm ki, Fransız xalqı Makron hakimiyyətinə layiq olan xalq deyil və onlar bu hakimiyyətdən qurtulmaq imkanlarını bir an öncə reallaşdırsalar bu onların maraqlarına xidmət edə bilər. Çünki Makronun hakimiyyətdə olduğu hər an, hər saat, hər gün Fransa dövlətinin nüfuzdan düşməsinə, beynəlxalq aləmdə imicinə xələl gəlməsinə, eyni zamanda Fransanın həm daxili, həm xarici siyasətdə uğursuzluğa düçar olmasına gətirib çıxarır. Bunun da əsas səbəbkarı Makronun cılız siyasətidir. Bu, kənar müdaxilələr olmadan fransız xalqının öz seçimi olmalıdır. Fransız xalqı, təbii ki, bu məsələdə dediyini ortaya qoyub Emmanuel Makron hakimiyyətindən və ümumlikdə Fransanın həm daxili, həm də xarici siyasətindəki uğursuz tendensiyadan qurtula biləcəklər"-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ