Cümə axşamı günü, 05 noyabr 2026
     

Kaspar Karapetyanın brilyantları Avropa Parlamentini kor etdi...

Image


Avropa Parlamenti yenə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə qəbul edib. Bu sənəd də beynəlxalq hüququn norma və prinsiplərinin aşılması, həmçinin suveren Azərbaycanın daxili işinə qarışılması kimi xarakterizə oluna bilər. 

Uzun illər həllini gözləyən məsələləri bir kənara qoyaraq Ermənistanın yalanı üzərində qurulmuş bir kağız parçasının qəbul edilməsi Avropa Parlamentinin beynəlxalq hüquq normalarından uzaq olduğunun və erməni lobbisinin maliyyəsi hesabına qərarlar qəbul etməsinin bir sübutudur. 

Ümumiyyətlə, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sa­yı-hesabı itib. Bir zamanlar Avropanın üzləşdi­yi problemlərin qarşısının alınmasında mühüm rol oynayan Avropa Parlamenti son illərdə an­caq korrupsiya cinayətləri və Azərbay­cana münasibətdə qərəzli addımları ilə gündəmə gəlir. Avropa Parlamentinin rəhbər şəxslərinin korrupsiya əməllərində dəfələrlə ittiham olunmasına baxmayaraq, bu təcrübə təəssüf ki, bu gün də davam etməkdədir. Yunanıstandan olan vit­se-prezident Yeva Kaylinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsi Avroparlamentin tarixində qara ləkədir. Qeyd edək ki, qurumda aşkara çıxan korrupsiya əməllərindən sonra məşhurlaşan, eyni vaxtda Yunanıstan, Ermənistan və Lük­semburq vətəndaşı olan Kaspar Kara­petyan bu gün də Avropa Parlamentinin bir çox deputatlarına təsir edir. Bu həmin Karapetyandır ki, vaxtilə Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də işğal dövründə Qarabağa qanunsuz səfərlərini təşkil edib. Karapetyan Avropanın siyasi salonlarında işğal rejiminin legitimləşdirilməsi cəhdlərində mühüm simalardan biridir. Karapetyan öz fəaliyyəti üçün Avropa siyasətinin mərkəzi olan Brüsseli seçib. Gəncliyində ekstremist yunan və erməni təşkilatlarında fəal iştirak edib. Gəncliyini erməni terrorizminin qalası hesab olunan Beyrutda keçirib. "ASALA" terror təşkilatı ilə yaxın münasibətləri olub. Brilyant və almaz ticarəti ilə məşğul olduğunu iddia edən Karapetyan Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə Qərbdə fəaliyyətini həyata keçirir. Karapetyanın brilyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Rəhbərlik etdiyi təşkilat Avropada mövcud olan erməni diaspor və lobbi təşkilatlarının çətiri funksiyasını icra edir. Bu missiya isə ona təsadüfən həvalə edilməyib. Kaspar Karapetyan milyarder, oliqarx, mafiya qurucusu imkanlarından faydalanaraq, EAFJD adından istifadə edərək Avropada "Ermənistanın dostlarını" qidalandırır. O, dünyada təsirli trendlərdən sayılan "mafiya-lobbi" mexanizminin qurucularındandır.

Onu da qeyd edək ki, EAFJD öz fəaliyyətini Ermənistanın Aİ-dəki missiyası, diplomatik heyəti ilə koordinasiya edir. Bunun üçün maliyyə brilyant biznesindəndir. Karapetyan  hələ də Afrikanın münaqişəli bölgələrindən çoxrəngli brilyantları qaçaqmalçılıq yolu ilə Avropaya daşıyır. O, Avropadakı digər bir radikal erməni qrupunun rəhbəri Vartan Sirmakes ilə koordinasiya edilmiş fəaliyyət göstərir. Vartan Sirmakesi İsveçrədə erməni mafiyasının xaç atası adlandırılır. 1998-ci ildə saatsaz Frank Müller ilə birlikdə "Franck Muller" şirkətini yaradıb. Mediada yayılan məlumatlara əsasən, bir vaxtlar Karapetyan Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Frank Enqelə gözəl qızlar bağışlamışdı. Sözsüz ki, erməni kəşfiyyatı ilə əlbir olan bu "kənizlər" intim səhnələri kameraların yaddaşına köçürmüşdülər. Gey olduğunu gizlətməyən Piter Omtzix isə elə özünə layiq hədiyyə almış, Karapetyan tərəfindən ona hədiyyə edilmiş homoseksual Karen Oqadcanyanla mükafatlandırılmışdı.  Kaspar Karapetyanın brilyant biznesindən qazandığı çirkli pullarla gözü qamaşaraq beynəlxalq hüquqa, ədalətə hörmətsizlik edən Avropa Parlamenti həm də  "konyak diplomatiyası"nın təsiri altındadır. Elə buna görə də həmin Avropa Parlamenti nəzərə almaq istəmir ki, regionda sülhün yaranmasına maneə törədən yeganə tərəf Ermənistandır. Ekspertlər hesab edir ki, Avropa Parlamenti artıq obyektiv olmalı və ermənilərin maliyyəsi hesabına qərarlar qəbul etməkdən çəkinməlidir. Düzdür, qurumun qəbul etdiyi qətnamə və qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan bütün təzyiqlərə baxmayaraq güclənməkdə və öz haqlarını müdafiə etməkdə davam edəcək. Avropa Parlamentinin bir çox deputatları ikili standartlar mövqeyindən düşünməyə alışıblar. Həm də erməni lobbisinin maliyyə axınını əldə etmək lazımdır. Bu səbəbdən onilliklər ərzində Avropanın siyasi strukturları Azərbaycanın bu insanların taleyi və onların doğma torpaqlarına qaytarılması ilə bağlı müraciətlərini, tələblərini və xahişlərini qulaqardına vurublar. Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşmüş insanların 30 ildən çox doğma yurdlarından uzaqda yaşamalarına səssiz qalanlar bu gün öz xoşu ilə Qarabağdan gedən ermənilərin himayədarına çevriliblər. Xatırladaq ki, Azərbaycan bu dövr ərzində hər vəchlə avropalı məmurları qaçqın düşərgələrini ziyarət etməyə, dağıdılmış şəhər və kəndləri görməyə dəvət etsə də, bu mümkün olmayıb. Hətta bu yaxınlarda avropalı rəsmilər ölkəmizə səfərləri zamanı müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınlarla görüşdən imtina ediblər. Amma Karapetyanın pulları ilə Avropa Parlamenti Azərbaycana qarşı hər cür hədyan səsləndirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ