Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakı-İrəvan sülh danışıqlarında Berlin formatı başladı...

Image


Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən prezident İlham Əliyevin geniş şəkildə toxunduğu məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında münasibətlər və vasitəçilik missiyası ilə bağlı olub. 

Dövlət başçısı kansler Olaf Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Belə ki, Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir.

Indi görünən odur ki, Almaniya Azərbaycan və Ermənistan arasında əsas vasitəçiyə çevrilmək üzrədir. İndiyə kimi tərəflər Brüssel və Vaşinqtonda bir araya gəlsələr də, sonradan orda nəzərdə tutulan görüşlər baş tutmamışdı. Bu halda Münhen Təhlükəsizlik Konfransında iki ölkə liderini bir araya gətirməsi Almaniyanın Azərbaycanla Ermənistan arasında yeni vasitəçi olacağı ehtimalını gücləndirmişdi. Bəs niyə Berlin formatına ehtiyac yarandı? Bu formatın zəruriliyini ortaya çıxaran amilləri aşağıdakılarla izah etmək olar. Moskva formatının qarşı cəbhəsində görünən Brüssel və Vaşinqton formatı Azərbaycanın ötən il görüşlərə qatılmasından imtinasından sonra dağılmış sayıla bilər. Ötən ilin sonlarında rəsmi Bakı və Vaşinqton arasında münasibətlər o həddə qədər gərginləşdi ki, ABŞ Azərbaycana hərbi yardımı və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini bildirdi. Rəsmi Bakı da buna qarşılıq verərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz əməllərini hədəfə aldı. Sonradan ABŞ Dövlət Departamentinin yüksək rütbəli diplomatı Ceyms O’Brayn Azərbaycana gələrək Prezident İlham Əliyevlə görüşsə də, hələ ki, münasibətlərin əvvəlki məcrasına qayıtdığını söyləmək çətindir və Azərbaycan-ABŞ münasibətlərinin soyuq fonunda Vaşinqton formatının da aktivləşəcəyi hələ ki, yaxın görünmür. Yuxarıda qeyd edildiyi kimi, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın, "alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən" qonşusu Fransadan fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirdiyini vurğulayıb. Ara-sıra, xüsusilə Qərbdə keçirilən görüşlərdən sonra fəallaşan Moksva formatının, Rusiyanın sülhün yalnız onun vasitəçiliyi ilə mümkün olacağı bəyanatlarına rəğmən, daha çox formal xarakter daşıdığını söyləmək mümkündür. Üstəlik, son vaxtlar Ermənistanla Rusiya arasında gərginliyin artması və etimad əskikliyi fonunda İrəvanın Moksva formatına o qədər də könüllü yanaşmadığını ehtimal etmək olar. Ortaya çıxdığı vaxtdan məhsuldar və daha praqmatik addımları ilə yadda qalan Brüssel formatı sonradan Fransanın Ermənistanı dəstəkləyən bəyanatlar verməsi və onu silahla təchiz etməsi səbəbilə dondurulub. Rəsmi Bakı Parisi münaqişə tərəflərinə neytral ola bilməməkdə ittiham edir. Azərbaycan üçün Brüssel formatının cəlbediciliyini azaldan daha bir səbəb isə, hər iki tərəfə də neytral mövqeyini qoruyub saxlayan və pozitiv mövqe nümayiş etdirən Şarl Mişeli Avropa İttifaqı Şurasının prezidentliyi vəzifəsində qurumun xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrellin əvəzləmə ehtimalının mövcudluğu ola bilər. Josep Borrell Ermənistanda Avropa İttifaqının mülki monitorinq missiyasını dəstəkləyir. Bakı bu missiyanın Ermənistanda mövcudluğundan narazıdır.

Azərbaycan hakimiyyəti həm də Borrelli qeyri-adekvat bəyanatlar verməkdə ittiham edib. Bir müddət əvvəl Josep Borrell bildirmişdi ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Lakin Prezident İlham Əliyev Harms və digər Almaniya nümayəndə heyəti ilə görüşündə belə bəyanatları pərdələnmiş təhdid kimi qiymətləndirdiyini bildirərək, Borellin açıqlamalarından məyusluğunu gizlətməyib. Bu halda Josep Borrell Aİ Şurasının rəhbəri olarsa, tərəflər arasında sülh danışıqlarının Qərb dəstəkli platformasız qalmaq ehtimalı da yüksəkdir. İndiki halda Qərb üçün də Berlin formatı daha məqsədəmüvafiq sayıla bilər, çünki Almaniya indiyə kimi tərəflərə bərabər mövqe sərgiləyib iki ölkə arasında sülh danışıqlarını aktiv fazada tuta bilər. Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüş fonunda bildirib ki, Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq və irəliləmək üçün cəsarətli addımlar atıb: "Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir". Xarici işlər nazirlərinin Almaniyada baş tutan   görüşündə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti, həmçinin perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanla Almaniya arasında son dövrlər dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür ifadə edilib. Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu bildirib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ