Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransanın Ermənistandakı ilginc planını İran kəşfiyyatı qeydə aldı...

Image


Mehman İsmayılov: "Bu, Makronun demoqogiyası və Paşinyanın siyasi dələduzluğundan..."

 Fransanın Ermənistan üzərində təsiri o qədər artıb ki, artıq fransızlar bu ölkədə tam sərbəst hərəkətə yol verirlər. Xüsusən də hərbi sahədə onların aktivləşdikləri diqqəti çəkir. 

Fransanın İrəvandan Rusiya hərbi bazasını çıxarmaq və orada fransız hərbçilərinin yerləşdirilməsi planından İran kəşfiyatı da xəbər tutub və ciddi narahatlıq keçirib. 

"Fransanın Ermənistan ərazisində hərbi baza yaratmaq, yaxud fransız hərbçilərini orada yerləşdirmək planının həyata keçməsinə..."

Politoloq Mehman İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, Fransanın belə bir planı olsa da belə, onun yerinə yetirilməsi mümkün deyil. "Ermənistanın ərazisindəki 102-ci Rusiya hərbi bazasının çıxarılıb onun yerinə Fransa hərbi bazasının yerləşdirilməsi bu gün üçün real deyil. Bu, Makronun demoqogiyası və Paşinyanın siyasi dələduzluğundan uzağa getməyən bir təbliğatdır. Fransa, təbii ki, Afrikada uduzduğu mövqelərə görə Rusiyanın, Aralıq dənizində uduzduğu mövqelərə görə Türkiyənin, Güney Qafqazda uduzduğu mövqelərə görə Türkiyənin və Azərbaycanın qarşısında əngəl olmağa çalışır. Paşinyanın Parisə səfəri və oradan Rusiyanı hədələməsi, Azərbaycanı şərləməsi bizim adət etdiyimiz məsələdir. Həmişə söyləmişəm, nəinki baş nazir, bütövlükdə ermənilərin adi bir çəkməçisi, ayaqlarındakı ayaqqabı belə yalan danışır. Paşinyan Azərbaycanı guya yeni hücumlarda günahlandırır. Azərbaycan Ermənistanın ərazisinə heç zaman hücum etməyib. Bunu dünyada hər kəs bilir və bunu bilməyən yoxdur. Ermənistan sadəcə Rusiyanı şantaj edib Rusiyadan nə qoparacağını, Qərbi şantaj edib Qərbdən nə qoparacağını düşünür. Paşinyan sülhə doğru bir addım belə atmır"-deyə politoloq  bildirdi.

M.İsmayılovun sözlərinə görə, Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin bütün sülh təşəbübslərinə qarşı Makronla Paşinyan sabotaj həyata keçirir. "Amma bu cür düşünmək ki, gerçəkdən onlar KTMT-dən çıxacaqlar, Ermənistanın ərazisinə Fransa hərbi bazaları gələcək, bu, fövqəladə qeyri-real məsələlərdir".

M.İsmayılov qeyd etdi ki, Ermənistan KTMT-dən çıxmaq barədə son üç ildə müxtəlif çeşidli bəyanatlar verib, bunun heç birini yerinə yetirməyib.   "Fransanın Ermənistan ərazisində hərbi baza yaratmaq, yaxud fransız hərbçilərini orada yerləşdirmək planının həyata keçməsinə Türkiyə, Azərbaycan, Rusiya imkan verərmi? Sadəcə olaraq, Fransa Qərbin dəstəyi ilə, Avropa İttifaqının çətiri altında sülh proseslərini sabotaj edir. Ermənistanın baş naziri isə özünün  3-cü sinif keşiş savadı ilə bütün məsələlərə yaşıl işıq yandırmaqla bölgədə sülhə qarşı radikal addımlar atmaq istəyir. Paşinyan nə Ermənistan daxili auditoriyası, nə xaricdə olan erməni lobbisi, nə erməni kilsəsi, nə Daşnaksütyun   üçün  birləşdirici fiqur sayılır. Paşinyanın nə düşündüyü, təbii ki, bölgədəki məsələləri idarə edə bilməz. Azərbaycanın özünün sərt mövqeyi var. Fransanın   Ermənistanı silahlandırmasına qarşı Azərbaycan çox sərt mövqe sərgiləyəcək və sərgiləməlidr. Çünki Ermənistan təcavüzkar dövlətdir və onun apardığı militarist siyasətə yenidən yol vermək olmaz. Makronun oynadığı oyuna qarşı Azərbaycan sərt mövqe tutmalıdır. Burada Avropa İttifaqı adı altında Qərb dövlətlərinin qoşunlarının gəlməsinə və sairə qarşı Azərbaycan, Türkiyə, Rusiya, İran birgə müqavimət göstərməlidir. Çünki Ermənistanın apardığı dağıdıcı, revanşist fəaliyyət   qəti şəkildə sülhə xidmət etmir, yalnız Güney Qafqazı yenidən qan gölünə çevirmək üçün atılan addımlardır. Ona görə də buna qarşı çox sərt mövqe sərgilənməlidir. Amma Paşinyanın və Makronun arzuladığı Ermənistan ərazilərində Fransa hərbi bazalarının olması fantastik bir nağıla bənzəyir"-deyə M.İsmayılov qeyd etdi. 

Paşinyanın Parisdən Rusiyanı hədələməsini, KTMT-də fəaliyyətlərini dondurmaqla bağlı bəyanatını erməni demoqogiyası adlandıran M.İsmayılov hesab edir ki, bu cəfəngiyatdır, heç bir məna ifadə etmir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ