Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan Ukraynanın "bir addımlığına yetişdi"...

Image


Rusiya-Ermənistan münasibətləri böhran içindədir, səbəb təkcə İrəvanın 2018-ci il inqilabından sonra dəyişən mövqeyində deyil. Bu fikri  erməni politoloq Aleksandr İskəndəryan səsləndirib. 

O qeyd edib ki, Rusiyanın Ermənistanda təsiri əvvəlcə 2018-ci ildən sonra artıb, indi isə azalır: "Vəziyyət kifayət qədər köhnədir. Ermənistan-Rusiya münasibətlərində hər zaman böhranlar yaranıb. Azərbaycana silah satışı, 2013-cü ildə Ermənistanın beynəlxalq müqavilələrə, təşkilatlara münasibətdə davranışının kəskin dəyişməsi ilə bağlı hekayəni xatırlamaq olar.
 Sadəcə olaraq, o vaxt bütün bunlar mətbuatda daha az işıqlandırılırdı. Bu baxımdan Rusiya da, Ermənistan da fərqli idi, hər şey qapalı ofislərdə həll olunurdu. İndi indiki erməni siyasi elitasının xüsusiyyətlərinə görə, əvvəllər bağlı qapılar arxasında baş verən bir çox şeylər zahirdə baş verir".

Erməni ekspert vurğulayır ki, vəziyyəti ciddi şəkildə dəyişən başqa məqmlar da var: "Vəziyyəti Rusiya-Ukrayna müharibəsi və bu müharibə nəticəsində Rusiyanın xarici siyasətinin bəzi strukturları və alətlərinin sadəcə olaraq fəaliyyətini dayandırması dəyişdi. Məsələn, KTMT. KTMT daxilində münasibətlər təkcə ermənilərin hərəkətlərinə görə deyil, digər səbəblərdən  mürəkkəbləşir". Ekspert KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun məhkəməsini xatırladaraq, bunun heç də adi məsələ olmadığını vurğulayır.
 O hesab edir ki, Rusiyanın Cənubi Qafqazın işlərinə ciddi qarışmağa nə imkanı, nə də istəyi var: "Ermənistan hansısa yolla bunu başqa tərəfdaşlarla əvəz etməyə çalışır. Eyni zamanda, İrəvanda insanların Avropa İttifaqının necə işləməsi barədə yaxşı təsəvvürləri yoxdur". Onun sözlərinə görə, hazırkı vəziyyət Ukrayna ətrafında gedən proseslərin nəticəsidir. Bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın "France 24"ə müsahibəsində səsləndirdiyi fikirlər vəziyyətin daha da mürəkkəb xarakter aldığını göstərir. Paşinyan açıq mətnlə vurğulayır ki, Ermənistanın Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub. Paşinyanın digər iddiasına görə, Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb. Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib: "Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq". O əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq. Beləliklə, İrəvan Moskvaya getdikcə daha açıq şəkildə zidd siyasət yürüdür. Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov Kremlin bütün bunları İrəvana bağışlamayacağını bəyan edir. O, hətta ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib. Şarmazanov bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib: "Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər". 

Siyasətçi, həmçinin, Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: "Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq". Bu fikri erməni hərbi ekspert Ayk Nahapetyan da bölüşür. O, Paşinyanın indi Fransanın təsiri ilə Ermənistanı fəlakətə sürüklədiyini, Rusiyanın buna göz yummayacağını bildirir. Həmçinin qeyd edir ki, Fransanın Cənubi Qafqazda yaratdığı təhdidlərə Azərbaycan da göz yummayacaq: "Fransa indi Ermənistanı silahlandırır. İlk dəfədir ki, Fransadan "Bastion" zirehli texnika gəlir və onların münaqişə zonasında olan Ermənistan üçün effekt verəcəyini düşünmürəm. Məsələn, onları Ukraynaya təklif etdilər, amma rədd edildi. Çünki onlar guya avtomatik silah atəşindən qoruyur, lakin ağır pulemyotdan istifadə edilərsə, o faydasız ola bilər. Cəbhədə onların heç bir mənası yoxdur. Və istənilən ölkədən böyük miqdarda gecə görmə cihazlarını ala bilərsiniz, bu problem deyil. Hava hücumundan müdafiə sistemləri silah deyil, səmada pilotsuz uçan obyektləri aşkarlayır. Tutaq ki, onlar aşkar edilib, lakin onları məğlub edəcək avadanlıq yoxdursa, onda nə mənası var? Bu radarların İrəvana çatdırılmasının bir məqsədi var - Ermənistan Rusiya ilə hava hücumundan müdafiənin birgə idarə olunmasına dair müqavilə bağlayıb və onların vəzifəsi ümumi hava hücumundan müdafiə idarəetmə sisteminə daxil olmaqdır, çünki bu, Rusiya-Ukrayna cəbhəsinə daxil olmaq üçün Qərbə lazımdır. İrəvana gələn Fransa müdafiə nazirinin mesajı ilə bağlı demək istərdim ki, burada təhlükəli proseslər başlayır. Həmçinin Azərbaycan Prezidentinin İrəvan-Paris hərbi-texniki əməkdaşlığı ilə bağlı son dərəcə mənfi mövqeyini də nəzərə alaq. Fransa, faktiki olaraq, Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevə Fransanın Ermənistanı Bakıya qarşı müharibəyə başlamaq üçün silahlandırdığını deməyə imkan verir. Üstəlik bu, Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün tam legitim əsas verə bilər. Bu baxımdan Bakı qabaqlayıcı əks-hücuma keçə bilər. Fransanın da məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Çünki Ukrayna cəbhəsində onların hara getdiyi aydındır, gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq". Hər halda, baş verənlər İrəvanın öz yanlış siyasətinin nəticələridir. Bu ölkə başqalarının diqtəsi ilə hərəkət etdiyindən sürətlə fəlakətə sürüklənir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ