Cümə axşamı günü, 05 noyabr 2026
     

Sumqayıtda erməni cinayətlərinin ildönümü gəldi - o kəskin sual hələ də qalır...

Image


Xəyal Bəşirov: "Sumqayıt hadsiələrinə layiqli hüquqi və siyasi qiymət verilmədi"

1988-ci il fevralın 28-də baş verən Sumqayıt hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatlardan biri kimi tarixə düşüb. 

Bu hadisənin təşkilatçıları da, onu törədənlər də erməni olub və onların hədəfi Azərbaycanla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq, guya bizim ölkədə ermənilərə qarşı "ayrıseçkilik" olduğunu göstərmək idi. Sumqayıt hadisələrinin təşkilatçısının erməni Eduard Qriqoryan olduğu çoxdan sübut olunub. 

Məlumatlara görə, Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər olub və bunun təqribən 18 minini etnik ermənilər təşkil edib. Ekspertlər deyir ki, 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

Amma təəssüf ki, erməni təbliğat maşını gecə-gündüz dayanmadan işləyir və Sumqayıt hadisələrini, burada törədilən cinayətləri Azərbaycanın ayağına yazmağa çalışır. Halbuki, Sumqayıtda baş verənlər birbaşa ermənilər tərəfindən həyata keçirilib, özü də məqsədli şəkildə. Tədqiqatlara görə, bu işdə xaricdəki erməni diaspor, lobbi, millətçi təşkilatlarının da birbaşa iştirakı olub, bu cinayətə əvvəlcədən hazırlaşıblar. Hətta cinayət öncəsi ermənilər yaşayan məhələlərin damlarına xüsusi kameralar quraşdırıblar ki, baş verən cinayətləri lentə alıb dünyaya "azərbaycanlılar erməniləri qırır", "burada etnik zəmində hadisələr baş verir" desinlər. 

Bu gün ermənilər Sumqayıt hadisələrini əllərində bayraq edib bizə qarşı təxribatlarını genişləndiriblər.

Sumqayıt hadisələrinin tam hüquqi, siyasi qiyməti verilibmi?

"Azərbaycan dövləti, Azərbaycan xalqı, bütün proseslərə olduğu kimi, Sumqayıt hadisələrinə də ən ədalətli, ən layiqli siyasi və hüquqi qiyməti verəcək" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində "Sumqayıt hadisələrinə lazımı hüquqi və siyasi qiymətin verilməsi üçün ilk növbədə o dövrdə Azərbaycanın aid olduğu Sovetlər İttifaqının rəhbərliyində bir ədalətli yanaşma olmalı idi. Proseslərə ədalətli yanaşma olsaydı, heç bəlkə də Sumqayıt hadisələri baş verməzdi. Bilirik ki, Sumqayıt hadisələrinin səbəbkarı, onun əsas ssenari müəllifləri ermənilər idi. Onlar Azərbaycan dilini mükəmməl bilən ermənilər idilər. Sumqayıtda yaşayan ermənilər Azərbaycan dilini çox mükəmməl bilirdilər. İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan köçən ermənilərin də Azərbaycan dilini hansı səviyyədə bildiklərinin şahidi olduq. Çünki Azərbaycanda yaşayıblar və həmişə öz əsas niyyyətlərini pərdələmək üçün yaşadıqları toplumlara sevgilərini nümayiş etdirirlər. Əslində bu saxta sevgidir. Yaşadıqları ölkənin dilini öyrənirlər, o dili maksimum dərəcədə yaxşı bildiklərini göstərib həmin o toplumun maraqlarına xidmət etdikləri görüntüsünü yaratmağa səy göstəriblər. 

Sumqayıt hadisələrini törədən şəxslərin, əslində prosesin əsas ssenari müəllflərinin ermənilər olduğunu hər birimiz bilirik. Bu o zaman da məlum idi. Ondan sonra baş verən proseslər də onu göstərdi. Ümumiyyətlə, belə hadisələrin, proseslərin əsas niyyətlərini öyrənmək üçün ilk növbədə həmin o proseslərin məntiqi nəticəsinə diqqət yetirmək lazımdır. Prosesin nəticələri nə oldu? Sumqayıt hadisələri, sonra 20 yanvar hadisələri baş verdi. Elə həmin o proseslərlə paralel olaraq Azərbaycan əraziləri işğal edildi, 300 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan, indiki Ermənistandan deportasiya edildi, qovuldu. Sumqayıtdan nə qədər erməni çıxmışdı? Təbii ki, bu rəqəmdən dəfələrlə az. Əslində, o prosesin əsas məqsədi Azərbaycanın müxtəlif ərazilərində qırğınlar törətmək, əhali arasında vahimə, qorxu yaratmaq, indiki Ermənistan ərazində olan bütün azərbaycanlıları sonuncu nəfərinə qədər qovub çıxarmaq, onların bütün əmlaklarını mənimsəmək, Qarabağı və ətraf əraziləri, bir sözlə, Azərbaycanın 20 faiz ərazisini işğal etmək və bunların arxasında duran digər məkrli niyyətlər idi. Yəni bu proseslər çox təəssüf ki, onların bütün məkrli niyyətlərini həyata keçirməsinə gətirib çıxardı" - deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, bu da ondan xəbər verir ki, Sumqyıt hadisələrinin arxasında o dövrdə Moskvada olan erməni  siyasi liderlər, Ermənistan və Azərbaycanda yüksək mövqeyə sahib olmuş ermənilər, onların əlaltıları durub. X.Bəşirov hesab edir ki, bu hadisələr bu prosesin çoxdan hazırlanmış bir proses olduğundan xəbər verir. "Necə ki, 1987-ci ildə ulu öndər Moskvadakı vəzifələrindən çıxdıqdan sonra Mixail Qorbaçovun (Qorbaçovun Azərbaycana və azərbaycanlılara qarşı xüsusi nifrəti vardı - X.B) iqtisadi məsələlər üzrə köməkçisi Aqambekyan Paris matbuatında çıxış etdi, ondan sonra sanki  Azərbaycana qarşı hücumların "xeyir-duası" verildi. Bütün bu proseslər məhz ona xidmət edirdi. Təbii ki, ssenari "böyük fiqurlar" tərəfindən yazılmışdı, böyük ustalıqla həyata keçirilirdi. Sumqayıt hadisələri də bunlardan biri oldu. Amma çox təəssüflər olsun ki, Sumqayıt hadsiələrinə layiqli hüquqi və siyasi qiymət verilmədi. Əksinə, oradakı proseslərdə heç bir günahı olmayan gənc azərbaycanlı Əhməd Əhmədov ölüm hökmünə məhkum edildi, öldürüldü. Təbii ki, bu da əslində insanları çaşdırmaq, hadisələri yanlış məcraya yönləndirmək və bu yolla da Sumqayıt hadisələrində əsas günahkar olan insanların izlərini itirmək məqsədinə xidmət edirdi. Çox təəssüflər olsun ki, buna da geniş mənada nail oldular. Azərbaycan əraziləri işğal altına düşdü, Azərbaycan vətəndaşları qırğına, soyqırıma, təcavüzə məruz qaldı. Bütün bu proseslər o ssenarini yazan müəlliflərin hədəflərinə nail olmasına səbəb oldu. Amma hər halda Azərbaycan xalqı özünün haqlı mövqeyindən, özünün mübarizəsindən dönmədi, Azərbaycan dövləti öz mübarizəsini apardı. Biz işğal mərhələsinə son qoyduq. Düşünürəm ki, Sumqayıt hadisələrinə də gec də olsa tam ədalətli hüquqi və siyasi qiymətin verilməsi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan dövləti, Azərbaycan xalqı, bütün proseslərə olduğu kimi, Sumqayıt hadisələrinə də ən ədalətli, ən layiqli siyasi və hüquqi qiyməti verəcək. 

Eyni zamanda, o ssenariyə uyğun olaraq indiki Ermənistan ərazisindən qovulmuş yüzminlərlə azərbaycanlının öz dədə-baba yurdlarına qayıtması üçün üzərimizə düşən işi həyata keçirib bu prosesin uğurla başa çatmasına nail olacağıq" - deyə X.Bəşirov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ