Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ-da Texas üsyanı böyüyür - Birləşmiş Ştatlar parçalanır...

Image


ABŞ-ın Missuri ştatının qubernatoru Mayk Parson Texas hakimiyyətinə sərhədi qorumaq üçün Milli Qvardiyanın əsgərlərini göndərəcəyini bildirib. 

Parson mətbuat konfransında bu xüsusda bildirib: "Mart ayından etibarən Missuridən ilk patrul orada olacaq. Əvvəlcə 11 zabit olacaq. Milli Qvardiya üzvlərinin ilkin yerləşdirilməsinin martın 10-da başlayacağını gözləyirik". 

Missuri rəhbəri əməliyyatın ilkin olaraq 90 gün davam edəcəyini bildirib. Parson qeyd edib ki, onun dövləti üçün təhlükə sərhəddən axan böyük həcmdə narkotikdir. O da vurğulanır ki, ABŞ qeyri-qanuni miqrasiyanın rekord səviyyələrini qeydə alır, sərhəd rəsmiləri keçən dekabr ayında 302 000 qeyri-qanuni sərhəd keçidini qeydə alıblar ki, bu da bir ayda ən böyük rəqəmdir. Bu arada o da bəlli olub ki, Texasda, Meksika ilə sərhəddə qanunsuz miqrant axınına qarşı hərbi düşərgə yaranacaq. Ştatın qubernatoru Qreq Ebbotun sözlərinə görə, orada 2,3 minə qədər əsgər yerləşdirmək olar: "Sərhəd təhlükəsizliyi imkanlarımızı artırmaq üçün biz Texas Milli Qvardiyasına ərazidə əməliyyatları təkmilləşdirməyə imkan verəcək yeni hərbi düşərgə tikirik". Bununla da Texas rəsmiləri ilə Ağ Ev arasında Meksikadan gələn qeyri-qanuni miqrant axını ilə bağlı gərginlik getdikcə artır. Texas qubernatoru Qreq Ebbot sərhədləri qorumaq üçün federal səlahiyyətlilərlə münaqişəyə hazır olduğunu bildirir. Ağ Ev hələ ki, üsyankar qubenatora qarşı hansısa təsirli tədbirlər görə bilmir. Bundan əvvəl Texas hakimiyyəti sərhədi qeyri-qanuni miqrant axınından qorumaq üçün yerli Milli Qvardiyanı səfərbər edib, həmçinin onlardan qorunmaq üçün tikanlı məftillərdən divar tikməyə başlayıb. Qreq Ebbott yerli hüquq-mühafizə orqanlarına miqrantları saxlamağa və hakimlərə onların ABŞ-dan deportasiya edilməsinə göstəriş verməyə icazə verən qanunu imzalayıb, həmçinin miqrantların Vaşinqton, Nyu-York və Çikaqo daxil olmaqla, Amerikanın böyük şəhərlərinə gğndərilməsinə dair əmr verib. 2022-ci ildən bəri Ebbott 102100 nəfərin ölkənin digər bölgələrinə göndərildiyini bildirib.

Indilikdə Texasda immiqrasiya qalmaqalları fonunda Amerika Birləşmiş Ştatlarından ayrılma çağırışları güclənib. "Newsweek" jurnalı yazır ki, buna səbəb federal orqanlara ştatın qubernatoru Qreq Ebbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub: "Bu bəyanatlardan sonra ştatın Şimali Amerika əyalətindən ayrılması olan "Texit" tərəfdarları Texasda yenidən aktivləşib". "Texit" hərəkatının lideri Daniel Millerin sözlərinə görə, bu vəziyyətdən istifadə edərək, ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsvermə bülleteninə daxil etməyə çalışıb. Bu arada ABŞ-ın 26 baş prokuroru Texas qubernatorunun  "miqrant işğalı"na dair mövqeyini müdafiə edib. 26 respublikaçı baş prokurorun prezident Co Baydenə və daxili təhlükəsizlik katibi Alexandro Mayorkasa ünvanladığı məktubda "milyonlarla insanın ABŞ sərhədinə koordinasiyalı hücumunun" işğal olduğu və ştatın özünü bu işğaldan qorumalı olduğu qeyd edilib. Məktubda vurğulanıb ki, Texasın yerləşdirdiyi baryerlərin federal hökumət tərəfindən dağıdılmasına çalışılmasına rəğmən öz sərhədinin mühafizəsinə çalışması alqışlanmalıdır. Baş prokurorlar əlavə ediblər ki, ştat özünü işğaldan qorumaq qabiliyyətində olmalıdır və heç kim buna etiraz etmir:

"Hazırda kartellər, terror qrupları və digər pis niyyətli aktorlar böyük insan axınını təşkil etmək üçün sərhəddəki xaosdan yararlanırlar. Qanunsuz qruplaşmalar öz "yırtıcı" üzvlərini gizlətmək üçün ABŞ-a daxil olan insan axınından istifadə edirlər. Milyonlarla insanın koodrinasiyalı hücumun bir parçası kimi Texasa gəlməsi işğaldır. Nə Texas, nə də hansısa digər ştat bu cür insan axınının öhdəsindən gələ bilməz". Ayova ştatının baş prokuroru Brenna Börd və Utah ştatının baş prokuroru Şan Reyesin rəhbərliyi ilə hazırlanmış müraciətdə qeyd olunub ki, 2021-ci ildə Baydenin inauqurasiyasından sonra 6 milyon qanunsuz miqrant ölkənin cənub sərhədini keçib: "Bu, üç ildən az bir müddətdə Ayova və Utah ştatlarının əhalisi qədər insanın bizim ölkəmizə əlavə edilməsidir". Börd "Fox News Digital"a açıqlamasında bildirib ki, cənub sərhədinin işğalı bütün ştatları sərhəd ştatına çevirir: "Əgər Bayden administrasiyası bizim sərhədimizin mühafizəsi və amerikalıların təhlükəsizliyinin saxlanılmasına dair öz vəzifəsini yerinə yetirməyəcəksə, kənara çəkilməli və ştata öz işini özü görməyə icazə verməlidir". Qeyd edək ki, ABŞ Ali Məhkəməsi yanvarın 22-də qeyri-qanuni mühacir axını ilə mübarizə aparmaq üçün Texas ştatı tərəfindən ABŞ-Meksika sərhədində quraşdırılmış 48 kilometr uzunluğunda tikanlı məftil hasarının sökülməsinə qərar verib. Amma yuxarıda qeyd edildiyi kimi, Texas hakimiyyəti buna qarşı çıxır. Belə vəziyyət ABŞ-ın parçalanması üçün ilkin şəraitin yaranmaqda olduğunu göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ