Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından eyni vaxtda qovulacaq...

Image


Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib: 

"Hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təbii, buna Ermənistanın qısa zamanda təşkilat daxilində normal və tam işinə qayıtması kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar".

Pankin Ermənistanı konstruktiv mövqe sərgiləməyə çağırıb: "Biz İrəvandakı vəzifədaşlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq. Moskva buna əsaslanır ki, KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir və Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət edir". Amma Rusiyadan gələn çoxsaylı xəbərdarlıqlara baxmayaraq, İrəvan Moskva və KTMT-yə hücumlarını davam etdirir. Xüsusən də bu günlərdə baş nazir Nikol Paşinyanın ölkəsinin İctimai Radiosuna müsahibəsində dedikləri tərəflər arasında narazılığı daha da artırırb. Paşinyan bildirib ki, Rusiya bir neçə səbəbə görə Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz: "Biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya biləcəyimizi başa düşməliyik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual və konsepsiyanın yaradılmasında heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası ilə idi". Məsələyə Kremlin cavabı özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib: "Ermənistan rəhbərliyinin erməni xalqı üçün düzgün seçim edəcəyini gözləyirik. Ölkələrimiz müttəfiq olaraq qalır, erməni xalqının maraqları Rusiya ilə qonşuluq münasibətlərindən ayrı deyil. Biz Ermənistan rəhbərliyinin bunu nəzərə alacağını və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcəyini gözləyirik". Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında etibarlı ikitərəfli hüquqi baza var: "Bu, hərbi-texniki əməkdaşlığa da aiddir. Hər iki tərəfin suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qorunması da daxil olmaqla, bir-biri qarşısında öhdəlikləri var. İrəvan da KTMT çərçivəsində mümkün təcavüz halında kollektiv təminat altındadır. Ölkələr 2016-cı ildə qoşunların birgə qruplaşdırılmasına dair saziş imzalayıblar. KTMT çərçivəsində fəal əməkdaşlığa qayıtmaq ilk növbədə Ermənistanın maraqlarına cavab verir. İrəvanın sərəncamında təşkilatın geniş imkanları var, onun potensialı çoxillik təcrübəyə əsaslanır". Zaxarova bəyan edilmiş məqsədlərdən uzaq məsələlərlə məşğul olan Avropa İttifaqı missiyasının müşahidəçilərindən fərqli olaraq, KTMT-nin Cənubi Qafqazda sabitləşdirici rol oynaya biləcəyini vurğulayıb.

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan bildirir ki, Paşinyan KTMT ilə münasibətlərini sərtləşdirib təşkilatdan çıxsa, Ermənistan Avrasiya İqtisadi İttifaqından da qovulacaq. Bu da ölkə iqtisadiyyatına dağıdıcı təsir edəcək: "Bəzi şikayətlər edirlər, deyirlər ki, Rusiya ümidləri doğrultmayıb. Vəziyyətə praqmatik baxaq. Etiraf etməliyik ki, Rusiya bölgənin bir nömrəli oyunçusudur. Bunu bilə-bilə belə bir ölkə ilə münasibətləri necə korlaya bilərsiniz? Üstəlik, şantaj və digər çirkin manipulyasiyalardan istifadə etməklə".

Siyasətçi qeyd edir ki, beynəlxalq tərəfdaşlarla münasibətlərdə hakimiyyət Ermənistanı sınaq poliqonu statusuna gətirib. Üstəlik, Ermənistan üzərindən kimin zərbə endirəcəyi ikinci dərəcəli məsələdir. O, ölkənin qarşısında duran əsas vəzifəni bu vəziyyətdən çıxış yolu hesab edir, lakin bildirir ki, Ermənistan hakimiyyəti tamam başqa işlərlə məşğuldur. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "RİA Novosti"yə müsahibəsində bildirib ki, Avrasiya İqtisadi İttifaqı Ermənistana böyüfk fayda gətirir: "Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtina Ermənistan üçün sərfəli deyil, bu onun maraqlarına ziddir. Qurum çərçivəsində əməkdaşlıq Ermənistan üçün səmərəlidir, son bir neçə ildə ölkə ÜDM-in artımı, əsas kapitala investisiyalar, başa çatdırılan tikinti işlərinin həcmi və sair kimi göstəricilərə görə birlik daxilində liderə çevrilib. Bütün bunlar əsasən birlik daxilində vahid bazar, əmək resurslarının sərbəst hərəkəti, müəssisələrin açılması prosedurunun sadəliyi, enerji təchizatı üçün güzəştli şərtlər və sair sayəsində mümkün olub. Beləliklə, iqtisadi baxımdan, fikrimcə, ittifaqa üzvlük İrəvan üçün əlbəttə ki, faydalıdır və ondan imtina etmək, ölkənin maraqlarına zidd olardı". Pankin əlavə edib ki, Ermənistanın baş nazirinin səsləndirdiyi prioritetlər inteqrasiya quruculuğu sahəsində ümumi yanaşmalarla uzlaşır və onlar məhsuldar əməkdaşlığa sadiqdir. Amma görünən odur ki, Ermənistan Rusiyanın təkliflərini rədd edir və Kremlin orbitindən çıxmaqda israrlıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ