Cümə axşamı günü, 05 noyabr 2026
     

Gürcü ekspertdən 7 fevral seçkiləri ilə bağlı olduqca maraqlı fikirlər...

Image


Gürcü ekspert və aparıcı Georgi Saralidze Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəblərini açıqlayıb və onların nəticələrini təhlil edib. O qeyd edib ki, fevralın 7-də Azərbaycanda keçirilən səsvermənin nəticəsi vətəndaşların bu illər ərzində prezident İlham Əliyevin simasında liderə öz səslərini vermək üçün seçki məntəqələrinə gedərkən gözlənilən nəticə oldu.

Georgi Saralidze ilk növbədə Azərbaycanda seçkilərin vaxtından bir il əvvəl keçirilməsinin səbəblərini açıqlayıb: "Azərbaycanın yenidən seçilmiş prezidentinin özünün açıqladığı rəsmi versiyaya görə, respublika öz tarixinin çox mühüm mərhələsini başa vurub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İndi yeni mərhələ başlayır və seçkilər keçirilməlidir ki, ərazi bütövlüyünün bərpası seçkidə də öz əksini tapsın. Bu fonda prezident dirçəliş və quruculuqla indi tam məşğul ola bilər.

Bundan başqa, 2024-cü ilin fevralı xarici siyasət baxımından seçkilər üçün ən yaxşı vaxtdır. "Mən bunu azərbaycanlı politoloqlarla bölüşdüm - onlar mənim versiyamı təkzib etmədilər, amma xüsusilə də dəstəkləmədilər. Yeri gəlmişkən, seçkilərə Avropa İttifaqından müşahidəçilər gəlməyib, lakin Braziliya, Vyetnam, Cənubi Koreya, Yaponiyadan müşahidəçilər olub. Müxtəlif ölkələrdən çoxlu müşahidəçilər, o cümlədən Rusiyadan deputat Leonid Kalaşnikovun başçılıq etdiyi kifayət qədər böyük nümayəndə heyəti var idi. Seçkilərə xeyli jurnalist gəldi. Macarıstandan olan jurnalistlərlə danışdım, səhv etmirəmsə, bu, müşahidəçi göndərən yeganə Avropa ölkəsi idi. Onlar dedilər ki, heç vaxt belə bir seçki görməyiblər. Çünki bu seçki həm də bir bayram idi. Hər yerdə rəqslər, mahnılar, milli yüksəliş duyğusu var idi". Georgi Saralidze vurğulayıb ki, prezident seçkiləri həqiqətən də Azərbaycan üçün əlamətdar hadisəyə çevrilib: "30 il ərzində ölkə ərazi problemlərinin olması hissi ilə yaşadı, hər yerdə bu haqda danışıldı. Bu mövzu həm Azərbaycanda, həm də Ermənistanda 1-ci mövzu idi. Szeçkilərdə İlham Əliyevin qələbəsinin qaçılmaz olduğunu hamı bilirdi. Hər şey sakit, kifayət qədər böyük seçici fəallığı ilə keçdi və nəticə, mənim fikrimcə, tamamilə əvvəlcədən müəyyən edilmişdi. Həqiqətən, İlham Əliyev indi azərbaycanlılar üçün ümummilli liderdir. O, Azərbaycanın qarşısında duran əsas vəzifəni həll edən ümummilli liderdir. 1994-cü ildə atəşkəs başladı. Azərbaycanlı politoloqlardan biri dedi ki, bəli, bizim problemlərimiz var, amma prezidentin gördüyü işlərin fonunda hər şey dəyişib. İndi Azərbaycan öz ərazisinin 20%-ni sıfırdan bərpa etməli olacaq. Müharibədən dərhal sonra mən döyüşən bu ərazilərə gəldim, erməni qoşunları döyüşmədən oradan çıxdılar. Çəkiliş qrupumla bir neçə gün orada olduq. Damı olan bir bina görmədim, hər yer yanmış torpaq idi. Heç nə - nə işıq, nə yol, nə kommunikasiya, nə yaşayış binaları. İndi Azərbaycanda bu cür torpaqların 20%-i var".

 Georgi Saralidze qeyd edir ki,  Qarabağsız Azərbaycanın qazlaşma dərəcəsi 98%, bu ərazilərdə isə sıfır səviyyəsində idi: "Bu, ölkə üçün böyük problemdir, böyük maliyyə, insan və idarəetmə resursları olmalıdır. Bu çağırışdır, lakin digər tərəfdən birləşdirici və hətta ruhlandırıcı amildir". Asiya Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Məhəmməd Reza Məcidi də  prezident seçkilərinin yüksək səviyyədə keçirilməsinin şahidi olduqlarını deyib. Assambleyanın üzvü İlyas Topsakal isə qeyd edib ki, Bakıda 6 dairədə, regionlarda isə bir neçə məntəqədə müşahidələr aparıblar: "Azərbaycandakı seçkilərin təhlükəsizlik baxımından dünyada ən yüksək səviyyədə baş tutmuş seçki prosesi olduğunu deyə bilərik. Seçki prosesini aparan texniki işçilərin də prosesə çox yaxşı səviyyədə hazırlaşdığını müşahidə etdik. Səslərin sayılması prosesində də iştirak etmişik. Bu prosesdə prezident İlham Əliyevin çox böyük sayda səs qazandığının şahidi olduq. Bu, demokratiya baxımından böyük uğurdur". İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib. Seçkilər ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkilərin hər üç mərhələsini - səsvermədən öncə hazırlığı, səsvermə gününü və səslərin sayılmasını - müşahidə edib. Heyət həmçinin aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumat alıb. İƏT heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edib". Georgi Saralidze bildirir ki, seçkiləri izləyənlərin hamısı prosesin yüksək səviyyədə baş tutduğunu etiraf edir. O, bu seçkilərin Azərbaycan üçün mühüm önəm daşıdığını, ölkənin inkişafında yeni mərhələyə səbəb olacağını qeyd edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ