Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanı tənqid edən jurnalistə basqılar başladı...

Image


Xəyal Bəşirov: "Bununla da cəmiyyətə və mətbuata mesaj ötürür ki, mənə qarşı çıxan hər kəsin müqəddəratı bu şəkildə olacaq" 

Paşinyanı tənqidinə görə Ermənistan İctimai Radiosunun rəhbəri barəsində tədbir görülür. Bu barədə Azadlıq radiosu məlumat yayıb. Ermənistanın İctimai Radiosuna nəzarət edən dövlət qurumu radionun icraçı direktoru Qaregin Xumaryana qarşı intizam tədbirinin görülməsinə başlayıb.

Azadlıq Radiosunun Erməni xidməti - Azatutyun yazır ki, Xumaryan baş nazir Nikol Paşinyanın Azərbaycanla bağlı bəyanatlarını tənqid etmişdi.

Bəzi məlumatlara görə, Paşinyanın bu radioya əvvəlcədən yazılmış müsahibəsi fevralın 1-də efirə verilmişdi.

Bu müsahibədə Paşinyan Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsini tənqid etmişdi.

Baş nazir bildirmişdi ki, bu bəyannaməyə istinad Konstitusiyanın preambula hissəsində qaldıqca Ermənistanın Azərbaycanla "heç vaxt sülhü olmayacaq".

Beləliklə də Paşinyan konstitusiyanın dəyişdirilməsi planlarını müdafiə etmişdi.

Xumaryan Paşinyanın bu bəyanatlarını tənqid edən məqaləsini radionun internet saytında dərc edib. O iddia edib ki, baş nazir "bizim siyasi kimliyimizin sütunlarından birini" məhv etmək və "bizi - biz olmaqdan məhrum etmək" niyyətindədir:

"Bizə deyirlər ki, azərbaycanlılar güclüdür və ermənilər zəifdir. Azərbaycanlılar erməniləri qətliam edirlər. Bu sillogizm belə bir deduktiv qənaətlə yekunlaşmalıydı: "Gəlin daha güclü olaq". Amma bunun əvəzində bizə deyirlər ki, "erməni olmağınızı dayandırın".

O, baş naziri 2020-ci il Qarabağ müharibəsindən bəri Ermənistan ordusunu yenidən qurmamaqda ittiham edib.

Ermənistanın İctimai Yayım Şurası fevralın 6-da gecə Xumaryanı İctimai Radionun rəsmi saytında şəxsi fikirlərini ifadə etməsinə görə tənqid edib. Şura bildirib ki, İctimai Radio direktorunun hərəkətlərinin etik və hüquqi normalara uyğunluğu araşdırılacaq.

Sözügedən şuranın 7 üzvünün hamısı Paşinyan tərəfindən təyin olunub.

Xumaryan israr edib ki, şuranın bəyanatı ilə razı deyil və "peşə vəzifəsini" yerinə yetirərək Ermənistanın "həyati" problemləri barədə şərh yazıb və bunlar "siyasətin fövqündədir".

Paşinyanı tənqid edən jurnalistə qarşı tədbir görülür, o, hakimiyyət qurumları tərəfindən basqıya məruz qalır, yazdığına, fikirlərinə görə divara qısnanıb. Maraqlıdır ki, Qərbin "söz azadlığını müdafiə edən" təşkilatlarının birinin də səsi çıxmır. 

Amma Azərbaycanda buna bənzər kiçik bir problem baş versəydi həmin təşkilatlar Azərbaycana hücuma keçər, bəyanat-bəyanat dalınca verilərdi.  

"Paşiniynı tənqid etdiyinə görə İctimai Radionun icraçı direktoru Qaregin Xumaryana qarşı basqıların olması onun necə "demokratik lider" olduğunun növbəti göstəricisidir" 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, bu bəlli prosesin davamıdır: "Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən indiyə qədər ona əks mövqedə dayananlara, həm siyasi müxalifətdə olanlara, həm mətbuata, həm də ictimaiyyət nümayəndələrinə qarşı sərt addımlar atır. Onu tənqid edənlərə qarşı inzibati resurslardan istifadə edir, həmin şəxsləri bu və digər formada zərərsizləşdirir. Biz bunu keçmiş cinayətkar ünsürlərə, revanşist qüvvələrə qarşı davranışlarda, etiraz mitinqlərində iştirak edənlərə qarşı atılan addımların timsalında görmüşük. Məsələn, Robert Köçəryana, onun oğluna, eləcə də Paşinyan hakimiyyətinə müxalif olan digər qüvvələrə qarşı dəfələrlə belə yanaşmalar olub. Amma hər bir halda, bu proseslə paralel olaraq Paşinyan özü haqda "demokratik lider", öz hakimiyyəti haqda "demokratik hakimiyyət" görüntüsü yaratmağa cəhd göstərir. Baxın, bir tərəfdə parlamentdə ona qarşı sərt tənqidlər, hətta onun şəxsiyyətinə qarşı bir sıra tənqidi fikirlər səsləndirilir. Guya Paşinyan da öz hakimiyyətinə qarşı bu cür tənqidi fikirlərin səsləndirilməsini, belə mövqeyin sərgilənməsini "demokratiya" ab-havasının olması ilə əlaqələndirir. Amma biz bu hadisələrdən bir müddət sonra bu və digər formada, mümkün qədər ictimailəşmədən, həmin o şəxslərə qarşı inzibati addımların atıldığının şahidi oluruq. Yəni bu, qərblilər, Nikol Paşinyanı hakimiyyətə gətirənlər tərəfindən onun və hakimiyyətinin "demokratik" olması ilə bağlı görüntünün yaradılmasına hesablanıb. Təbii ki, onların bu istəklərini Paşinyan hələlik  çox böyük "uğurla" davam etdirir". 

X.Bəşirovun sözlərinə görə, Paşinyan İkinci Qarabağ müharibəsindən bugünə qədər Azərbaycan tərəfinin və Prezident İlham Əliyevin sülh təşəbbüsləri ilə bağlı atdığı addımları öz adına yazmağa, öz imzasına qoşmağa çalışır.

"Amma hər birimiz bilirik ki, proseslərin bu məcraya gəlib çıxmasında Nikol Paşinyanın şəxsən özünün çox böyük rolu var. O, həm İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb olan "Qarabağ Ermənistandır." sözünü səsləndirib, həm artıq məhv edilən qondarma rejimin cinayətkar ünsürlərinin "seçkilərinin" "inauqurasiya mərasimində" iştirak edib, içkili vəziyyətdə Şuşada yallı gedib, bu da Azərbaycan dövlətinin və Azərbaycan xalqının səbr kasasını daşdıran son damla oldu. İkinci Qarabağ müharibəsindən sonra lokal antiterror tədbirlərinin həyata keçirilməsi məcburiyyətini, zərurətini yaradan onun addımları oldu. Halbuki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə öhdəlik götürsə də, o öhdəliyi yerinə yetirmədi. Buna görə də o proseslər reallaşdı. İndi də sülh prosesinin uzadılması ilə məşğuldur. 

Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinad edilməsi ilə bağlı məsələdə Azərbaycana qarşı ərazi iddiaları var. O ərazi iddiaları ilə bağlı məqamların konstitusiyadan çıxarılmasını həyata keçirmək əslində Paşinyanın çoxdankı işi idi. Paşinyan ondan əvvəl qəbul edilmiş bu absurd konstitusiyaya, yaxud konstitusiyada nəzərdə tutulmuş bu absurd müddəaya münasibəti indi deyil, çoxdan bildirməli idi. Təbii ki,  Paşinyan "sülh təşəbbüsünü ortaya qoyan", sanki Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyində olan bir baş nazir görüntüsünü yaratnağa çalışır, amma konstitusiyadakı o müddəa ona mane olur. Bununla Paşinyan bir oxla iki hədəfi vurmağa cəhd göstərir. Hər iki variant - konstitusiyaya dəyişikliyin edilməsi variantı da, konstitusiyaya dəyişiklik edilməməsi variantı da Paşinyanın işinə yarayacaq. Necə? Konstitusiyaya dəyişiklik etmədən Azərbaycanla sülh sazişini imzalaya bilməyəcək. Sözsüz, bunun məsuliyyətini öz üzərindən atmağa, özündən əvvəlkilərin qəbul etdiyi konstitusiya ilə bağlamağa çalışacaq. Əsaslandıracaq ki, konstitusiyada dəyişikliklərin edilməsi mümkün olmadığına, yaxud buna bir sıra qüvvələr mane olduğuna görə Azərbaycanla  sülh sazişi imzalaya bilmir. Əgər konstitusiyada o maddə olacaqsa, o halda  sülh sazişi qüvvədən düşmüş hesab olunur. Digər tərəfdən, əgər konstitusiyaya dəyişikliyə nail olacaqsa bu yolla Paşinyan zərərsizləşdirdiyi sələflərinin bütün iz-tozunu Ermənistan tarixindən silməyə cəhd götərəcək, bunu reallaşdıracaq. Hər  bir halda Paşinyanın düşündüyü Azərbaycanla sülh sazişi imzalamaq, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olmaq deyil, özünün hakimiyyətini müxtəlif yollarla qoruyub saxlamaq və ömrünü uzatmağa hesablanır. Paşiniynı tənqid etdiyinə görə İctimai Radionun icraçı direktoru Qaregin Xumaryana qarşı basqıların olması onun necə "demokratik lider" olduğunun növbəti göstəricisidir. Baş naziri kim tənqid edirsə, müəyyən bir vaxtdan sonra hansısa formada cəzalandırılır. Əvvəl tənqidə şərait yaradır, sonra isə tənqid edənin başına oyunlar açır. Bununla da cəmiyyətə və mətbuata mesaj ötürür ki, mənə qarşı çıxan hər kəsin müqəddəratı bu şəkildə olacaq. Qərbin bunu görməzdən gəlməsi də gözlənilməz deyildi və bu hər dəfə belə olur. 

Eyni zamanda erməni tarixindən Ermənistan tarixinə keçid məsələsi də ortaya atılıb. Baş nazir bununla yeni Ermənistan qurmaq  və bunu da gələcəkdə öz adı ilə bağlamaq niyyətini ortaya qoyur. Onun bu addımı ondan xəbər verir ki, əslində Robert Köçəryan, Serjik Sarkisyan hakimiyyətdə olarkən Ermənistan hakimiyyəti olmayıb, sadəcə ermənilər adlı bir toplum olub, o şəxslər də o topluma rəhbərlik ediblər. Amma Ermənistan dövlətinin yaradılmasını o öz adı ilə bağlamağa cəhd edir. Bütün bu proseslər də ona hesablanıb"-deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ