Cümə axşamı günü, 05 noyabr 2026
     

7 fevral seçkisi dünya mediasında da unikal rəylər aldı...

Image


Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə dünya miqyasında da böyük diqqət qeydə alındı. Proses bir çox ölkələrin media vasitələri tərəfindən geniş işıqlandırıldı. 

Bu xüsusda Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır ki, növbədənkənar prezident seçkiləri hazırkı dövlət başçısı İlham Əliyevin son dərəcə inamlı qələbəsi ilə başa çatıb.

Qeyd olunur ki, Azərbaycan seçiciləri Qarabağa görə İlham Əliyevə yüksək faizlə təşəkkür ediblər: "Ölkə tarixində ilk dəfə səsvermənin Qarabağ da daxil olmaqla onun bütün ərazisində keçirilməsi nəticəni əvvəlcədən müəyyənləşdirib. Seçicilərin 92 %-dən çoxu Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olmuş prezidentə səs verib". Bildirilir ki, artıq digər ölkələrdən olan həmkarları İlham Əliyevi qələbə münasibətilə təbrik etməyə başlayıblar. Ekspertlər, müşahidəçilər və seçki komissiyalarının nümayəndələri 76,7 faiz seçici fəallığının son dərəcə yüksək olduğunu və məhz prezident İlham Əliyevin bu təsirli nəticəyə nail olduğunu qeyd ediblər: "7 fevral seçkisinin əsas özəlliyi ondan ibarətdir ki, proses Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən 44 günlük müharibə nəticəsində işğaldan azad olunan Qarabağda keçirilib. Həmin ərazilərdə ümumilikdə 26 seçki məntəqəsi yaradılıb. Təsadüfi deyil ki, İlham Əliyev ailəsi ilə birgə Qarabağın Xankəndi şəhərinə gələrək orada 122 saylı seçki dairəsinin 14 saylı yerli seçki məntəqəsində səs verib". Nəşr onu da vurğulayır ki, prezident seçkilərində digər namizədlər olsa da, favorit öncədən bəlli idi: "Seçki kampaniyası 22 gün davam etdi və həm yerli sakinlərin, həm də ölkəyə gələn beynəlxalq müşahidəçilərin qeyd etdiyi kimi, son dərəcə sakit keçdi". Digər Rusiya nəşri "Moskovski Komsomolets" qəzeti də məsələyə geniş rakursdan nəzər salıb: "Azərbaycanda ölkə üçün əlamətdar hadisəyə çevrilən növbədənkənar prezident seçkiləri başa çatıb. Proses beynəlxalq müşahidəçilərin və jurnalistlərin çoxluğu, vətəndaşların yüksək fəallığı ilə müşayiət olunub. Həm də tarixi əhəmiyyətinə görə, bu, ölkənin ərazi bütövlüyünün bərpasından sonra keçirilən ilk seçkilər idi. Azərbaycanda keçirilən seçkilər həm seçici fəallığının 70 faizi ötməsinə, həm də səs verə biləcək insanların sayına görə rekord qırdı. Seçici siyahısında olan 6 milyon 478 min 623 nəfər üçün ölkə üzrə 6537 seçki məntəqəsi təşkil edilib".

Nəşr yazır ki, prezident seçkiləri 2025-ci ilin aprelində keçirilməli olsa da, vaxtından əvvəl baş tutub: "Hələ prezident İlham Əliyev bir qədər əvvəl Azərbaycan televiziya kanallarının nümayəndələri ilə söhbətində bunun üç səbəbi olduğunu açıqlamışdı. Birincisi, seçkilər Azərbaycanın suverenliyinin bərpası və ölkənin həyatında yeni mərhələnin başlanması ilə bağlıdır. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində səsvermə keçirildi. Üçüncüsü, 2023-cü ildə İlham Əliyevin özünün prezidentliyinin 20 illik mərhələsi başa çatdı... Seçki günü Azərbaycanın paytaxtında xüsusi təntənə ab-havası hiss olunub. Bakı sakinləri əvvəlcədən eyvanlarına və evlərinin damına ölkə bayraqları asıblar. Bu vətənpərvər fləşmobda nə qədər insanın iştirak etdiyini sezməmək çətin idi. Azərbaycan və Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov "Moskovski komsomolets"ə deyib ki, bu, insanların vətəndaş mövqeyidir: "Biz bunu İkinci Qarabağ müharibəsi zamanı da müşahidə etmişik, indi də müşahidə olunur. Bayraq bizdə dərin ehtiram doğurur. Seçkilərə gəlincə, bu proses ölkənin ərazi bütövlüyü bərpa olunandan sonra baş tutur. 30 ildir bu anı gözləyirik. Və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində seçkilər keçirildi. Bu həm konstitusiyon, həm də siyasi-hüquqi baxımdan çox vacibdir". Nəşr qeyd edir ki, seçkilər ərəfəsində Azərbaycana dünyanın hər yerindən çoxlu xarici qonaqlar gəldi. 90 mindən çox yerli müşahidəçi və 800-ə yaxın beynəlxalq müşahidəçi prosesi izləyib. Və təbii ki, nəinki müşahidəçilərin, eləcə də ölkələrinin gələcəyini müəyyən edən azərbaycanlıların özlərinin fəallığı çox güclü idi. Hətta bu istirahət günündə işləyən, hərbi xidmət keçən və xaricdə olanlar üçün də səsvermə üçün şərait yaradılıb. Eyni zamanda, bütün seçki məntəqələrində təkrar səsvermədən maraqlı müdafiə sistemi qurulub. Səs verən şəxsin barmağına silinə bilməyən və adi gözlə görünməyən xüsusi maye çəkilir. Saytda qeydiyyat zamanı şəxs ultrasəs skanerindən istifadə edərək yoxlanılır, bu maye aşkarlanır, onun əvvəllər qeydiyyatda olub-olmaması müəyyən edilir: "Seçkinin favoriti sayılan və namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən hazırkı dövlət başçısı İlham Əliyevi qeyd etmək yerinə düşərdi. O, ailəsi ilə birlikdə Xankəndi şəhərinə gedib və orada 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində səs verib. Bu qərar çox simvolikdir. Ötən ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndində qaldırıb. Bu, Bakının regiona nəzarətinin tam bərpasının simvolu idi". Azərbaycanda seçkiləri müşahidə edən İqor Korotçenko isə nəticəni təbii sayır: "Şəxsiyyətin tarixdə rolu – bu, məhz İlham Heydər oğlu Əliyevi aiddir! İlham Əliyevin Rusiyanın böyük dostu olması vacibdir, onun prezident Vladimir Putinlə ən mehriban və səmimi münasibətləri var. Azərbaycan Rusiya Federasiyasının etibarlı strateji müttəfiqi və ticarət-iqtisadi tərəfdaşıdır. Onu Azərbaycanda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edirik!".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ