Cümə axşamı günü, 05 noyabr 2026
     

Beynəlxalq müşahidəçilər seçkiyə kölgə salanları alt-üst etdi...

Image


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə təşkili ölkəmizzə qarşı olan qüvvələri məyus edib. Belə qüvvələrin mövqeyinə nəzər saldıqda onların seçkilərlə bağlı hansısa fakta söykənən iradlarını bildirməyə çalışdıqları müşahidə edilir. Əslində, bunlar da irad deyil, sadəcə böhtanlardır.

Anti-Azərbaycan qüvvələrin təsir dairəsində olan media vasitələri seçkilərdə pozuntuların olduğunu iddia etsələr də, bu xüsusda hansısa konkret fakt göstərə bilmirlər. Amma seçkilərin gedişini izləyən beynəlxalq müşahidəçilərin mövqeyi tamam fərqli mənzərəni üzə çıxarır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyasının üzvü, Gürcüstan parlamentinin üzvü Ramaz Nikolaişvili seçkilərlə bağlı monitorinqin yekunlarına dair qeyd edir: "Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunub, bu uğur münasibətilə ölkə hökumətini təbrik edirik. Biz təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bir çox seçkilərin monitorinqini aparmışıq. Qeyd etmək istərdim ki, Azərbaycanda seçkilər texniki baxımdan ən uğurlu təşkil olunmuş seçkilərdən biri idi. Hər bir seçki məntəqəsində buna əmin olduq". Ramaz Nikolaişvili prezident İlham Əliyevi regionun lideri olaraq gördüyünü açıqlayıb: "İstərdim ki, Azərbaycan xalqı onun etdiklərini yüksək səviyyədə dəyərləndirsin. İstərdim, bizim ölkəmizdə də belə lider olsun. Hətta deyim ki, imkanım olsaydı, səsimi ona verərdim". GUAM-ın baş katibi Altay Əfəndiyev seçki barədə qeyd edir: "Seçkilər milli qanunvericiliyə uyğun həyata keçirilib, MSK seçki prosesini düzgün qurub, seçki tam şəffaf formada baş tutub. Seçicilərlə bağlı isə onu deyim ki, səsvermə prosesi azad seçki hüququna əsaslanan formada həyata keçirilib. Ümumilikdə, bizim qrup tərəfindən hər hansısa bir qanun pozuntusu və şikayət qeydə alınmayıb".

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən Gürcüstan nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Arçil Talakvadzenin də mövqeyi çox maraqlıdır: "İlkin müşahidələrimiz odur ki, seçicilərin iştirakı, fəallığı yüksək idi, səsvermə prosesinin bütün detallarına, qaydalarına əməl olundu. Səsvermə mühiti, məntəqələrdəki ab-hava çox sakit, mülayim idi. Biz beynəlxalq müşahidəçilərin səsvermə məntəqələrinə getdiyini, medianın fəal iştirakını qeydə aldıq". O qeyd edib ki, media işçilərinin seçki məntəqələrinə çıxışı təmin olunub: "Yekun olaraq deyə bilərik ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub. Seçici fəallığı yüksək idi, mühit sakit idi, səsvermə qaydalarına əməl olunub, seçicilər seçki hüququndan bəhrələnib. Bu, Azərbaycan seçkiləri tarixində əlamətdar seçkidir. Bunu vətəndaşlar da bildirib, onlar deyib ki, tarixi seçkini yaşayırlar. Vətəndaşlar ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra bütün ölkə ərazisində seçki hüquqlarından bəhrələniblər. Gürcüstan Azərbaycanın demokratik gələcəyini və dayanıqlı sülhü dəstəkləyir. Bu istiqamətdə biz Gürcüstan olaraq Azərbaycanla əməkdaşlığımıza hazırıq". Beynəlxalq Parlamentarilər Konqresinin üzvü Soro Fobeh isə bildirir: "Müşahidə apardığımız bütün seçki məntəqələrində bizi çox yaxşı münasibətlə qarşıladılar və ünvanladığımız bütün suallara dolğun cavab verdilər. Seçki məntəqələrində beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün rahat şərait yaradılıb. Bizi burada qonaqpərvərliklə qarşıladılar. Bu, çox müsbət haldır və bunu dünyanın hər yerində görmək mümkün deyil. Həmçinin xüsusilə qeyd etmək istəyirəm ki, seçicilər nizam-intizamla, qaydalara riayət edərək səsvermədə iştirak etdilər". Beynəlxalq Parlamentarilər Konqresinin daha bir beynəlxalq müşahidəçisi Barri Asmaou bildirib ki, səsvermə zamanı konfliktə rast gəlməyiblər: "Seçkilərdə çox yüksək səviyyədə ictimai iştirakçılıq müşahidə etdik. Məntəqələrdə seçicilərin aktivliyini gördük". O, seçkilərdə əhalinin inklüziv təbəqəsinin iştirakının xüsusilə nəzərə alındığını deyib: "Səsvermə üçün məntəqəyə yaxınlaşa bilməyən fiziki məhdudiyyətli və yaşlı əhali üçün kiçik qutuların olduğunu, nümayəndələr tərəfindən həmin qutuların evlərə daşındığını müşahidə etdim. Bununla yanaşı, yaşlı insanların məntəqələrə də yaxınlaşaraq səs verdiklərini gördük. Gənclərin məntəqələrə gələrək vətənpərvərlik hissələrini səsvermədə iştirakla ifadə etmələri, eyni zamanda, azyaşlıların valideynlərini müşayiət edərək məntəqələrə gəlməsi də diqqətimi çəkən məqamlardan oldu". Ümumiyyətlə, müşahidəçilərin az qala hamısı eyni mövqedədir. MDB baş katibi Sergey Lebedev bu fonda dünyada da Azərbaycandakı seçkilərə layiqli qiymət verilməsinin vacibliyini bildirir. Bakıda bir sıra seçki məntəqələrində olan Lebedev deyib ki, səsvermə insanların böyük fəallığı ilə keçirilib: "Seçkilərdən əvvəl çox böyük hazırlıq işləri aparılıb. Son iki ayda MSK və dairə seçki komissiyaları həm Bakıda, həm də regionlarda prosesin bütün iştirakçıları üçün treninqlər təşkil ediblər. İnsanlara seçicilərlə necə davranmaq, səsvermənin gedişini necə izləmək öyrədilib. Bu iş hədər getmədi, bunu bütün seçki məntəqələrində aydın şəkildə təşkil olunmuş səsvermə sübut edir. Qərb müşahidəçilərinin bir neçə il əvvəl verdiyi tövsiyələrə görə, bir çox seçki məntəqələrində videomüşahidə sistemləri quraşdırılıb, üstəlik, girişdə seçicilər "görünməz mürəkkəblə" qeydə alınır. Bu, bəzi şəxslərin yenidən səs verməsinin qarşısını almağa kömək edir. Biz hələ ölkəyə gəlməmişdən Azərbaycan Respublikasının seçki qanunvericiliyini təhlil etməyə başlamışıq və Azərbaycanın Seçki Məcəlləsinə bəzi müsbət dəyişikliklərin edildiyini görmüşük. Biz namizədlərin irəli sürülməsi, onların qeydə alınması prosesini təhlil etdik və seçkilərin müsabiqə əsasında, yeddi namizədin iştirak etdiyi faktını qeydə aldıq. Namizədlərin tərcümeyi-hallarının təhlili göstərir ki, bunlar hamısı sanballı, bir-iki ali təhsilli, müəyyən təcrübəyə malik insanlardır ki, bu da seçki kampaniyasında iştirak etmək üçün mühüm əhəmiyyət kəsb edir". MDB Baş katibinin sözlərinə görə, bütün namizədlərə bərabər imkanlar verilib: "ATƏT, ŞƏT, TDT-dən xeyli sayda beynəlxalq müşahidəçinin gəlməsi onu göstərir ki, Azərbaycanda seçkilərə çox böyük maraq var. Biz həqiqətən ümid edirik ki, təkcə MDB ölkələrindən olan müşahidəçilər deyil, digərləri də Azərbaycanda keçirilən seçkilərə obyektiv qiymət verəcəklər". Bütün bunlar seçkilərə xələl gətirmək istəyənlərin mövqeyini alt-üst edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ