Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda Almatı Bəyannaməsi ilə bağlı qalmaqal böyüyür

Image


Almatı Bəyannaməsinin Ermənistan və Azərbaycan arasında danışıqlar üçün əsas kimi tanınması bu gün rəsmi İrəvanın xüsusi maraq dairəsindədir. Azərbaycan da bu prosesə etiraz etmir. Amma məsələ ətrafında problem yenə Ermənistandan qaynaqlanır. 

Ermənistan parlamentinin 1991-ci il Almatı Bəyannaməsi imzalanarkən qoyduğu qeyd-şərtlər hazırda məsələ ilə bağlı elə İrəvanın özü üçün müəyyən çətinliklər yaradır.

Xatırladaq ki, sözügedən sənəd 1991-ci il dekabrın 21-də imzalanıb. Bu sənəd Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri, onun əsasları haqqında bəyannamədir. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığını qeyd edən Belovejsk sazişi təsdiqlənib. 

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən birinci sammiti çərçivəsində baş tutan dördtərəfli görüşdə məhz Almatı Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Lakin elə bundan sonra Ermənistan müxalifətinin nümayəndəsi, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan maraqlı bir açıqlama ilə çıxış etdi: "Paşinyan xeyli vaxtdır Almatı Bəyannaməsi haqqında danışır, amma o sənəd sülh sazişinin əsasını təşkil edə bilməz. Ona görə ki, Ermənistan tərəfi həmin sənədi parlamentdə müəyyən şərtlərlə ratifikasiya edib. Həmin şərtlərə görə isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü heç tanımayıb". Bunun ardınca Paşinyan hansı şərtlərin olduğunu müxaliflərdən tələb etməyə başladı: "Mənim bildiyimə görə, Almatıda iclas keçiriləndə erməni tərəfi heç bir şərt irəli sürməyib. Əgər belə şərt varsa, qoy, müxalifət həmin şərti təqdim etsin". Zurabyan Paşinyanı çox gözlətmədi: "Ratifikasiya zamanı Ermənistan Ali Soveti sənədə 10 düzəliş qəbul etdi. Onuncu düzəlişə əsasən, MDB-yə yalnız keçmiş sovet respublikalarının deyil, həmçinin hələ SSRİ-nin süqutundan öncə müstəqillik haqqında referendum keçirmiş muxtar qurumların da qoşulmalarına imkan verilməli idi. Düzəliş orijinalda belə səslənirdi: "13-cü maddənin ikinci abzasına – "bütün keçmiş müttəfiq sovet respublikaları üçün açıqdır" cümləsinə, həmçinin, "SSRİ-nin mövcudluğunu başa vurması ilə bağlı bəyannamədən öncə öz müstəqilliyinin elan edilməsi haqqında referendum keçirmiş muxtariyyətlər üçün də açıq olmalıdır" cümləsi əlavə olunmalıdır". Ermənistan 1992-ci ildə Almatı Bəyannaməsini ratifikasiya etdi. Orada çox aydın şəkildə bir istinad var idi ki, "Dağlıq Qarabağ Respublikası" müstəqil respublika qismində MDB-yə qoşula bilər". Mövcud vəziyyətdə Paşinyan yenə müxalif düşərgəni haqsız çıxarmağa çalışır, bunun üçün maraqlı arqumentlər də tapıb. Məsələn, Paşinyan indi qeyd edir ki, Ermənistan parlamentinin 1991-ci il Almatı Bəyannaməsi imzalanarkən qoyduğu qeyd-şərtlər depozitariyə verilməyib. O bildirib ki, bu səbəbdən də sözügedən qeyd-şərtlərin beynəlxalq hüquq münasibətləri baxımından heç bir qüvvəsi yoxdur: "Beynəlxalq və yerli qanunlara görə, Vyana Konvensiyasına uyğun olaraq ölkə qeyd-şərt qoyduğu zaman depozitariyə də bu qeyd-şərt barədə məlumat verilməlidir. Biz uzun müddətdir ki, bu məsələni araşdırırıq və qeyd etmişik ki, Ermənistan bu barədə depozitariyə məlumat verməyib. Ona görə də beynəlxalq hüquq münasibətləri baxımından bu qeyd-şərtlərin heç bir hüquqi qüvvəsi yoxdur". Onun sözlərinə görə, bu fakt onun göstərişi ilə dəfələrlə yoxlanılıb.

Amma Ermənistan müxalifəti yenə iddia edir ki, Almatı Bəyannaməsinin ratifikasiyası zamanı ölkə parlamentinin ora etdiyi 10 maddəlik qeyd-şərt hüquqi qüvvəyə malikdir. Hər halda, hazırda bu məsələ Ermənistanın özündə hüquqi çəkişmə predmetidir. Bu arada diqqət həm də ona yönəldilir ki, Almatı Bəyannaməsində ərazi bütövlüyü ilə bağlı bənd ümumi xarakter daşıyır. Sənəddə ərazi bütövlüyü məsələsi belə ifadə olunur: "Bəyannamə bir daha təsdiq etdi ki, SSRİ-nin mövcudluğu dayandırılır və onun yerində indi on bir keçmiş sovet respublikasının daxil olduğu Müstəqil Dövlətlər Birliyi yaranır. MDB nə dövlət, nə də dövlətüstü qurumdur, onun bütün iştirakçıları bir-birinin ərazi bütövlüyünü tanıyır və mövcud sərhədlərin toxunulmazlığına hörmət edirlər". Bütün deyilənlərən sonra görünən odur ki, Almatı Bəyannaməsi də sülh üçün yetərli deyil. Sülh üçün Ermənistan digər addımlar da atmalıdır. Bunu rəsmi İrəvan özü də etiraf edir. Məsələn, Nikol Paşinyan Ermənistan müstəqillik bəyannaməsini sülhə əngəl sayır: "Biz dövlətimizin təməlində tarixi ədalət axtarışını qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq, çünki Ermənistanın müxtəlif siyasi qüvvələri və qrupları, ideologiyaları "tarixi ədalət" dedikdə tamam başqa şeyləri başa düşürlər". Onun sözlərinə görə, ümumiyyətlə, bu dövrdə mühüm vəzifə özünü dərk etmək olmalıdır: "Müstəqilliyimizin ilk illərindən, sonrakı inkişaflardan başlayaraq, faciəvi şəraitə görə indi əldə etdiyimiz nəhəng məlumatları emal etməli və dərk etməliyik. Mən bu barədə 2020, 2021, 2022-ci illərdə danışmışam. Məqsəd odur ki, dövlətimizin məzmununda olan daxili ziddiyyətləri ortaya çxarmalı, onlarla üz-üzə gəlməli və bunun nə demək olduğunu anlamalıyıq. Qeyd edək ki, siyasi mətnlərin icrası, nəticəsi var. Həmin bəyannamənin preambulasına üç əsas istiqamət qoyulub, bunlardan biri erməni xalqının istəkləri, tarixi ədalət və ikincisi Qarabağ məsələsidir. Tarixi ədalət nədir? Üstəlik, tarixi ədalətin müxtəlif yozumları ola bilər və problem də buradadır". Paşinyan bildirib ki, Ermənistan müstəqillik bəyannaməsini rəhbər tutsa, sülh mümkün deyil. Ermənistan baş naziri vurğulayıb ki, Ermənistanın xarici və daxili əlaqələri dəyişib, fərqli mühit formalaşıb: "Gizli siyirmədə yazılmış konstitusiya yoxdur, guya biz onu hamıdan gizlədirik və başqa qapıdan keçirmək istəyirik. Problemi konseptual səviyyədə formalaşdırıram. Qalanı isə əlavə müzakirə mövzusudur". Paşinyan qeyd edib ki, dünyada artıq Ermənistanın hazırkı konstitusiyası qəbul edilən zaman olan şəkildə heç nə qalmayıb: "Bəziləri belə bir tezis irəli sürür ki, konstitusiyaya dəyişiklik Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün edilir. Belə problemlər olsa belə, bunlar artıq həll olunub. Nəhayət, sülh müqaviləsinin mətnində razılaşdırılmış bir maddə var ki, tərəflər bu müqavilədən irəli gələn hər hansı öhdəliklərdən yayınmaq üçün öz qanunlarına istinad edə bilməzlər".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ