Cümə axşamı günü, 05 noyabr 2026
     

Əliyev dedi, Paşinyan etiraf etdi - "Bu bəyannamə ilə sülhə getmək olmaz"...

Image


Elnur Kəlbizadə: "Paşinyan başa düşür ki, daşnakların təfəkkürünə uyub tarixi ədalət arayışlarının dərinləşdirilməsi ermənilərə baha başa gələ bilər" 

Ermənistanın Müstəqillik bəyannaməsi sülhün qarşısında böyük əngəl kimi dayanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu bəyannamənin sülhə mane olduğunu bəyan etdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanyan da bunu etiraf edir ki, Ermənistan müstəqillik bəyannaməsini rəhbər tutsa, sülh mümkün deyil. 

N.Paşinyan Ermənistan parlamentində "Biz dövlətimizin təməlində tarixi ədalət axtarışını qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq, çünki Ermənistanın müxtəlif siyasi qüvvələri və qrupları, ideologiyaları "tarixi ədalət" dedikdə tamam başqa şeyləri başa düşürlər" - deyə bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu dövrdə mühüm vəzifə özünü dərk etmək olmalıdır.

"Müstəqilliyimizin ilk illərindən, sonrakı inkişaflardan başlayaraq, faciəvi şəraitə görə indi əldə etdiyimiz nəhəng məlumatları emal etməli və dərk etməliyik. Mən bu barədə 2020, 2021, 2022-ci illərdə danışmışam. Məqsəd odur ki, dövlətimizin məzmununda olan daxili ziddiyyətləri ortaya çxarmalı, onlarla üz-üzə gəlməli və bunun nə demək olduğunu anlamalıyıq. Qeyd edək ki, siyasi mətnlərin icrası, nəticəsi var. Həmin bəyannamənin preambulasına üç əsas istiqamət qoyulub, bunlardan biri erməni xalqının istəkləri, tarixi ədalət və ikincisi, Qarabağ məsələsidir. Tarixi ədalət nədir? Üstəlik, tarixi ədalətin müxtəlif yozumları ola bilər və problem də buradadır", - deyə Paşinyan qeyd edib. "Ermənistan müstəqillik bəyannaməsini rəhbər tutsa, sülh mümkün deyil" - deyən Paşinyan bildirib ki, Ermənistanın xarici və daxili əlaqələri dəyişib, fərqli mühit formalaşıb. "Gizli siyirmədə yazılmış konstitusiya yoxdur, biz onu hamıdan gizlədirik və başqa qapıdan keçirmək istəyirik. Problemi konseptual səviyyədə formalaşdırıram. Qalanı isə əlavə müzakirə mövzusudur", - deyə Paşinyan qeyd edib.

Ermənistan Baş naziri deyib ki, dünyada artıq Ermənistanın hazırkı konstitusiyası qəbul edilən zaman olan şəkildə heç nə qalmayıb:"Bəziləri belə bir tezis irəli sürür ki, konstitusiyaya dəyişiklik Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün edilir. Belə problemlər olsa belə, bunlar artıq həll olunub. Nəhayət, sülh müqaviləsinin mətnində razılaşdırılmış bir maddə var ki, tərəflər bu müqavilədən irəli gələn hər hansı öhdəliklərdən yayınmaq üçün öz qanunlarına istinad edə bilməzlər".

"Azərbaycan Prezidentinin dediklərini qəbul etməyəndə nə ola biləcəyini ən yaxşı Nikol Paşinyan bilir" 

Paşinyanın bəyanatına şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə "Əslində Ermənistanda "erməni millətçiliyi" oyunu oynayanlar, ölkənin müstəqillik bəyannaməsinə və konstitusiyasına əsassız iddiaları salanların özləri də bilirlər ki, istədikləri şey tarixi ədalətin bərpası deyil. Tarixi ədalətin bərpası İrəvanın Azərbaycana qaytarılması deməkdir, tarixi ədalətin bərpası müxtəlif dövrlərdə müxtəlif ölkələrdən tarixi Azərbaycan torpaqlarına köçürülərək məskunlaşdırılan ermənilərin nəsillərinin yenidən həmin ölkələrə qaytarılmasından keçə bilər. Paşinyan başa düşür ki, daşnakların təfəkkürünə uyub tarixi ədalət arayışlarının dərinləşdirilməsi ermənilərə baha başa gələ bilər" - deyə bildirdi. 

E.Kəlbizadə qeyd etdi ki, Ermənistan dalana dirənib, işğalçılıq siyasəti, əsassız iddialar şərq və qərb qonşuları - Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlanmasına, iqtisadi əlaqələrin kəsilməsinə gətirib çıxarıb. "Ermənistan sanksiyalar altında olan İrana, iqtisadi böhrandan Azərbaycan və Türkiyə  ilə əməkdaşlıq edərək xilas olmuş Gürcüstana möhtac olub. Ermənistanın və onun havadarlarının bütün xülyalarına rəğmən Azərbaycan güclənib, beynəlxalq hüquqa uyğun ədaləti bərpa edib. "Dəmir yumruq"la beynəlxalq hüquqi ədalətin bərpası, tarixi ədalətin bərpası məsələsi gündəmə gəlməmiş bəzi erməniləri ayılmağa vadar edib. Nikol Paşinyan yaxşı bilir ki, İlham Əliyevin simasında Azərbaycan dövləti nəyi deyirsə onu da edir. Azərbaycan Prezidentinin dediklərini qəbul etməyəndə nə ola biləcəyini ən yaxşı Nikol Paşinyan bilir. Amma Ermənistan bəyanatlar kimi, fəaliyyətlərdə də, praktikada da səmimi olmalıdır. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Azərbaycana ərazi iddiaları irəli sürən təşkilatları maliyyələşdirməməli, onların fəaliyyətinə gizli və açıq dəstək verməməlidir. Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən "Gardaman-Şervan-Naxçıvan", "Arsax" kimi sarsaq layihələri dəstəkləmək, Vardan Voskanyan kimi şoumen-aktyorların iştirakı ilə "Vətən haradır" klipi çəkmək lazım deyil. Əgər Ermənistan hökuməti bu cür layihələrdə iştirak edənlərə yer tapmırsa onları İrəvandakı Myasnikyan xiyabanı 20 ünvanına, ya da Aqatanqeqosi 1 ünvanına göndərsin. Orada onlar özlərini daha yaxşı ifadə edə bilərlər" - alim bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ