Cümə axşamı günü, 05 noyabr 2026
     

Xarici müşahidəçilər azad rayonlarda seçki prosesinə xüsusi önəm verdilər...

Image


Azər Həsrət: "...Hamı bir ağızdan eyni fikri təsdiqləyir ki..."

7 fevral növbədənkənar prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutub. Azərbaycan ictimaiyyətinin Zəfər seçkisi adı verdiyi bu prosesə Azərbaycan müşahidəçiləri ilə yanaşı xarici müşahidəçilər, media mənsubları da ciddi maraq göstərdilər. 

Rəsmi məlumata görə, işğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi fəaliyyət göstərib. Məlumdur ki, azad ərazilərdə səsverməni xarici müşahidəçilər xüsusilə izlədilər və proseslə bağlı müsbət fikirlər söylədilər.

Prezident İlham Əliyev və ailə üzvləri də 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər.

Bütövlükdə, azad rayonlarda keçirilən seçki prosesi xarici müşahidəçilərin əsas diqqətində oldu. Xarici müşahidəçilərin azad rayonlarda keçirilən seçkiləri izləməsinin və proses barədə müsbət fikirlər bildirməsinin beynəlxaq əhəmiyyəti nədir? Bu, seçkini qaralamaq istəyənlərə layiqli cavab sayıla bilərmi? Çünki arada bəziləri yanlış məlumat yaymağa, seçkini qaralamağa çalışdı...

"...Seçki yüksək səviyyədə təşkil edildi və müxtəlif istiqamətləri təmsil edən beynəlxalq müşahidəçilər haqlı olaraq seçki ilə bağlı yüksək fikirlər söyləyirlər" 

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə "Əlbəttə, azad edilmiş ərazilərdə seçkinin bu cür intizamlı bir şəkildə keçirilməsi, eyni zamanda seçicilərin böyük həvəslə gəlib orada iştirak etməsi, əlamətdar olaraq da Xankəndidəki 3 min seçicinin hamısının Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməsi və sair bizim əleyhdarlarımızı çox qıcıqlandırır, çox narahat edir. Yəni bizə qarşı olanlar bir qayda olaraq millətimizin bütövləşdiyi günləri görmək istəmirlər. Ona görə də şər, böhtan, yalan yayaraq bu seçkini gözdən salmağa çalışırlar. Hətta gecədən görürəm, bəzi qüvvələr belə bir tezis ətrafında yanlış rəy formalaşdırmağa çalışırlar, guya Azərbaycan iddia edib ki, azad edilmiş bütün ərazilərdə seçki təşkil edilib. Əks arqument kimi onu deyirlər ki, o ərazilərdə məskunlaşma getməyib və Azərbaycan hakimiyyəti "dünyanı aldadır". Halbuki, Azərbaycan dövləti, cənab Prezident özü də, biz özümüz də bəyan etmişik ki, bu seçkilər Azərbaycan Respublikası ərazilərinin bütövlüyün təmin edilməsi şəraitində keçirilir. Yəni bu o deməkdir ki, Azərbaycan dövləti özünün bütün ərazisində suverenliyini bərpa edib, təmin edib, biz seçkini bu şəraitdə keçiririk. Amma heç kim iddia etməyib ki, azad olunmuş bütün ərazilərdə keçirilir. Zatən keçirilə bilməz, çünki hələ minalardan təmizlənəcək çox böyük ərazilərimiz var" - deyə bildirdi.

A.Həsrətin sözlərinə görə, ümumiyyətlə, o ərazidə seçkinin keçirilməsi dosta güvən, düşmənə qıcıq verir, ona görə də düşmən könül bulandırmaq üçün ortalığa belə sərsəm, əllə tutula bilməyəcək iddialar atır. "Əlbəttə, biz də cavablarını veririk, verməkdə də davam edəcəyik. Hətta ermənilərin öndə gələnləri beynəlxalq ictimaiyyəti aldatmaq üçün iddia paylaşmışdılar ki, İlham Əliyev heç vaxt Xankəndidə yaşamayıb, amma necə olur, gəlib qeydiyyatda olmadığı, yaşamadığı bir şəhərdə seçkilərdə səs verir, bu "saxtakarlıqdır", "qanun pozuntusudur". Dünən mən tvitter üzərindən onların izləyicilərinə  izah etdim ki, Azərbaycan Respublikasının qanunlarına, Seçki Məcəlləsinə görə, vətəndaş əgər səsvermə günü yaşadığı, qeydiyyatda olduğu ərazidə ola bilməyəcəksə, bunun üçün məntəqə seçki komissiyasından çıxarış alır və harda olacaqsa orada da səs verir, burada qanunsuz heç nə yoxdur. Yəni bu cür xırda ürəkbulandırma cəhdləri var. Amma ümumilikdə bizim bu prosesə heç nə və heç kəs kölgə sala bilməyəcək.

Xarici müşahidəçilərin çıxışlarını, fikirlərini də yaxından izlədim. Bir qayda olaraq, onlar seçkinin yüksək səviyyədə təşkil edildiyini, seçici marağının yüksək olduğunu, seçicilərin iradəsini azad şəkildə ifadə etməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edirdilər. Xarici müşahidəçilərin mövqeyi, rəyi birmənalı şəkildə müsbət oldu. Şəxsən mən özüm də seçki günü həm seçici kimi iştirak etdiyim məntəqələrdə, həm də olduğum başqa məntəqələırdə müşahidə aparmışam, medianın fəaliyyətini də izləmişəm. İlişilə biləcək bir məsələ yox idi. Bu baxımdan, seçki yüksək səviyyədə təşkil edildi və müxtəlif istiqamətləri təmsil edən beynəlxalq müşahidəçilər haqlı olaraq seçki ilə bağlı yüksək fikirlər söyləyirlər. Bu gün (8 fevral-red.) günortadan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki müşahidə missiyasının da açıqlaması olacaq. Onu da gözləyirik. Əlbəttə ki, onların açıqlamalarına uyğun olaraq fikrimizi bildirəcəyik (biz yazını çapa hazırlayanda hələ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları bürosu açıqlama yaymamışdı-İ.S). Amma bunu qeyd etməyi zəruri bilirəm ki, yalnız o qurumdan başqa yerdə qalan bütün beynəlxalq seçki müşahidə missiyaları fikirlərini, qiymətləndirməni açıqlayıblar. Biz hər hansı ciddi, neqativ yanaşmaya rast gəlməmişik. Sadəcə olaraq, hamı bir ağızdan eyni fikri təsdiqləyir ki, seçki doğrudan da yüksək səviyyədə təşkil edilib, azad iradə ifadəsi üçün bütn şərait yaradılıb" - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ