Cümə axşamı günü, 05 noyabr 2026
     

Suveren və bütöv Azərbaycanın ilk Prezidenti O seçildi... - YENİLƏNDİ

Image


Fevralın 7-də Azərbaycanda Prezident seçkilərində səsvermə keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Bu prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutub. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. 

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Prezident seçkilərini QHT-lərdən, vətəndaş cəmiyyətindən rekord sayda müşahidəçi izləyib. Prosesdə 83 QHT-nin 7000-ə yaxın seçki müşahidəçisi iştirak edir. Məlumata görə, ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı təxminən 4 dəfə artıb.

Seçkilərlə əlaqədar üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC "exit-poll" keçirib.

İşğaldan azad olunan Xankəndi şəhərində122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. Füzulinin işğaldan azad edilən ərazilərində isə 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb. Məntəqələrdə ümumilikdə 3619 seçici qeydiyyata alınıb. İşğaldan azad olunan Şuşa şəhərində isə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.  Suqovuşan qəsəbəsində yaradılan 97 sayılı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 sayılı seçki məntəqəsində həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçirilən seçkilərdə səs veriblər.

121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. 

Seçkilər gün boyu böyük çoşqu və ruh yüksəkliyi şəraitində yüksək seçici fəallığı ilə diqqət çəkib.

Saat 19.00-da seçki məntəqələrində səsvermə prosesinə yekun vurulub və bülletenlərin sayılmasına başlanıb.

Səsvermə başa çatdıqdan sonra ABŞ-nin "Oracle Advisory Group" təşkilatı Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı "exit poll"un nəticələrini açıqlayıb. Nəticələri təşkilatın nümayəndələri Vlada Qalan və Corc Brinbaum təqdim edib. Vlada Qalan bildirib ki, keçirilmiş seçkilər tarixi əhəmiyyət daşıyır.

"Oracle Advisory Group" ilk dəfədir ki, Qarabağda və Şərqi Zəngəzurda seçkilərdə iştirak edib", - o, vurğulayıb.

Qeyd edilib ki, "exit-poll" 40 seçki dairəsi və 500 seçki məntəqəsi üzrə 63 mindən çox seçicinin fikri öyrənilərək keçirilib.

Təşkilatın keçirdiyi "exit-poll"un nəticələri belədir:

İlham Əliyev –    93,9 faiz

Zahid Oruc   –   1,8 faiz

Fazil Mustafa   –  1,5 faiz

Qüdrət Həsənquliyev –  1,2 faiz

Razi Nurullayev   – 0,9 faiz

Elşad Musayev –   0,4 faiz

Fuad Əliyev –   0,3 faiz.

Sosioloji Tədqiqatlar Mərkəzi də "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Exit-poll" nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

1. Prezident İlham Əliyev - 92,4 %

2. Zahid Oruc - 2,2 %

3. Fazil Mustafa - 2 %

4. Qüdrət Həsənquliyev - 1,6 %

5. Razi Nurullayev - 0,6 %

6. Elşad Musayev - 0,8 %

7. Fuad Əliyev - 0,3 %

"Rəy" Monitorinq Mərkəzinin 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində keçirdiyi "exit-poll"un nəticələrinə görə isə seçkilərdə hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,6 faiz səs toplayıb.

Tam sıralama belədir:

İlham Əliyev – 92,6 faiz

Razi Nurullayev - 1,16 faiz

Fuad Əliyev – 0,84 faiz

Fazil Mustafa – 0,58 faiz

Qüdrət Həsənquliyev – 0,46 faiz

Zahid Oruc – 0,37 faiz

Elşad Musayev – 0,11 faiz

Etibarsız bülletenlər – 0,73

"Exit-poll"da iştirakdan imtina – 3,15 faiz.

"Exit-poll" nəticələri açıqlandıqdan sonra Bakıda və ölkənin bir çox şəhər və rayonlarında, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin qələbəsini qeyd edən insanlar Azərbaycan Bayraqları ilə yürüş keçiriblər.

Mərkəzi Seçki Komissiyası Katibliyi seçkilərin saat 19:00-a olan ümumi seçici fəallığının nəticələrini açıqlayıb.

Bildirilib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 76,73 faizdir: "4971032 nəfər səs verib".

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr də məlum olub. Saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80 % olub.

Azad olunmuş ərazilərdə də seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, azad olunmuş ərazilərdə seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.

MSK növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb:

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

- Zahid Oruc - 2,20 faiz; (59719)

- Fazil Mustafa - 1,99 faiz; (53986)

- Qüdrət Həsənquliyev - 1,78 faiz; (48315)

- Razi Nurullayev - 0,79 faiz; (21406)

- Elşad Musayev - 0,66 faiz; (17855)

- Fuad Əliyev - 0,48 faiz; (12981)

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ