Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransada islamofobiya pik həddə - işlərbaşı Makrondur...

Image


Fransada islamafobiya son illərdə getdikcə daha geniş vüsət almaqdadır. Bu ölkə Avropada, belə demək mümkünsə, bir növ islamafobiya "flaqmanına" çevrilib. Halbuki, Beşinci Respublika Avropa qitəsində ən çox müsəlman əhalisi olan ölkədir. Bununla belə, Fransada irqçilik, islamofobiya və antisemitizm yüksək həddə çatıb, bu artıq danılmaz faktdır.

Xatırladaq ki, hələ 2004-cü ildə Fransa məktəblərdə bütün dini simvolları, o cümlədən hicab geyinməyi qadağan edib. O vaxtdan bəri ölkədə insanların geyimlərini məcburi qaydada tənzimləməyə, nəyi geyə biləcəyini və nəyi geyə bilməyəcəyini diqtə etməyə, eləcə də küçələrdə niqab taxmağı məhdudlaşdırmağa başlayıblar. Fransada islamofobiyanın artması artıq özünü real rəqəmlərdə göstərir. Belə ki, islamofobiyanın nəticəsi olaraq ötən ilin oktyabrınadək bu ölkədə müsəlmanların rəhbərlik etdiyi 30 min 34 müəssisə dövlət tərəfindən sıxışdırılıb, 1082 müəssisə bağlanıb və 55 milyon 914 min 668 avro məbləğində vəsait müsadirə edilib. Burada bir haşiyəyəy çıxaraq qeyd edək ki, İmmiqrasiya haqqında qanunun qəbulu Fransanın iqtidar partiyasında böhran yaratdı. Gərgin parlament müzakirələri fonunda immiqrasiya haqqında qanun nəhayət qəbul edildi. Prezident koalisiyası tərəfindən irəli sürülən və daxili işlər naziri Gerald Darmanenin rəhbərlik etdiyi ilk versiya Milli Assambleyada əsasən sağçılar  və ifrat sağçılar tərəfindən rədd edildi. Bu siyasi məğlubiyyət Darmanenin 2027-ci ildə prezident olmaq ümidlərini puç etdi. Çünki bu uğursuzluq onun siyasi legitimliyinə həlledici zərbə idi. Məsələnin bu tərəfinə nəzər salan "Cage international" portalında dərc olunmuş "Fransa milli inkişafı/İslamofobiya" adlı hesabatda qeyd edilir ki, immiqrasiya haqqında qanunun yekun layihəsinə Respublikaçılar və Milli Birlik partiyalarının - sağçıların və ultrasağçıların tələb etdikləri islahatlar daxildir. Milli Birlik partiyasının sabiq rəhbəri Marin Le Pen immiqrasiya qanununu onun hərəkatının ideoloji qələbəsi kimi qiymətləndirdi, çünki qanunda milli fikirlər üstünlük təşkil edir. O, bunu ifrat sağçıların qazandıqları siyasi nəticə kimi qəbul edir. Qanunun qəbulundan sonra bir neçə nazir istefa verdi və bu, Makronun partiyası daxilində siyasi böhrana səbəb oldu. Hesabatda Fransanın Qəzzadakı müharibə ilə bağlı "zahirən neytral" yanaşmasını cidd-cəhdlə göstərməyə çalışdığı da vurğulanıb. Ən son "sistemli maneə" statistikasında bildirilir ki, dörd il əvvəl Fransa hökuməti məxfi və qəddar islamofob siyasət yürütməyə başladı, məqsədyönlü hərəkətlərlə müsəlman icmasının muxtariyyət əsaslarını qısa zamanda məhv etdi. Yəni, ölkə hüdudlarından kənarda praktiki olaraq bilinməyən və onun daxilində çətinliklə başa düşülən "sistemli maneə" siyasəti beynəlxalq hüquq çərçivəsində Fransada müsəlmanlara qarşı təqibi əks etdirir. Vurğulanır ki, ən son məlumatlar Makron tərəfindən 2023-cü ilin fevralında üstüörtülü şəkildə açıqlanıb. Marian Fondu qalmaqalı və siyasətə nəzarət edən qurumun rəhbərinin daha qapalı bir dövlət qulluqçusu ilə dəyişdirilməsindən sonra isə dövlətin bütün kommunikasiya strategiyası daha da ehtiyatlı oldu. Dövlətin ciddi ictimai nəzarətdən yayınması üçün yenilənmiş məlumatlar bir daha açıqlanmadı. Amma açıqlanan son məlumatkar islamofobiyanın sürətlə genişlənməsindən xəbər verir.

"Cage international" portalı da Fransada daxili siyasətdə islamafobiya meyllərinin davam etdiyini bildirir. Misal kimi daha bir məsələyə diqqət olunaraq vurğulanır ki, Lilldəki "Averroes" özəl müsəlman orta məktəbi bir neçə ildir ki, təqib və illik subsidiyadan imtina ilə üzləşir. Üstəlik, ölkənin milli təhsil məlumatlarına görə, o, Fransanın ən yaxşı orta təhsil müəssisələrindən biridir. O da bəllidir ki, əcnəbi imamlar 2024-cü il aprelin 1-dən Fransada öz səlahiyyətləri daxilində işləyə bilməyəcəklər. Məsələ bundadır ki, bu il yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etmir, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamlar bu statusda öz fəaliyyətlərini qanuni şəkildə həyata keçirə bilməyəcək. Burada qeyd edək ki, Fransanın digər qitələrdəki müstəmləkə ərazilərində yaşayanlarla birlikdə əhalisinin sayı 68 milyon nəfərə yaxındır. Ölkə əhalinin 9 faizi İslam dininə etiqad edənlərdən ibarətdir. Bu göstəricilərə görə Fransa Aİ məkanında İslam dininə etiqad edənlərin ən çox yaşadığı ölkədir. Fransalı politoloq Fransua Burqat isə qeyd edib ki, Fransada ərəblərə və müsəlmanlara qarşı ayrıseçkiliyin mənbəyi təkcə islam, xristianlıq və ya digər dini dogmaların rəqabəti deyil, həm də bu Avropa ölkəsinin müstəmləkə keçmişidir. Müsəlman əhalinin tarixin müxtəlif dönəmlərində Fransaya köç etmələrinin ən mühüm səbəblərindən biri də məhz bu ölkənin müstəmləkəçilik siyasətinin təzahürüdür. Fransanın nəzarətində olan müstəmləkə ölkələrinin böyük əksəriyyətinin etiqadı İslam dininə bağlıdır. Bunlar fonunda Makron iqtidarı son vaxtlarda Avropada islamofobiyanın genişlənməsində bir növ katalizator qismində çıxış edir. İslamafobiya həmçinin Fransanın Azərbaycana qərəzli münasibətinin təməlində dayanan amillərdən biridir. Amma bu siyasətlə Fransa bütün İslam dünyasında mövqeyini və nüfuzunu itirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ