Bazar günü günü, 30 avqust 2026
     

Ermənistan parlamentindən Əliyevin "konstitusiya şərtinə" qəribə izah...

Image


Akif Nağı: "Məsələnin əsl mahiyyətini ört-basdır etmək üçün ortaya yalandan belə bir fikir atırlar ki…"

"Ermənistanda yeni Konstitusiyanın qəbulu prosesi yalnız Ermənistan Respublikasının daxili gündəliyidir". "Armenpress" xəbər verir ki, bunu Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı müzakirələrə istinadən Milli Assambleyanın "Mülki müqavilə" fraksiyasının rəhbəri Hayk Konjoryan deyib. 

"Bunun Azərbaycanın tələbi olduğunu əsas götürərək, mövzunu yayındırmağa çalışırlar. Qətiyyən Azərbaycanın tələbi deyil. Bu, Ermənistan Respublikasının daxili gündəliyidir, Ermənistan vətəndaşlarına, Ermənistan xalqına aiddir. Bu müzakirə özlüyündə dəyərlidir. Düşünürəm ki, bu debatda təbliğat səs-küyünü kəsə bilsək və bizə aid olduğu üçün əsaslı müzakirə apara bilsək, hamımız böyük fayda əldə etmiş olarıq. Konstitusiya, Müstəqillik Bəyannaməsi və Dördüncü Respublika ilə bağlı müzakirələr özümüz haqqında, özümüzü dərk etməyimiz, bugünkü dağılan dünya düzənində qarşımızda duran çağırışlara necə cavab verəcəyimiz haqqındadır", - Konjorian bildirib.

Onun sözlərinə görə, bu məsələnin başlanğıc nöqtəsinin heç bir başqa dövlətlə, Ermənistandan kənarda olan xarici qüvvələrin təzyiqi ilə heç bir əlaqəsi yoxdur. O, eyni zamanda əlavə edib ki, Azərbaycan Ermənistanda daxili vəziyyəti qızışdırmaq istəyir, ona görə də bu diskursa qoşulur.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də Ermənistanın əsas qanununun dəyişməsi məsələsinə toxunub. Prezident Əliyev bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və onun ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyada öz əksini tapıb. Həmçinin qeyd olunub ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Deputatın  iddiasına görə, Azərbaycan Ermənistanın konstitusiyasını dəyişməsi ilə bağlı məsələni ona görə ortaya atıb ki, Ermənistanda daxili vəziyyəti qızışdırsın. Guya bu təklif  bu məqsədlə ortaya atılıb. Deyir ki, konstitusiyanı özümüz dəyişirik, Azərbaycanın rolu, təsiri yoxdur. Bu öz yerində.

Amma əslində  Azərbaycan Prezidentinin, Azərbaycanın bu məsələni aktuallaşdırması daha böyük məsələdən xəbər verir ki, Ermənistan həqiqi şəkildə sülhə gəlsin, çünki Konstitusiyasında ərazi iddiaları ola-ola Azərbaycanla saziş imzalaması mümkünsüzdür.

Ekspertlər hesab edir ki, deputatın Azərbaycanın Ermənistanın daxilini qarışdırmaq məqsədilə bu məsələni gündəmə gətirməsi barədə iddiası əsassızdır, o və ermənilər bu iddianı ortaya atmaqla diqqəti əsas məsələdən yayındırmaq istəyirlər. Məsələnin əsl mahiyyətini gizlətmək istəyirlər ki, bizim konstitutsiyamız indiyə qədər işğalçı konstitusiya deyildi. Azərbaycanın da məqsədini yanlış istiqamətdə göstərirlər ki, guya Azərbaycan Ermənistanın daxilindəki vəziyyəti qarışdırmaq üçün belə deyir. Əslində isə əsl hədəf Ermənistan konstitusiyasını belə irticaçı, işğalçı maddələrdən təmizləməkdir. 

"Ermənistanın konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycana aiddir və Ermənistan hökuməti bu tələbə uyğun olaraq konstitutsiyanı dəyişməyə hazırlaşır" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan regionun lider dövlətidir və təkcə Azərbaycanda yox, bütövlükdə bölgədə stabilliyin bərqərar olmasında maraqlıdır. Həm  məsuliyyət daşıyır, həm də gücü var ki, təkcə özündə yox, eyni zamanda bütün Cənubi Qafqazda stabilliyi, sabitliyi, normal əməkdaşlığı təmin etsin. Həm də öz maraqları var ki, regionda qarşıdurma olmasın, xarici qüvvələr bu qarşıdurmadan istifadə edə bilməsinlər. Azərbaycan bu funksiyasını yerinə yetirməyə çalışır. Ona görə də Gürcüstana da bu istiqamətdə təsir göstərir, Ermənistanda da proseslərin düzgün yol xəritəsini göstərir. Gürcüstanda bunu başa düşürlər. Gürcüstanın əvvəlki baş naziri Qaribaşvili açıqlama verdi ki, Azərbaycandakı prezident seçkiləri təkcə Azərbaycan üçün yox, region üçün əhəmiyyətlidir. O cümlədən Gürcüstan, regionda stabilliyin bərqərar olması üçün əhəmiyyət daşıyır. Ermənistan da başa düşməlidir ki, çıxış yolu Azərbaycanın dediyi yolla getməkdir, o qaydalara əməl etmək, münasibətləri yaratmaqdır. Azərbaycan da bu stabillik, normal münasibətlər üçün mövqeyini ortaya qoyur ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməlidir, o revanşist maddələri konstitusiyasından çıxarmalıdır. Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə qəsbkarlıq var, Qarabağın dağlıq hissəsi Ermənistan ərazisi kimi göstərilir və sair. Yəni bunlar 30 il ərzində Azərbaycana  qarşı həm işğalçılıq, qəsbkarlıq etdilər, həm də dünya çapında özlərinin bu işğalçılığını guya hansısa "qədim Ermənistanın birləşməsi", "Ermənistana məxsus torpaqların geri qaytarılması" kimi qələmə verirdilər. Onlar bu xəstə təxəyyüldən qurtarmalıdırlar. Hələ bunlar ilk kiçik addıma müqavimət göstərirlər, çünki xəstədilər. Heç cür xəstəlikdən xilas olmaq istəmirlər. Azərbaycan təklif edir ki, siz öz ziyanlı mövqeyinzdən əl çəkin, ictimai rəyi dəyişin, "Böyük Ermənistan" ideyasından geri durun, Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırın, artıq başqa dövlətlərin aləti olmaqdan qurtarın, budur sizin yolunuz. Siz özünüzə bununla bir yol aça bilərsiniz, yoxsa başqa cür mümkün deyil" - deyə qeyd edən A.Nağı qeyd etdi ki, Hayk Konjoryan Paşinyan hökumətinin adamıdır, əsas aparıcı simalarından biridir, parlamentdə hökumət fraksiyasının lideridir. 

"Bu da nala-mıxa vurursa, onda onların heç bir nicatı yoxdur. Paşinyan özü bu yolla gedir, məsələni əsaslandırır. Bu nədir, özünüzə bəraət qazandırmaq üçün ictimai rəyə oynayırsınız ki, guya konstitusiya dəyişikliyinin Azərbaycanın tələbinə heç bir dəxli yoxdur, bunu Ermənistan özü edir. Azərbaycanın tələbinə niyə dəxli yoxdur, çox yaxşı var. Özünüz deyirsiz ki, Azərbaycanla sülh istəyiriksə onun tələblərini yerinə yetirməliyik. Normal yol budur. Məsələnin əsl mahiyyətini ört-basdır etmək üçün ortaya yalandan ortaya belə bir fikir atırlar ki, guya Azərbaycan Ermənistanın daxilində vəziyyəti qarışdırmaq istəyir, tezislər ortaya atır. Azərbaycanın Ermənistanda qarışıqlıq yaratmaq istəyi ilə konstitusiya ilə bağlı təklifi irəli sürməsi barədə iddia tamamilə əsassızdır. Azərbaycan Ermənistanı qarışdırmaq istəsəydi o qədər təsir imkanları vardı ki orada vəziyyəti alt-üst etsin. Azərbaycan bunu istəmir, sabitlik istəyir, Ermənistanda da normal hakimiyyətin  formalaşmasında maraqlıdır. Azərbaycan davamlı addımlar atır, mövqeyi bəllidir. Ermənistanın bunun üçün nə zaman addım atıb-atmayacağını bilmirəm. Amma məsələ belədir ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi tələbi Azərbaycana aiddir və Ermənistan hökuməti bu tələbə uyğun olaraq konstitusiyanı dəyişməyə hazırlaşır. Çünki Ermənistanın konstitusiyası dəyişmədən sülhə nail olmaq mümkün deyil. Azərbaycanın şərtləri yerinə yetirilməlidir" - deyə A.Nağı əlavə etdi.  

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

30.08.2026 / 19:12
Rusiya yeni nəsil kruiz raketləri ilə Ukraynanın Qara dəniz limanlarını blokadaya aldı - limanlara giriş-çıxışlar dayandı…

30.08.2026 / 18:17
Hörmüz boğazı ilə bağlı razılıq əldə edildi, amma bir şərt var - İran ABŞ-dan addım atmasını gözləyir...

30.08.2026 / 16:51
Ukrayna Leninqradda Rusiyanın ikinci ən böyük neft zavodunu vurdu…

30.08.2026 / 15:34
Tramp Rusiyanın NATO-nu təxribata çəkəcəyinə inanmır - onlar hücum etməyəcəklər...

30.08.2026 / 15:09
Şimali Kipr sahillərində 267 sərnişin daşıyan gəmi batdı – ölənlər və itkin düşənlər var…

30.08.2026 / 14:23
Moskvaya gizli səfər edən MKİ rəhbərindən üçtərəfli zirvə təklifi – Tramp, Putin və Zelenski bir arada…

30.08.2026 / 13:45
"Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib" - Hikmət Hacıyev

30.08.2026 / 13:21
Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

30.08.2026 / 11:18
Nigerdə hərbi üsyan başladı – ordu Rusiyadan kömək istədi…

30.08.2026 / 10:54
Trampın "tarixi neft sazişi”nin təfərrüatları ortaya çıxdı - ABŞ Venesuelanın neft biznesindən pay alacaq…

30.08.2026 / 10:31
Nepal və Tibetdə daşqınlarda ölənlərin sayı 750-yə çatdı, 3000 nəfər itkin düşüb…

30.08.2026 / 10:27
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik etdi

30.08.2026 / 10:10
Şəkidə itlərin hücumuna məruz qalan turist helikopterlə təxliyə edildi - VİDEO

30.08.2026 / 09:34
Trampın Hörmüz iddiaları yalan çıxdı - 400 gəmi 6 min dənizçi ilə aylardır bölgədən çıxa bilmir…

30.08.2026 / 09:11
Moskva metrosunda böyük əməliyyat - 140 miqrant saxlandı, deportasiya ediləcəklər...

29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi – körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...

29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…

29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi - Ermənistanın payının 5 faizi…

29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir – “İrəvan şantaj edilir”…

29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib" - MEDİA

29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum - Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...

29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı – İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…

29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı - məhsulları iki dəfə baha satıb…

29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq – Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…

29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…

29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm” - Türkiyənin Naxçıvandakı Baş konsulu

29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…

29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...

29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq - XƏBƏRDARLIQ

29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı - 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO

29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir - İspaniya AB-dən dəstək istədi…

29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı

29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi

29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı

29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi

29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı

29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi – Hörmüzə "həlledici nəzarət" bizdədir…

29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı

29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…

29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi

29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı

29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi - Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...

29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib - xahişi rədd edilib…

29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması - “… günlərini sayır…”

28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı – kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...

28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var... Rusiya açdı...

28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı - 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...

28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər - "İran böhtanına" görə...

28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir" - Zaxarovadan ağır etiraf...

28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı - Rəsmi Bakı Varşavaya nota verdi...

28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...

28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi - etirazçılar miqrant düşərgəsini yandırdılar...

28.08.2026 / 19:11
Hökmdar və Şeyx - YUNUS OĞUZ yazır

28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı

28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir? - Şimal və Cənub prezidentləri razılaşdı...

28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı – Əsədin özü yox, sərvəti iş gördü...

28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...

28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı - “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...

28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...

28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur - Çıxış yolu yoxmu?...

28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı – YDM-də uzun növbələr yenidən yaranıb...

28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...

28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...

28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj – “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...

28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...

28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi – qərarı ləğv edəcəklər...

28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi... İşlər qəlizləşir...

28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı - VİDEO

28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...

28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...

28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...

28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...

28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...

28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı

28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır – “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ