Cümə axşamı günü, 08 oktyabr 2026
     

Pandemiyadan sonra dünya iqtisadiyyatı üçün Qırmızı dəniz problemi gəldi...

Image


Koronavirus pandemiyası dönəmində olduğu kimi, yenidən qlobal tədarük zəncirində ciddi fasilələr yaranıb. Yəməndə üsyançı husilərin ticarət gəmilərinə hücumları ona gətirib çıxarıb ki, bir çox iri şirkətlər Qırmızı dəniz vasitəsilə həyati vacib ticarət marşrutundan imtina edir. Bu, aparıcı iqtisadçıların fikrincə, inflyasiyanın artımına gətirib çıxaracaq.

Qeyd edək ki, üsyançı husilər 2023-cü ilin sonlarında raket və PUA-ların köməyi ilə ticarət gəmilərinə hücum etməyə başlayandan sonra ABŞ və Böyük Britaniya bu məsələyə qarışmalı olub: ötən həftə husilərə hərbi zərbələr endirilib. Kembricdəki Kvins kollecin prezidenti və Almaniyanın "Allianz" maliyyə xidmətləri nəhənginin baş iqtisadi müşaviri doktor Məhəmməd Əl-Erianın fikrincə, tədarüklərdə fasilələr COVID-19 pandemiyası dövründəki kimi o qədər ciddi olmasa da, Süveyş kanalında böhran qiymət artımına səbəb olacaq və iqtisadi inkişafa mənfi təsir göstərəcək. Qırmızı dəniz, Bab əl-Məndab boğazı və Süveyş kanalı vasitəsilə dünya ticarətinin təxminən 12-15 faizi həyata keçirilir. Lakin hazırda iri gəmiçilik şirkətləri digər istiqamətlərdən, əsasən Afrikada "Ümid" burnu boyunca marşrutdan istifadə edirlər. Bu isə Cənub-Şərqi Asiya ilə Şimali Avropa arasında yüklərin daşınma müddətini 12 gün artıra bilər. Almaniyanın "Hapag-Lloyd" beynəlxalq gəmiçilik şirkətinin məlumatına görə, Sinqapur və Şərqi Aralıq dənizi arasında istiqamət götürən gəmilər üçün ləngimə 18 gün təşkil edə bilər. Dekabrın 21-də Qırmızı dəniz vasitəsilə öz gəmilərinin hərəkətini dayandıran "Hapag-Lloyd" şirkəti bəyan edib ki, "Ümid" burnu ətrafından keçən gəmilərin marşrutunun dəyişdirilməsinin dəyəri yanacağa əlavə xərclər səbəbindən milyonlarla dollara başa gəlir. Proqnozlara görə, malların qlobal tədarükü Çində fevralın 10-da Çin Yeni ili ilə əlaqədar zavodlar bağlandıqda daha böyük fasilələrlə qarşılaşa bilər. "S&P Global Market Intelligence" analitika şirkətinin məlumatına görə, Avropa, Yaxın Şərq və Şimali Afrikaya idxal olunan məhsulların təxminən 15 faizi Asiya və Fars körfəzindən dəniz yolu ilə gətirilir, bu həcmin 21,5 faizini emal edilmiş neft və 13 faizdən çoxunu xam neft təşkil edir. Qırmızı dəniz mayeləşdirilmiş təbii qaz tədarükündə də mühüm marşrutdur. Bazar ertəsi məlumat yayılıb ki, iri mayeləşdirilmiş təbii qaz ixracatçısı olan "QatarEnergy" Babül-Məndəb boğazı vasitəsilə gəmilərin göndərilməsini dayandırıb. Britaniyanın aparıcı qəzeti olan "Financial Times" artıq husi blokadasını "dünya ticarətinin ən böyük yenidən bölünməsi" adlandırıb. Onu da qeyd edək ki, husilər Qırmızı dənizdə dağıdıcı əməllər görərkən, İran silahlarından yararlanır və Tehranın "dirəniş oxunun" bir hissəsi sayılır. Amma heç də həmişə İranın buyruqlarıyla davranmırlar. Ekspertlər deyir ki, Yəmənin şimalına nəzarət edən husilər Tehranın əsas düşmənləri olan İsrail, Səudiyyə Ərəbistanı və Qərbə qarşı sərbəst hərəkət edə bilir. Tehran husilərlə arasında məsafə saxlamaqla özünü Yaxın Şərqdə baş verə biləcək mümkün münaqişəyə sürüklənməkdən qoruyur.

"Janes" qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə təhlilçisi Ceremi Binninin fikrincə, əsas sual Tehranın husilərə təsirinin nə qədər olmasıdır. Husilər İsraili raket zərbələri ilə hədəfə alandan, eyni zamanda önəmli qlobal təchizat yolunda - Qırmızı dənizdə gəmilərə aramsız hücum etməyə başlayandan bəri bu sual daha da aktuallaşıb. Binninin sözlərinə görə, bir çoxları husiləri bəlli dərəcədə müstəqil və çox döyüşkən sayır və onların iranlıların istədiyindən daha çox şey edə biləcəyini düşünür. Başqa bir baxış ondan ibarətdir ki, Tehranın husilərə verdiyi müasir silahlardan istifadə üçün iranlı personala ehtiyacı olduğu hesaba qatılsa, İran həmin silahlardan nə zaman və necə istifadə ediləcəyi ilə bağlı ciddi söz sahibi olmalıdır. Husilərin geniş silah arsenalına dəniz və hava dronları, uzunmənzilli raketlər, eləcə də bu yaxınlarda üzə çıxan gəmi əleyhinə raketlər daxildir. Husilər Qırmızı dənizdə ticarət gəmilərinə qarşı həmin silahlardan yararlanıblar. Husilər işlətdikləri silahların öz istehsalları olduğunu iddia ediblər. Tehran da onları silahla təchiz etdiyini danır. Ancaq Yəmənə doğru hərəkət edərkən, yolda ələ keçirilən qəliz silahların üzərində aşkarlanan İran istehsalı olan hissələr bunun əksini göstərir. Binni deyir ki, husilər elə də mürəkkəb sayılmayan silahlar, məsələn, raket istehsal etsələr də, onların daha müasir silahlarının İrandan gəldiyinə, demək olar, şübhə yoxdur. Onun sözlərinə görə, bəzi hallarda İran silahları ilk dəfə Yəməndə görülür: "İran baxımından, Yəməndə müttəfiqi olması çox əladır, axı onlara raket və dronlarını verə bilərsən və birdən-birə səudiyyəlilər də cənubdan təhlükə ilə üzləşərlər. Səudiyyəlilər buna görə hava müdafiə resurslarının xeyli hissəsini cənuba daşımalıdırlar. Bu da İrana tuşlanan hava müdafiə resurslarının azalması deməkdir. Üstəlik, sənin dünyanın əsas dəniz keçid məntəqələrindən birini təhdid etməyə qadir olan müttəfiqin olur. Husilər İran Hörmüz körfəzini bağlamaqla təhdid etdiyi halda, Qırmızı dənizin cənubunda - Bab əl-Məndab boğazında nəyə qadir olduqlarını göstərirlər. Bu İranın, gərəkərsə, dünyanı basqı altına almaq imkanını artırır". Bu məsələdə risqlərdən biri budur ki, Yaxın Şəqdəki münaqişə böyüyüb bütün bölgəni əhatə edəcəyi təqdirdə İranın husilərə dəstəyi Tehranı birbaşa bu münaqişəyə sürükləyə bilər. İndilikdə isə məlum olan odur ki,  Qırmızı dənizdə gəmilərin hərəkətinin dayandırılması hələ uzun müddət davam edə bilər. Bununla da dünya iqtisadiyyatına miyardlarla dollar ziyan dəyir. Danimarkanın gəmiçilik və logistika korporasiyasının rəhbəri Vinsent Klerk bildirib ki, gələcəkdə gəmilərin Qırmızı dənizdən keçidinə nail oluna biləcəyi hələlik bəlli deyil: "Bu, potensial olaraq qlobal artım üçün kifayət qədər əhəmiyyətli nəticələrə səbəb ola bilər". Yuxarıda qeyd edildiyi kimi, dekabrın ortalarından şirkətlər Qırmızı dəniz vasitəsilə bütün yüklərin daşınmasını müvəqqəti dayandırmaq qərarına gəlib. Buna səbəb husilərin gəmilərə hücumudur. İndi konteyner gəmiləri "Ümid" burnundan keçən marşrutla getməyə məcburdur. Nəticədə məsafə təxminən 13 min km uzanıb və bu, yanacaq xərclərinin 50 faiz artımına səbəb olub. Bu da öz növbəsində daşınma xərclərinə təsir edib. Bir konteynerin qiyməti isə yüzlərlə dollar artıb.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyan fermerlərinin "pambıq pulu" şikayətlərinə aydınlıq gətirildi - ödənişi şirkətlər gecikdirir...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ