Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Ermənistanı dəhşətli zərbə altında qoyur

Image


Paris İrəvanla hərbi texnikanın tədarükünə dair saziş bağlamağa razıdır, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fransa Ermənistanla gələcək müqavilənin bağlanmasına razılıq verib: “Bu da Ermənistanın müdafiəsini təmin edə bilməsi üçün ona hərbi texnikanın verilməsinə imkan yaradacaq. Aydındır ki, mən hələlik bu məsələnin təfərrüatı üzərində dayana bilmərəm”.

Fransalı nazir bildirib ki, həmçinin rəsmi olaraq Avropa İttifaqının nümayəndəsi Cozep Borrelə məktubla müraciət edib ki, Ermənistan müşahidə missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsini həyata keçirsin: “Mən, həmçinin. Ermənistanı Avropa Sülh Mexanizminə, məsələn, Moldova üçün həyata keçirilən proqrama daxil etməyi təklif etdim”.  Kolonna ümid etdiyini bildirib ki, Avropa İttifaqı və onun üzvləri Fransanın verdiyi eyni aydın siqnalları göndərməyə  başlayacaqlar: “Ermənistanın ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox aydın və sərt reaksiya veriləcək. Hesab edirəm ki, ümidlərimizi digər tərəfdaşlara və dostlara da bağlaya bilərik, xüsusən də ABŞ-ı nəzərdə tuturam”. Ermənistanın yuxarıda qeyd olunan sazişə görə KTMT ilə əməkdaşlığı dayandırmasının Fransa üçün vacib olub-olmaması ilə bağlı suala isə Kolonnanın həmkarı Ararat Mirzoyan belə cavab verib: “Tərəfdaşlarımız heç vaxt bizim qarşımıza belə bir tələb, hətta sual da qoymayıblar”. Beləliklə, Fransa Ermənistan vasitəsilə yenə Cənubi Qafqazda vəziyyəti qarışdırmağa can atır. Bununla bağlı rusiyalı politoloq Vitali Arkov qeyd edir: “Bu gün Rusiya, Türkiyə və Çin tərəfindən Afrikadan sıxışdırılıb çıxarılan Fransa Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üzrə ciddi planlar hazırlayıb və onun əsas məqsədi tarixi maraqları zonasında Parisi “incidən” ölkələrdən qisas almaq, onlarla sonrakı sövdələşmələr üçün zəmin yaratmaqdır: demək istəyir ki, siz bizim Afrikadakı müstəmləkələrdən çıxırsınız, biz isə Cənubi Qafqazı tərk edirik. Bu kontekstdə Qarabağ mövzusu həmin sövdələşmənin tərkib hissələrindən yalnız biridir. Bu məqamda Fransa tarixən Cənubi Qafqazda maraqları olan və regionun iri dövlətləri ilə paritet əldə edə bilən Böyük Britaniya üçün də tamamilə lazımsızdır. Öz korrupsiya əməlləri və acgözlüyünün girovuna çevrilən Ermənistanın hazırkı rəhbərliyi fransız elitasının əlində bir alətdir”. Bununla yanaşı, ekspertlər hesab edir ki, Fransanın Ermənistana silah satmaq istəyi digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq yolunu açacaq. Qeyd edək ki, uzun illər Avropa İttifaqı ölkələrinin Azərbaycana və Ermənistana silah və hərbi texnika satılmaması barədə ortaq qərarı var idi. Fransa bu qeyri-rəsmi embarqo qərarını Ermənistanın xeyrinə pozacaqsa, digər Avropa ölkələri Azərbaycana silah və hərbi texnika satmaq istəyəcəklər. Bu sırada ilk növbədə İtaliyanın adını çəkmək olar. Azərbaycanla münasibətləri yüksək olan Şərqi Avropa ölkələrinin də müxtəlif silah və hərbi texnika istehsalı mövcuddur.

Bununla yanaşı, Fransanın Ermənistanda  Avropa İttifaqının müşahidə missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi niyyəti Kremli daha çox qıcıqlandıracaq. Fransa ermənisi olan politoloq Azat Varjapetyan bu xüsusda qeyd edir ki, Ermənistan ətrafında vəziyyət günü-gündən pisləşir, lakin hökumətin səyləri görünmür: “Ermənistanın Rusiyanın müttəfiqi olması Avropa İttifaqı üçün qırmızı xətdir. Fransa Ermənistanın daha Rusiyanın müttəfiqi olmaması üçün hər şeyi edir. Avropa İttifaqı Fransa vasitəsilə Ermənistanla Rusiya arasında müttəfiqliyi pozmağa  çalışır. Ermənistan Avropa İttifaqına zəmanət verərsə, Fransa Ermənistana hərbi yardım göstərməyə hazırdır. Fransa Ermənistana kömək etmək üçün kifayət qədər səy göstərir”. Amma elə bu günlərdə Fransanın müdafiə naziri Sebastyan Lekornu ölkəsinin hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya biləcəyinə inanmadığını bildirib. Eyni zamanda Lekornu Parisin İrəvanın müdafiə ehtiyaclarını araşdırdığını deyib. O, “Franceinfo” portalına müsahibəsində qeyd edib ki, prezident Emmanuel Makron və Ermənistanı sevən fransızlar üçün vacib olan bu məsələni şəxsən izləyir: “Makron Ermənistanın ərazi bütövlüyü, suverenliyi və erməni xalqının müdafiəsinin Fransanın mütləq məqsədi olduğunu artıq bəyan edib”.  Fransa müdafiə naziri erməni həmkarı ilə çoxlu görüşlər keçirdiyini xatırladıb: “Biz Ermənistanda indiyədək mövcud olmayan və yerli hakimiyyətlə gündəlik dialoqa imkan verən müdafiə missiyası açmışıq. Bu, xüsusilə lazım gələrsə, onların müdafiə və təhlükəsizlik ehtiyaclarının öyrənilməsi üçün lazımdır”. Lekornu Fransanın bölgədə hərbi müdaxiləyə əl ata biləcəyi versiyası barədə suala belə cavab verib: “Fransa hərbi müdaxilə edə bilərmi? Mən belə düşünmürəm. Aydındır ki, bu suala prezident və silahlı qüvvələrin rəhbəri cavab verməlidir. Lakin biz Ermənistanın özünü müdafiə etməsi ilə bağlı İrəvandan gələn tələbləri nəzərə alırıq”. Hazırda belə hesab edilir ki, Ermənistana Rusiya hərbi  müdaxilə edə bilər. Kreml burada Ukrayna ssenarisini işə salsa, onun qarşısını Fransanın kəsə bilməyəcəyi Parisdə açıq etiraf olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ