Bazar günü günü, 08 noyabr 2026
     

Ruslar od püskürür - Qərb yenə Ermənistanın başını yastıqlayır...

Image


Ermənistan parlamenti, Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, nəhayət Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini 60 lehinə səslə qəbul edib. Bunun ardınca parlament  layihəni imzalanması üçün prezidentə göndərəcək.

Parlamentdə təmsil olunan hər iki müxalifət - “Hayastan” və “Şərəfim var” fraksiyaları hakimiyyətin başlatdığı prosesi konstitusiyaya zidd hesab edir. Müxalifətin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, gündəliyə konstitusiyaya zidd şəkildə təqdim olunan məsələ daxil edilib: “Milli Məclis konstitusiyaya düzəlişlər etmədən Roma Statutunun ratifikasiyası məsələsini müzakirəyə çıxarmaq səlahiyyətinə malik deyil, onun çoxsaylı risqlərini nəzərə almaq da lazımdır”. Üçüncü prezident Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvələr hakimiyyətin Roma Statutunu ratifikasiya etmək qərarını gözlənilməz nəticələrlə dolu ifrat siyasi korluq adlandırıb. Moskva İrəvanın Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini ratifikasiya etmək qərarını qeyri-dost addım adlandırıb. Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsinin ikitərəfli münasibətlər üçün ən çox mənfi nəticələrin olacağı ilə hədələyib, hansı addımları atacaqlarını dəqiqləşdirməyib. Qərbdə isə İrəvanın addımları alqışlanır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsini alqışladığını bildirib: “Mən Ermənistan parlamentinin Roma Statutunun ratifikasiyasını alqışlayıram. Ermənistan qanunun aliliyinə sadiq olan 123 dövlətə qoşulub”. Fransanın xarici işlər naziri Ketrin Kolonna isə qeyd edir: “Mən Ermənistan Milli Məclisinin Roma Statutu ilə bağlı qərarının qəbulunu alqışlamaq istərdim.  Digərləri ilə birlikdə bu, həm də çox mühüm əlamətdir ki, Ermənistan qətiyyətlə demokratiya və sülhə doğru irəliləyir, çünki ədalətsiz sülh yoxdur. Fransanın Ermənistana bağlılığı uzun əsrlərə gedib çıxır. Bizim xalqları əsl dərin dostluq bağlayır və Fransa Ermənistanın dostu olmaqdan və Ermənistana və ermənilərə uzunmüddətli dəstək göstərməkdən qürur duyur”. Qeyd edək ki, Ermənistanda Roma Statutu oktyabrın 7-də, Rusiya prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək. Beynəlxalq Cinayət Məhkəməsi 17 martda Rusiya Prezidenti Putinin həbsi barədə order verib. Roma Statutunu ratifikasiya edən ölkələr Putinin həbsi ilə bağlı hüquqi addım atmağı öhdəsinə götürür. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bunlar fonunda bildirir: “Roma Statutunun ratifikasiyası Ermənistan və onun vətəndaşları üçün problemlər yaradacaq”. Onun sözlərinə görə, bu, düşünülməmiş, strateji cəhətdən düzgün olmayan qərardır: “Bu qərarı qəbul edənlər səbəbi izah etməlidirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın seçimidir. Sözügedən sənədin ratifikasiyası isə bu inkişafa ziddir”. Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov isə qeyd edir: “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası rus və erməni xalqı arasında çoxəsrlik dostluğu pozmayacaq. Lakin belə bir qərar Rusiya prezidenti Vladimir Putinə qarşı qeyri-dost addımdır. Erməni parlamentarilərin qərarı Rusiya-Ermənistan parlamentlərarası komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və etibarlı münasibətləri məhv edir”. Kremlin sözçüsü Dmitri Peskov da məsələyə münasibət bildirib: “Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından düzgün addım hesab etmir. Kreml Rusiya prezidenti Vladimir Putinin nə vaxtsa müttəfiq Ermənistana səfərindən imtina etməsini istəməzdi. Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir. İrəvanın hazırkı rəhbərliyi üçün əlavə suallar yaranıb, bu, yanlış qərardır”.

Rus ekspertlər də məsələyə qəzəbli reaksiya verirlər. Hətta ermənipərəstlər də sərt mövqe sərgiləyir. Məsələn, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin qeyd edir: “Ermənistan parlamentinin Roma Statutunu ratifikasiyası əslində Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi də qiymətləndirilə bilər. Ermənistan Roma Statutunun ratifikasiyasının əhəmiyyətini hər cür azaltmağa çalışır və əmin edir ki, bunu Rusiya dövlət xadimlərinə şamil etməyəcək. Digər tərəfdən, biz bu ratifikasiyanı qeyri-dost hərəkət kimi rəsmi şəkildə qınadıq. Yaxın gələcəkdə Rusiya prezidentinin Ermənistana səfəri üçün heç bir perspektiv görmürəm. İrəvan bilir ki, bu cür hərəkətlər əslində Rusiya lideri üçün Ermənistana girişin qadağan edilməsi deməkdir. Bu baxımdan Paşinyan və onun həmkarları ardıcıl addım atırlar. Onlar ötən ildən Rusiyanın siyasi və ictimai xadimlərinin ölkəyə girişinə qadağa qoyublar”. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov bildirir ki, Roma Statutunu ratifikasiya etmiş istənilən ölkə kimi Ermənistan da hüquqi suverenliyini itirir, bu alçaldıcıdır: “Məhz bu səbəbdən real suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail və başqaları Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmur. Bu ratifikasiya Rusiyaya qarşı açıq-aşkar qeyri-dost addımdır. Ermənistan parlamentində “Haaqa femidasının” bu ölkənin davam edən hüquqi əsarətinə çevrilməsi prosesini dayandıra biləcək qüvvələr yox idi. Beynəlxalq Cinayət Məhkəməsinin ona qoşulan dövlətlərin ərazisində öz yurisdiksiyasını nəinki BMT Təhlükəsizlik Şurasının “vəziyyətlər”in istinadları əsasında və ya iştirakçı dövlətlərin özlərinin xahişi əsasında həyata keçirmək hüququ var, Roma Statunun 15-ci maddəsinə əsasən, prokuror məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlər haqqında məlumat əsasında “proprio motu” (latınca “öz istəyi ilə”) təhqiqatlara başlaya bilər. Ermənistanın bu yolla Azərbaycanla münaqişə zonasında iddia edilən hərbi cinayətlərin araşdırılması ilə bağlı məsələləri həll edə biləcəyinə inanmaq sadəlövhlükdür. Beynəlxalq Cinayət Məhkəməsinin presedent hüququ bunun əksini, yəni iştirakçı dövlətlərin daxili işlərinə müdaxiləni dəfələrlə nümayiş etdirmişdir. Nəhayət, gələcəkdə bugünkü ratifikasiya qərarı Ermənistan hakimiyyətinin öz əleyhinə ola bilər”. Rusiyalı tarixçi və ekspert Modest Kolerov isə məsələyə belə münasibət bildirib: “Ermənistan və Rusiya üçün İrəvanla bağlı həqiqət anı gəlib çatdı. Ermənistanın Roma Statutunun ratifikasiyasının Putinə aidiyyəti olmadığı barədə sözləri yalandan başqa bir şey deyil. İrəvan da bunu bilir. Ermənistan bu qərarı bilərəkdən KTMT-dən çıxmaq və Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ittihamlarla uyğunlaşdırır. Paşinyan ilk olaraq 2020-ci il məğlubiyyətindən sonra 100 min ermənini Qarabağa yerləşdirib, onları girov götürüb, indi isə oradan çıxarıb. Və Rusiyadan başqa heç kim onların təhlükəsiz sığınacağını təmin etməyib. İrəvanda rusofobiya artacaq. Amma bu yeni xəbər deyil”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ