Moldova mediası Prezident İlham Əliyevin Milli Şəhərsalma Forumunda çıxışına geniş yer ayırıb

Moldovanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışına geniş yer ayırıb.
Belə ki, “Noi”, “Timpul”, “Realitatea”, “Rupor” və digər xəbər portallarına rumın və rus dillərində dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin Qarabağda görülən quruculuq işləri, Ermənistan ilə bağlı fikirləri oxuculara çatdırılıb.
Məqalələrdə Prezident İlham Əliyevə istinadla qeyd olunur: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar Azərbaycanın ərazilərinin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Çünki siyasi iradə yox idi və məlum idi ki, Ermənistan bunu istəmir. Onlar status-kvonu əbədi saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı daim öz nəzarətində saxlamaq istəyirdilər”.
Mətləb