Bazar ertəsi günü, 09 noyabr 2026
     

ABŞ və Avropa Əliyev-Paşinyan danışıqlarında vasitəçiyə necə çevrildi - Əliyevin unikal izahı...

Image


Danışıqlar prosesini kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir, vacib olanı nəticəyə gəlməkdir. Bunu Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.

"Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil, Rusiya olub. Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu. Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir", - deyə Prezident İlham Əliyev bildirib.

Prezident müsahibəsində  sülh danışıqları formatının dəyişməsinin geosiyasi əsaslarını izah edir ki, vasitəçi əvvəl Rusiya idi, sonradan ABŞ və Aİ meydana çıxdı və biz bunu qəbul etdik. Niyə qəbul etməyimizin səbəblərinə ölkə başçısı çox aydın və məzmunlu izah verərək qeyd edib ki, Ukraynadakı müharibədən sonra vəziyyət dəyişdi. Ölkə başçısı əlavə edib ki, kimin vasitəçi olmasının bizim üçün elə də əhəmiyyəti yoxdur, əsas nəticədir.

  • “Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə öz mövqeyini ortaya qoyub ki, kimin vasitəçi kimi sülh sazişini imzaladacağı bizim üçün əsas məsələ deyil, əsas nəticədir, nəticə də Azərbaycanın dövlət maraqlarına uyğun olmalıdır”

“Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “İkinci Qarabağ müharibəsində qazanılan qələbədən və 10 noyabrda imzalanan təslim aktından sonra əsas vasitəçi kimi Rusiya çıxış edirdi. Türkiyə ilə sıx əməkdaşlıq şəraitində bu vasitəçilik missiyasını yerinə yetirməyə çalışırdı. 10 noyabr bəyanatının imzalanmasında da, əslinə qalsa, Türkiyə dördüncü iştirakçı kimi yaxından iştirak etmişdi və bu, ABŞ və Fransa tərəfindən kəskin narazlıqla qarşılanmışdı. 17 noyabr 2020-ci ildə Fransanın və ABŞ-ın xarici işlər nazirləri görüşmüşdülər və belə bir bəyanatla çıxış etmişdilər ki, Rusiya ilə yanaşı Fransa və ABŞ Minsk qrupunun həmsədrləridir, onlar imkan verməzlər ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda yeganə vasitəçi Rusiya və Türkiyə olsun. Əslinə qalsa, bu bəyanatla həm ABŞ, həm də Fransa etiraf edirdi ki, 10 noyabr bəyanatı həm də Türkiyənin vasitəçiliyi ilə imzalanıb. Eyni zamanda o dövrdə həmin bəyanatı qəbul etdiklərini deyirdilər və başqa bir sual ünvanlayırdılar ki, Türkiyənin orada nə işi var? 2021-ci ilin sonlarına qədər Rusiya yeganə vasitəçi kimi bu danışıqlarda iştirak etdi. Minsk qrupu artıq oyundankənar vəziyyətdə qalmışdı və bu ilk növbədə Azərbaycanın səyləri nəticəsində baş vermişdi. 2021-ci ilin sonunda Avropa İttifaqı (Aİ) Putinin xeyir-duası ilə bu prosesə qoşuldu və ilk görüşdə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılıqların icrası məsələsi müzakirə olundu. 2022-ci ilin fevral ayında Rusiya Ukrayna ərazisinə işğalçı kimi daxil oldu və dünyada tamamilə yeni reallıqlar ortaya çıxdı. Aİ vasitəçilik sahəsində təşəbbüsü ələ almağa cəhd göstərdi. Bu da Rusiya tərəfindən ciddi narazılıqla qarşılandı. 2022-ci ilin sonlarında artıq ABŞ da bu prosesə qoşuldu və çox aktiv şəkildə həm dövlət katibinin, həm milli təhlükəsizlik məsələləri üzrə prezident müşavirinin vasitəçiliyi ilə ABŞ-da dalbadal danışıqlar keçirildi. Bugünkü vəziyyətdə əsas vasitəçilik missiyasını iki dövlət həyata keçirir. Bunu Azərbaycan Prezidenti bu yaxınlarda elan etdi. Bu dövlətlərdən biri ABŞ-dır, o biri isə Rusiyadır. Hər ikisində də xarici işlər nazirləri danışıqlar aparır və sülh sazişini hazırlamaq onlara tapşırılıb. Prezidentimizin də söylədiyi kimi, əsas danışıqlar xarici işlər nazirləri tərəfindən aparılan danışıqlardır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqlar isə yardımçı xarakter daşıyan danışıqlardır. Ancaq burada kifayət qədər mühüm addımlar atılıb və Azərbaycan Prezidenti dəfələrlə deyib ki, əgər Ermənistanın siyasi iradəsi olarsa ilin sonuna qədər sülh sazişini imzalamaq mümkündür”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, eyni zamanda Avropa Siyasi Birliyinin birinci və ikinci sammitində əvvəlcə Fransa, həmçinin də Almaniya bu prosesə qoşuldu. Onun vurğuladığına görə, ancaq növbəti sammitdə nəzərdə tutulsa da, bu məsələnin müzakirəsi, çox güman ki, baş tutmayacaq, bu da Fransa prezidentinin məsuliyyətsiz bəyanatları ilə bağlıdır. “Halbuki, əvvəlcədən düşünülürdü ki, ilin sonlarında İspaniyanın Qrenada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti keçiriləcək və mümkün olsa, elə sülh sazişi həmin sammitdə imzalanardı. Amma Kişinyov sammitindən sonra Makronun Marseldə verdiyi məsuliyyətsiz bəyanat, təbiidir ki, bu prosesə ciddi zərbə vurdu. Azərbaycan Prezidenti dəfələrlə bu məsələyə öz münasibətini bildirib. Tərəflər arasında vasitəçilikdə  təşəbbüsü ələ almaq uğrunda mübarizə gedir. Burada Azərbaycan hakimiyyəti heç kimin önə keçməsində maraqlı deyil. Bu qarşıdurmadan neytral mövqedə dayanıb. Azərbaycanı düşündürən bizim maraqlarımıza cavab verən sülh sazişi layihəsinin ortaya qoyulmasıdır və bunun imzalanması üçün real işlər görülməsidir. Yəni Azərbaycan Prezidenti həm Rusiyaya, həm ABŞ-a, həm də Aİ –yə açıq şəkildə deyir ki, bizim üçün vasitəçinin kim olmasının fərqi yoxdur, bizi maraqlandıran Azərbaycanın maraqlarına cavab verən layihənin ortaya çıxması və imzalanması üçün ciddi səylərin göstərilməsidir. Hələlik, ABŞ daha fəaldır. Düşünürəm ki, sülh sazişi ABŞ-ın vasitəçiliyi ilə imzalansa, bu, Azərbaycanın maraqlarına daha çox cavab verərdi. Çünki Rusiya bəzən bizə xoş gələn bəyanatlar versə də, açıq şəkildə göstərir ki, bölgədən çıxmaq fikri yoxdur və nəyin bahasına olursa-olsun, ən azı növbəti beş ildə də Qarabağda qalmaq istəyir. Bu da bizim maraqlarımıza qətiyyən cavab vermir. Payızda Aİ çərçivəsində növbəti görüş keçiriləcək. Bu yaxınlarda xarici işlər nazirlərinin görüşü keçirildi və Rusiya xarici işlər naziri tərəfindən elan olundu ki, Rusiya ilin sonuna qədər liderlərin görüşünü təşkil etmək və sazişin imzalanmasını təmin etmək əzmindədir. Amerika da bu istiqamətdə ciddi şəkildə çalışır. Azərbaycan təbiidir ki, sülhdə çox maraqlı olduğuna görə onların daha da fəallaşmasının və qısa müddətdə sülh sazişinin imzalanmasının tərəfdarıdır. Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə öz mövqeyini ortaya qoyub ki, kimin vasitəçi kimi sülh sazişini imzaladacağı bizim üçün əsas məsələ deyil, əsas nəticədir, nəticə də Azərbaycanın dövlət maraqlarına uyğun olmalıdır”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ