çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan jurnalistləri 2022-ci ildə: JuHİ illik hesabatını açıqlayıb

Image


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2022-ci ildə sosial durumlarını və media məkanı ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat 70 KIV redaksiyasını təmsil edən jurnalistlər arasında keçirilmiş sorğu, həmçinin, 2022-ci il ərzində təşkilat tərəfindən aparılmış monitorinqin nəticələri əsasında hazırlanıb.

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2022-ci ildə diqqət çəkən media hadisələri barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq aşağıdakı nəticələr əldə edilib:

QEYD: Əməkhaqqı və əmək münasibətlərinin rəsmiləşdirilməsi üzrə təsviri verilən nəticələr KİV-lərdə çalışan jurnalistlərin durumunu əks etdirir, rəhbər heyətə aid deyil  

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində durum

Azərbaycanda aparılan struktur islahatları KİV redaksiyalarında əmək münasibətlərinin rəsmiləşdirilməsinə  müsbət  təsir göstərib, 2022-ci ildə KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Həmçinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinə dəstək proqramları kontekstində tətbiq etdiyi şərtlər sırasında KİV redaksiyalarında əmək müqavilələrinin bağlanması tələbini də irəli sürməsi redaksiyalarda işçilərlə müqavilələrin bağlanılmasını stimullaşdırıb. Sorğuya cəlb edilənlərin 90 %-dən çoxu bildiriblər ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılır. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi problemlər də qalmaqdadır. Xüsusi olaraq 2 məqam diqqəti çəkir:

- KİV redaksiyalarında əmək müqavilələrinin yalnız bir qrup işçiyə tətbiq edilməsi: Sorğunun nəticələri göstərir ki, redaksiyalarda işçilərin ən yaxşı halda 60-70% ilə müqavilələr bağlanılır, qalan işçilər müqaviləsiz, şifahi razılaşmalarla çalışdırılır.

- Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi:

Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə “xidmət müqaviləsi”nin bağlanılması, əmək haqqının uyğunsuz rəsmiləşdirilməsi əmək münasibətlərinə xitam verilmə, ixtisarlar və digər hallarında  jurnalistlər üçün əlverişsiz durum yaradır. 

Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum

Bu kontekstdə 2022-ci ildə müşahidə edilən hal ondan ibarətdir ki, jurnalistlərin aylıq gəlirləri Azərbaycanda ümumi orta aylıq gəlirə müvafiqdir və ya üstündür.

Rəyi soruşulanların:

•    18 faizi aylıq gəlirlərinin  300-500    manat;  

•    27 faizi aylıq gəlirlərinin  500-700    manat;

•    49 faizi aylıq gəlirlərinin  700-1000  manat;

•     6  faizi aylıq gəlirlərinin  1000         manatdan yüksək olduğunu bildirib.

QEYD: 2022-ci ildə ölkədə əməkhaqqı minimu 300 manat, yaşayış minimumu isə əmək qabiliyyətli insanlar üçün 220 manat məbləğində olub.

Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-də qeydə alınıb. Sorğu iştirakçıları qeyd ediblər ki, region KİV-ləri təkcə əmək haqqı, maliyyə-iqtisadi baxımdan deyil, digər çətinliklərlə də üzləşirlər.Əvvəlki illərdə regional KİV-lərin böyük əksəriyyəti yerli icra hakimiyyətlərinin təsisçiliyində fəaliyyət göstəriblər. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” yeni qanunun isə icra qurumlarının KİV təsisçisi olmasını istisna edir. Yerli KİV təmsilçiləri Regional KİV-lərin inkişafı ilə bağlı əlahiddə proqramların hazırlanmasını zəruri sayırlar.

Media sahəsində 2022-ci ildə diqqət çəkən hadisə və tendensiyalar

• Dövlət və hökumət təmsilçilərinin KİV-lərlə təmasları, interaktiv münasibətləri intensiv şəkildə davam edib. 2018-ci ildən etibarən müşahidə edilən bu tendensiya 2022-ci ildə də yüksələn xətdə olub. 2022-ci il yanvarın 12-də Prezident İlham Əliyev yerli telekanalların əməkdaşları ilə görüşüb, onlara müsahibə verib. Prezidentin KİV-lərlə canlı təmasları 2022-ci ildə davamlı olub; həm yerli, həm də transsərhəd KİV-ləri əhatə edib. Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra nazirlərin, komitə və şirkət rəhbərlərinin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.

• Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanı”na uyğun olaraq, 2022-ci ildə də media sahəsində struktur, kadr və qanunvericilik islahatları davam etdirilib.

• 2022-ci il fevralın 8-dən “Media haqqında” qanun qüvvəyə minib. Avropa Şurasının Venesiya Komissiyası "Media haqqında" Qanununa dair rəy verib, qanunda bəzi uyğunlaşdırmaların aparılmasının zəruriliyini qeyd edib. Bununla yanaşı, “Media haqqında” qanunun qüvvəyə minməsinə uyğun olaraq, ölkədə media sahəsində yeniliklərin tətbiqinə başlanılıb. Bu kontekstdə:

- Ölkədə KİV subyektləri və jurnalistlərin Media Reyestrinə alınmasına start verilib. Reyestrə alınmış KİV subyektlərinə arayış, jurnalistlərə isə “jurnalist vəsiqəsi” verilir.

- “Ölkədə çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısı”nı təsdiq edən Prezident  Fərmanı imzalanıb. Fərmana əsasən, çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına Prezidentin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət İmtahan Mərkəzi də əlavə edilib.

- Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan və ən azı 15 il jurnalist işləyən, Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.

• 2022-ci ildə qlobal hadisəyə çevrilən Rusiya-Ukrayna müharibəsi Azərbaycan mediasında da iz buraxıb. Bu kontekstdə:

- Rusiya Federasiyası “Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə müharibə  barədə obyektiv məlumat paylaşan rusdilli Azərbaycan KİV-lərinin Rusiya ərazisində yayımlanmasına yasaq qoyulub. Birinci mərhələdə 4 Azərbaycan KİV-nin yayımı Rusiya ərazisində bloklanıb.

- Azərbaycan jurnalistləri Rusiya-Ukrayna müharibəsindən reportajlar hazırlamaq üçün Ukraynaya ezam ediliblər, burada uğurlu fəalyyət göstəriblər. Qeyd edilməsi zəruridir ki, Rusiya-Ukrayna müharibəsinin gedişatından reportajlar hazırlamaq jurnalistlər üçün ciddi risklər yaradıb. Ukrayna milli jurnalist təşkilatlarının hesabatına görə, 2022-ci il fevral ayından başlayaraq Rusiya-Ukrayna cəbhəsində reportaj hazırlayan 42 nəfər jurnalist həyatını itirib. Bunlardan 13 nəfərinin adı beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında təsdiqini tapıb. Qətlə yetirilənlər sırasında həm yerli, həm də xarici jurnalistlər olublar.

- Rusiyanın “RİA Novosti” agentliyinin yayımı Azərbaycan ərazisində bloklanıb. “RİA Novosti”nin bloklanmasına səbəb Qarabağ iqtisadi rayonunda mövcud olan erməni icmasının dövlət kimi təqdim edilmələri olub. Agentlik özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryanla müsahibələr dərc edib.

- "Sputnik Azərbaycan" agentliyinin rusdilli versiyasının dörd redaktoru: Zülfiyyə Əliyeva, Gülzar Mustafayeva, Cəmilə Əfəndiyeva və Yelena Starostina vəzifələrindən istefa veriblər. İstefaya səbəb “Sputnik" İnformasiya Agentliyi rəhbərliyinin Azərbaycanın mövqeyinə zidd materialın yayımlanmasını tələb etməsi olub.

• 2022-ci ildə media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi, həmçinin, Türk Dövlətlər Təşkilatına üzv olan ölkələrin media qurumlarının əlaqələrinin inkişaf etdirilməsi üçün önəmli addımlar atılıb. O cümlədən, Azərbaycan media təmsilçilərinin beynəlxalq təşkilatlarla təmaslarının intensivləşdirilməsi üçün tədbirlər görülüb. Bu sırada:

- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

- TRT mütəxəssislərinin Azərbaycan Televiziya və Radio Yayımları QSC-də təlimlər keçmələri razılaşdırılıb.

- ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yerli media orqanları rəhbərlərinin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeironun görüşü keçirilib.

• 2022-ci ildə Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni üzvləri,  o cümlədən, MŞ-nin yeni sədri seçilib.

• Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb. Aytən Məmmədovanı yaşadığı binanın blokunda saxlayıb bıçaqla təhdid edən şəxs ondan məhkəmə reportajlarını dayandırmağı tələb edib və hadisə yerindən qaçıb.

- Bloger / jurnalist  Əvəz Hafizli (Şıxməmmədov) məişət zəminində baş vermiş mübahisə zəminində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib.

- Məhkəmə “Meydan TV”nin reportyoru jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyub. Vaqifqızı bildirib ki, Bakı şəhərindəki 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın iddiası üzrə "məhkəmə qərarını icra etməməkdə" ittiham olunur.

- “Cenub.az” internet saytının rəhbəri Zahir Əmənov fəaliyyəti ilə əlaqədar müvəqqəti saxlanılıb, sonra azadlığa buraxılıb.

- Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə “Baku TV”nin əməkdaşı arasında yaşanmış insident ciddi rezonans doğurub.

• KİV-dən sui-istifadə hallarına yol verməkdə, informasiya dövriyyəsini tənzimləyən qanunlara zidd davranmaqda təqsirli bilinən bir sıra şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2022-ci ildə barələrində hüquqi ölçü götürülən KİV və jurnalistlərin, xəbər istehsalçılarının sırasında “Səda TV” internet kanalının rəhbəri Elnur Şükürov, “Patrul.az” xəbər portalının təsisçisi Səməndər Niftəliyev, “KİM.TV”-nin təmsilçisi Abid Qafarov, “Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev), JAM.az saytının  rəhbəri Fikrət Fərəməzoğlu, “Yeniavaz.az” saytının təsisçisi Namiq Əliyev, “Xural” TV-nin təsisçisi  Əvəz Zeynallı, "Xalq.az" saytlının rəhbəri Zaur Mirzəzadə, “Sizintv.az” saytının rəhbəri Bayram Hacıyev, “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov, “Cenubunsesi.az" saytının rəhbəri Mərhəmət Lələyev və digərləri vardır.

• Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və İnsan Hüquqları Komitəsi "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təhdidlər" mövzusunu araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.

• Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2022-ci ildə sərbəst buraxılıblar. Prezident İlham Əliyevin  imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncama əsasən, həbsdən azad edilənlər sırasında “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov da olub.

• Özünü dini təmayüllü xəbərlər yayan sayt elan edən, buna rəğmən, ictimai rəyi çaşdırmaqda şübhəli bilinən bir sıra xəbər saytlarının  fəaliyyətləri dayandırılıb. Bu sırada maide.az, deyerler.az, shia.az, islaminsesi.az və digər saytların adları vardır.

Hesabat  haqqında daha ətraflı məlumat almaq üçün:

Email: [email protected]

tel: +99450-324-6530



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ