çərşənbə günü, 11 noyabr 2026
     

"Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib" - Vüqar Rəhimzadə

Image


“2022-ci il arxada qalsa da ayrı-ayrı sahələrdə görülən işlərin yekunu əsasında cari il üçün hədəflər müəyyənləşdirilir, onların icra mexanizmləri üzərində iş aparılır. Dövlət başçısı İlham Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ümumilikdə 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqladı.

Yanvarın 9-da isə ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” söyləyərək bu fikri də böyük inamla vurğuladı ki, idman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Həm idmançılarımızın qələbələri, həm də ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi.

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük əsaslar yaradır. Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Təbii ki, buna əsas yaradan ölkəmizin iqtisadi tərəqqisidir. İqtisadi amil bütün sahələrdə təkmil addımların atılmasına stimul verir. Bu baxımdan ölkəmizdə idmanın inkişafına yönələn addımların davamlılığı diqqəti xüsusi cəlb edir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, istər ölkəmizin ev sahibliyi etdiyi idman tədbirləri, istərsə də bu və ya digər ölkələrdə keçirilən yarışlarda idmançılarımızın qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır: “Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxtda və bölgələrdə Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib, gənclərin bu sahəyə marağının artırılması üçün təbliğat işləri günün tələbləri səviyyəsində qurulur. Bunu əsaslandırmaq üçün statistik rəqəmlərə diqqət yetirmək kifayətdir. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir. Paytaxt Bakı ən mötəbər idman yarışlarına ev sahibliyi edib. Artıq növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsinin, federasiyaların, klubların, idman cəmiyyətlərinin birgə səyləri nəticəsində Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü və qüdrətini təsdiqləyəcək. O da məlumdur ki, son vaxtlar Bakı şəhərinin parklarının bəzilərində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb, trenajorlar quraşdırılıb. Bu təcrübənin bütün bölgələrdə tətbiqi prioritet istiqamətlərdəndir. Bu addım, idmanın kütləviliyinin təmin edilməsinə yönələn addımlar sırasındadır.”

 

 

YAP Xətai rayon təşkilatının sədri ötən ilin idman yekunlarda diqqət çəkən bu statistikanı da böyük qürur hissi ilə qeyd edib: “ İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, adi bir statistika deyil. Bu, həm idmançılarımızım malik olduqları potensialın, gücün, həm ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, həm də Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə təqdimatıdır. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada Dövlət Himninin səsləndirilməsi, qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması ilə müşayiət olunur. Bu, güclü, qüdrətli, eyni zamanda, son iki ildə böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycanın dünya birliyində yerinə və roluna, mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərən tarixi hadisələrdir. Bu inam hər zaman qürurla vurğulanır ki, Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında necə böyük Qələbəyə imza atdılarsa, bu Zəfəri idman yarışlarında da ifadə edir və bunu gələcək fəaliyyətləri üçün böyük stimul kimi qəbul edirlər.”

Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsindən də geniş bəhs edib: “Tarixi Zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Şanlı Qələbəmiz gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində öz sözünü deyəcək. Ümummilli lider Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq isə dövlət başçısı bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan gənclərimizin Vətən, torpaq sevgisi beynəlxalq səviyyədə Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı etdi ki, hər birimiz öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq: “Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.”

YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində həmin yaşayış məntəqələrində idmanın kütləviliyinin təmin edilməsi üçün idman obyektlərinin yaradılmasının da prioritetliyini xüsusi qeyd edib: “Məlumdur ki, işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Baş plan əsasında bərpa edilir. Baş planda görülməsi nəzərdə tutulan bütün işlər öz əksini tapıb. Dövlət başçısı İlham Əliyev Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsinin işlənildiyini, onun yanında böyük Olimpiya İdman Kompleksinin yaradılacağını bildirdi. Ötən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Azad edilmiş ərazilərimizdə ötən il bir neçə beynəlxalq idman yarışları keçirildi. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirildi. Bu kimi tədbirlərin rəmzi mənası vardır. Keçirilən hər bir tədbir özündə bir çox çağırışları ehtiva edir.”

Vüqar Rəhimzadə Azərbaycanın hər bir sahədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu bildirib: “2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin beynəlxalq arenada mövqeyi ildən-ilə möhkəmlənir.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ