Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Millət vəkili Xankəndində oğurluqla mühakimə olunan girovlarımızın AŞPA qış sessiyasında müzakirəyə çıxarılmasını zəruri sayır
Tarix: 28.01.2015 / 01:56
Bölmə: Siyasət
Cavid Qurbanov: "Dövlətimiz onların azad olunması üçün bütün mümkün vasitələrdən istifadə edir və edəcək"
Torpağın bağrı başında qolboyun olan dağlara baxanda elə zənn edirsən ki, dağlar indicə yerindən hərəkətə gəlib yallı gedəcək. Dağların duruşu yallı getmək üçün himə bənd olan dəstəyə bənzəyir. Keçən yazımızdan bəlli oldu ki, rəqs sənəti Naxçıvana xasdır və xüsusən də yallılar bu torpağın minillər boyu sülh, əmin-amanlıq yurdu olduğunu ifadə edir.
Məlumdur ki, 2014-cü ilin iyulunda üç azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov silahsız, tam əliyalın uzun illərdir düşmən işğalında olan ata yurdları Kəlbəcəri görməyə gedərkən işğalçı ölkənin silahlı qrupları tərəfindən girov götürülüb. Soydaşlarımıza edilən işgəncələr nəticəsində Həsən Həsənov dünyasını dəyişdi, hazırda Şuşada saxlanan digər iki girova qarşı isə işgəncələr davam edir. Azərbaycan dövləti onların azad olunması üçün məsələni beynəlxalq müstəviyə qaldırsa da, hələ ki, işğalçı dövlət bir addım atmayıb. Cəmiyyətimiz də bu məsələyə həssas yanaşır, rəsmi və qeyri-rəsmi qurumlar QHT-lər, ictimaiyyət hər iki soydaşımızın azad olunmasına çalışır, dua edir, ailələri ilə görüşüb dərdlərinə şərik olur.
Belə ağır günlərdə Kəlbəcər camaatının, xüsusilə girovların ailələrinin yanında olan, onlara mənəvi dəstək olanlardan biri də 123 saylı Kəlbəcər seçki dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Cavid Qurbanov idi. O, hələ deputat seçilməzdən öncə də Kəlbəcər sakinləri arasında hörmət qazanıb, onların dərd-səriylə maraqlanıb, problemlərinin həllində şəxsən iştirak edib, əlindən qopanı edib. Milli Məclisin deputatı Cavid Qurbanovla söhbəti məhz girovlarımızla bağlı məsələdən başladıq:
- 25 ildən artıqdır Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və bu təcavüz nəticəsində 20 faizdən artıq ərazimizin erməni işğalçıları tərəfindən zəbt olunması, bir milyondan çox soydaşımızın dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrilməsi bu gün də ən ağrılı problem olaraq qalır. Təəssüf ki, münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlər və başqa bir çox beynəlxalq qurumlar nəinki Ermənistanı cəzalandırmır, əksinə, təcavüzkar dövlətə açıq və gizli şəkildə dəstək göstərməkdə davam edirlər. Dünyanın problemə bu şəkildə - ikili standart mövqeyindən yanaşması nəticədə illərdir problemin həll olunmasına imkan vermir, Azərbaycan ən çox ikili yanaşmadan əziyyət çəkir ki, bunu hamımız bilirik, görürük. Ölkə Prezidenti də dəfələrlə xarici ölkələrdəki çıxışlarında bunu birbaşa söyləyib, dünyanı haqqı-gerçəyi görməyə çağırıb.
Bir neçə ay öncə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan məcburi köçkün Dilqəm Əsgərov, Şahbaz Quliyev və Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov ata-baba torpaqlarını, əzizlərinin məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna gedib və orada işğalçı erməni ordusunun əsgərləri tərəfindən girov götürülüblər. Təəssüf ki, Həsən Həsənov öldürülüb. Onlar mülki şəxsdirlər, üstlərində silah-sursat da olmayıb. Doğma yurdlarına getmək istəyi, əzizlərinin və yaxınlarının qəbirlərini ziyarət etmək arzusu təbiidir. Girov götürülməzdən əvvəl də Dilqəmgil bir neçə dəfə Kəlbəcərə gedib, oraya köçürülmüş ermənilərə heç bir zərər verməyiblər. Ermənistan bu vətəndaşların aid olduğu vətəni, torpağı heç bir haqq-hüququ olmadan işğal edib. Ermənistanın müdafiə nazirinin orada yaşamağa birmənalı haqqı olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun "diversant" və ya "silahlı qrup" kimi təqdim etməsindən bəlli idi ki, bu işğalçı ölkə soydaşlarımıza işgəncə verəcək, əziyyət edəcək. İşğal olunmuş ərazilər BMT, o cümlədən dünya tərəfindən tanınan və qəbul edilən suveren Azərbaycan torpağıdır. Bu, beynəlxalq hüquq tərəfindən də təsbit olunub. Hüquqi cəhətdən də onlar heç bir dövlət sərhəddini pozmayıb, vətənlərinə gediblər. Azərbaycanlıların orada hərəkət etməsinə heç bir dövlət, heç bir kəs qadağa qoya bilməz. Biz bununla bağlı həqiqəti dünyaya nümayiş etdirmişik, lakin ermənilər faşist əməllərindən əl çəkmir, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər.
Azərbaycan güclü dövlətdir və istədiyi an torpaqlarını işğaldan azad etmək qüdrətində olan ordusu var. Lakin dövlətimiz beynəlxalq ictimaiyyətin, torpaqların sülh yolu ilə azad edilməsi çağırışına hörmətlə yanaşaraq, məsələnin ədalətlə, qan tökülmədən həllinə çalışır. Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, İnsan Hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərilib. Bütün nüfuzlu beynəlxalq qurumlara Azərbaycan hökuməti adından müraciət edilib. Təəssüflər olsun ki, bəzi qurumlar azərbaycanlı girovlarla bağlı məsələyə biganə yanaşır. Mən də Kəlbəcərdən olan millət vəkili kimi düşmən əlində əziyyət çəkən soydaşlarımın durumuna görə narahatam, ailələrinin çəkdiyini onlar qədər çəkirəm. Aylardır gözləri yoldadı, gərginlik içində xoş xəbər gözləyirlər. İnanın, hamımıza çətindir. Nə Dilqəm, nə də dostları ələ keçəsi oğul deyildi. Onların valideynlərinin, ailələrinin, evladlarının üzünə baxmaq olmur, ümidlə bizdən xəbər gözləyirlər.
Bilirsiniz ki, xəbər yayıldıqdan dərhal sonra cənab Prezident durumu nəzarətə götürdü. Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər müvafiq qurumlar girovlarımızın azad edilməsi üçün Prezidentimizin tapşırığına uyğun olaraq məsələni hüquqi müstəvidə həll etməyə çalışdılar və bu yöndə çalışmalar davam etdirilir. Sonun müsbət nəticələnəcəyinə hamımız ümid edirik və inanırıq. Yadınızdadırsa, 2014-cü il avqustun 10-da Soçidə Rusiya prezidenti Putinin də qatıldığı görüşdə Prezident İlham Əliyev girovlarımızın məsələsini gündəmə gətirdi və tələb etdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bazeldə və bu günlərdə Moskvada keçirdiyi mətbuat konfranslarında Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad edilməsi barədə çağırış edib. Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması Rusiyanın bu məsələdəki mövqeyini daha da gücləndirib.
Təəssüf edirəm ki, bu hadisə baş verdiyi gündən cəmiyyətimizdə birmənalı qarşılanmadı. Bəziləri hətta üç nəfəri Kəlbəcərə getməkdə qınadı, bu barədə mətbuata müsahibə də verdilər. Bu vətənpərvər insanlar nə günah işlədiblər ki, doğulub böyüdükləri yurdlarına, evlərinə gedə bilməsinlər?! Dilqəmgilin heç bir başqa məqsədləri yox idi, sadəcə vətənlərini görmək istəyirdilər. Bir başqaları isə dövləti, və hökuməti, onların azad edilməsi uğrunda çalışmadığını iddia edir, mitinq və ya küçə yürüşünə çıxmağa cəhd edirlər. Yuxarıda dediyim kimi, hər şey göz önündədir. Bu məsələ şəxsən cənab Prezidentin nəzarətindədir və müvafiq strukturlar girovlarımızın azad edilməsi üçün əllərindən gələni edir. İstər dövlət, istərsə də girovların ailələri cəmiyyətdən birmənalı dəstək gözləyir. Belə olan təqdirdə, fikrimcə, cəmiyyətin də münasibəti birmənalı olmalıdır.
Bundan başqa, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında da separatçı rejiminin təşkil etdiyi "məhkəmə"nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə çıxardığı "hökm"lə bağlı məsələ də müzakirə olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən soydaşlarımızın tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar. Düvlətimiz girovların azad edilməsi üçün maksimum çalışır. Onları azad edənədək mübarizəmizi aparacağıq. Mən inanıram ki, hər iki soydaşımız sağ-salamatdır və sağ-salamat da vətənə gələcəklər.
- Cavid müəllim, bir neçə gün öncə Rusiyanın "Rossiya 1" kanalında yayımlanan "Vladimir Solovyovla bazar axşamı" adlı verilişdə Azərbaycana qarşı növbəti təxribata yol verildi. Ukraynadaki siyasi vəziyyətə, Donbas və Luqansk vilayətlərində baş verən proseslərə həsr olunmuş verilişdə "Luqansk xalq respublikaları"nın mövcudluğu və gələcək perspektivləri müzakirə olunarkən Rusiya Dumasının sabiq deputatı Boris Nadejdin Donetsk və Luqanskın heç bir zaman müstəqil siyasət həyata keçirə bilməyəcəyini, orada yaşayanların iqtisadi vəziyyətinin heç vaxt düzəlməyəcəyini söylərkən aparıcı Solovyov "Bəs Dağlıq Qarabağ bu gün necə mövcuddur?" deyə soruşdu. B.Nadejdin Dağlıq Qarabağın bir dövlət kimi mövcud olmadığını, həmin ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu bildirsə də, Solovyov həyasızcasına buna etiraz edərək Dağlıq Qarabağın "müstəqil" olduğunu əsaslandırmağa çalışdı.
- Əlbəttə, bunlardan xəbərimiz var. Solovyov əvvəllər də bir neçə dəfə aparıcısı olduğu verilişdə xalqımıza qarşı təxribat xarakterli fikirlər söyləyib. Rusiyanın bir neçə kanalı və mətbuat orqanı, o cümlədən dediyiniz həmin Solovyov ermənipərəst mövqeyi ilə tanınır. Donetsk ilə Dağlıq Qarabağın hüquqi statusunu eyniləşdirmək və problemin həllinə belə mövqedən yanaşmaq nə təsadüfdür, nə də bilməzlikdən irəli gəlir. Solovyov və onun kimi erməni dəyirmanına su tökənlər yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və başda Rusiya dövləti olmaqla, bütün dünya Azərbaycan ərazisini belə tanıyır. Onu bu cür təxribatçı hərəkətlərinə görə Ermənistan prezidenti Sərkisyan fəxri medalla təltif edib. Yəni hər şey göz qabağındadır. Demək bu öz payını alıb. Solovyov və onun kimi bir neçə muzdlu "mirzə" və muzdlu "aparıcıların" verilişlərində Azərbaycana qarşı təxribatlar iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və onlar hər görüşlərində münasibətlərin daha da yaxşılaşmasının vacibliyini vurğulayırlar. Mən həmin kanalın rəhbərliyinə aparıcının verilişdə xalqımıza və ərazi bütövlüyümüzə qarşı söylədiyi təxribatçı fikirlərinə kəskin etiraz bəyənatımı göndərmiş, kanalın düzgün mövqe nümayiş etdirmədiyini, Azərbaycana qarşı açıq - aşkar düşmən mövqe tutduğunu bildirərək xalqımızdan üzr istəməsini tələb etmişəm. Milli Məclisin yaz sessiyasının ilk iclasında da Rusiyanın bəzi televiziya proqramlarının və mətbuatının xalqımıza qarşı qərəzli olduğunu bir daha diqqətə çatdıracam, bu cür birtərəfli, qərəzli və separatçı verilişlərə son qoyulması üçün Milli Məclisin Rusiya Dövlət Dumasına rəsmi müraciət göndərməsinə çalışacam.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ