Bazar günü günü, 29 noyabr 2026
     

İran, Türkiyə, Çin Rusiyanın Qərbə qarşı qoymaq istədiyi Avrasiya İttifaqında...

Image


İslam Respublikası açıq mövqe ortaya qoydu

Avrasiya İqtisadi İttifaqını reallaşdırmaqda israrlı olan Rusiya bu qurumun tərkibinə təkcə MDB yox, digər ölkələri də daxil etməkdə maraqlıdır. Əslində, Rusiya ilə sıx münasibətlərə malik bəzi ölkələr Avrasiya İqtisadi İttifaqına getdikcə daha çox maraq göstərməkdədir. Məsələn, Suriya çoxdan bu quruma üzv olmaq istəyir. Lakin indiki halda böyük problemlərlə üzləşən Suriyanın quruma daxil olması Rusiya üçün elə də cəlbedici görünmür.
Əvəzində Rusiyanı, bölgə ölkələrindən daha çox, İran və Türkiyə maraqlandırır. Belə bir vaxtda bəlli olub ki, İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq niyyətindədir və bu imkandan Rusiyaya ixracı üçün yararlanmaq istəyir. İranın Moskvadakı səfiri Mehdi Sənai bu xüsusda deyib: "Fikirləşirəm ki, İranın Avrasiya İttifaqı ilə müəyyən iqtisadi əlaqəsinin olması üçün biz bunun üzərində işləməliyik. İran öz ixracı üçün bundan istifadə etməlidir. Ola bilsin ki, hər hansı ya müqavilə, ya memorandum imzalansın". Onun sözlərinə görə, İran və Rusiyanın tam əməkdaşlığının qarşısında duran ən böyük problem İran malları üçün yüksək gömrük haqqının olmasıdır: "Ən böyük problem Rusiyaya ixrac olunan malların gömrük tariflərinin yüksək olmasıdır. İran öz mallarını Rusiyaya birbaşa göndərir. Bu tariflər İran üçün çox yüksəkdir. İranlı biznesmenlər tez-tez bizə tariflərin endirilməsi xahişi ilə müraciət edir. Onlar Rusiyanın Ermənistan, Azərbaycan, Qazaxıstanla olan münasibətlərini misal çəkirlər".
Xatırladaq ki, İran öz məhsullarını əsas etibarı ilə məhz Azərbaycan üzərindən Rusiyaya göndərməyi düşünür. İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti də bu günlərdə belə bir açıqlama vermişdi ki, Azərbaycan yaxın gələcəkdə İranın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında körpü rolu oynaya bilər: "Azərbaycan İranın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməkdə bizimlə əməkdaşlıq edə bilər". Əsasən kənd təsərrüfatı və dəniz məhsullarını Rusiya bazarına çıxarmaq imkanı qazanan iranlılar bununla həm də bölgədəki strateji müttəfiqlərinə dar ayaqda yardım etmiş olurlar. Digər tərəfdən, Qərbin sanksiyaları və milli valyutasının kəskin ucuzlaşması səbəbindən Rusiyanın xüsusən ərzaq məhsulları sarıdan qıtlıq çəkməsi İran üçün bu ölkədə sərfəli bazar açılmasına şərait yaradıb. Ekspertlər düşünür ki, bu vəziyyət Rusiya ilə İran arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün bir zəmin yaradıb. İrandan məhsulların Rusiyaya ixracı isə Azərbaycan ərazisindən nəzərdə tutulur. İranlı tacirlər də məhsullarını Azərbaycandan Rusiyaya ixrac etməkdə maraqlıdır. Çünki Azərbaycandan Rusiyaya ixracatın vergi tarifləri yoxdur və gömrük məsələləri asanlıqla həll olunur. Onu da xatırladaq ki, ötən ilin avqust ayında Moskva və Tehran arasında neft və qaz sənayesinin inkişaf etdirilməsi və əməkdaşlıqla bağlı 20 milyard ABŞ dolları dəyərində müqavilə də imzalanıb. Müqaviləyə görə, İranın enerji infrastrukturunun modernləşdirilməsinə investisiya qoymağı planlaşdıran Rusiya, buna qarşılıq olaraq, İrandan neft almaq öhdəliyi götürüb. Beləliklə, bu gedişlə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr sırasında artıq İranı da görmək mümkün olacaq.
Türkiyənin Avropa İttifaqına üzvlüyünün uzanması isə, Rusiyaya görə, Avrasiya İqtisadi İttifaqını Ankara üçün daha maraqlı edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, Türkiyəni Avropa İttifaqına üzv olmaq məsələsi maraqlandırmır. Onun sözlərinə görə, hazırda Ankara Avropa İttifaqını sınaqdan keçirir: "Avropa İttifaqı həqiqətənmi demokratik sistemdir, yoxsa xristian klubudur? Bunu sınayırıq. Avropa İttifaqı Türkiyənin bu struktura üzv olmaq üçün yalvaracağını düşünürsə, səhv edir".
Bu vəziyyətdə Türkiyəni Avrasiya İqtisadi İttifaqına çəkmək Rusiya üçün olduqca önəmlidir. Avrasiya İqtisadi İttifaqı layihəsi məsələsi hələ 2013-cü ilin yayında dünya ictimaiyyətinin aktiv müzakirəsinə səbəb olduğu zamanlarda da qardaş ölkənin adı bu xüsusda hallandırılırdı. Eyni proses təşkilat özünü elan etdikdən sonra da təkrarlanmağa başladı. Lakin bu dəfə Rusiya rəsmiləri artıq layihənin geniş bir siyasi və iqtisadi əməkdaşlıq nəzərdə tutduğunu önə çəkərək, yalnız MDB məkanı ilə kifayətlənməyəcəyini və birliyə 40 ölkənin müraciət etmək istədiyini açıqladılar. Təbii ki, bu siyahıda Türkiyənin də adı qeyd edilir. Lakin rəsmi səviyyədə Türkiyə bu niyyətini meydana qoymayıb. Bununla belə, Rusiya Türkiyəni qurumda görməkdə maraqlıdır. Eyni hal Azərbaycan üçün də keçərlidir. Moskva Çini də bu quruma qatmaq istəyir. Bəzi ekspertlərə görə, Ukrayna böhranı ilə əlaqəli olaraq ABŞ və Avropa İttifaqının Rusiyaya sanksiyalar tətbiq etməsinin ardından Rusiya ilə Çin arasında təbii qazın satışı ilə bağlı 2014-cü ilin may ayında imzalanan və 30 il üçün nəzərdə tutulan 400 milyard dollar həcmində müqavilə yeni yaranan ittifaqın mühüm mərhələsini təşkil edir. Əslində SSRİ-nin süqutundan sonra Moskva və Pekin arasında münasibətlərə nəzər saldıqda, hər iki ölkənin bir çox regional qurumlarda birgə iştirakını görmək olar. Hərbi sahədə Pekinlə Moskva arasında münasibətlər uzun illərdir yüksələn xətt üzrə inkişaf edir. Son illərdə isə iki ölkə dünyanın müxtəlif coğrafiyalarında hərbi tətbiqatlar həyata keçirir. Məsələn, Sakit Okeanda keçirilən dəniz tətbiqatları, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədqiqatlar NATO-ya qarşı yeni hərbi blokun yaradılması istiqamətində bir mesaj kimi də qəbul edilə bilər. Bunlar fonunda Çinin Avrasiya İqtisadi İttifaqına gəlişi Rusiyanın xüsusi maraq dairəsindədir. Belə vəziyyətdə Rusiya Qərbə qarşı güclü Avrasiya İqtisadi İttifaqı çıxara bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ