Türkiyə Böyük Millət Məclisinin deputatı Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri sırasına qəbul edilməsini zəruri sayır.
Parlamentin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Mustafa Kabakçı Trend-ə eksklüziv açıqlamasında bildirib ki, Türkiyə kimi bir dövlətin Minsk qrupunun həmsədrliyinə gətirilməsi Dağlıq Qarabağ probleminin həllində müsbət addım ola bilər və bölgədəki münaqişənin həlli üçün əhəmiyyət kəsb edəcək.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün çalışan dövlətdir: "Bu baxımdan Dağlıq Qarabağ probleminin həllində yaxından iştirak edə bilər".