İran xarici işlər naziri Cavad Zərif Cenevrədə nüvə müzakirələr əsnasında ABŞ dövlət katibi Con Kerri ilə birlikdə gəzintiyə çıxması qalmaqala səbəb olub.
Baki-xeber.com xəbər verir ki, İranın rəsmi xəbər agentliyi «İRNA»ya görə, İran xarici işlər naziri İsveçrənin Cenevrə şəhərində ABŞ dövlət katibi ilə şəhər küçələrində gəzintiyə görə, İran Məclisində ifadə verəcək.
İranı P5+1 ölkələri ilə nüvə müzakirələrində təmsil edən Zərif yanvarın 14-də Kerri ilə İsveçrə küçələrinə çıxaraq 15 dəqiqə gəziblər. İki diplomatın yan-yana gedərkən çəkilən şəkilləri, ABŞ-ı "böyük şeytan" kimi xarakterizə edən İranın mühafizəkar kəsimində böyük etirazlara səbəb olub.
Cümə xütbələrində imamlar Zərifə və prezident Həsən Ruhanini tənqid ediblər. Yerli media parlamentdə 21 millət vəkilinin Zərif haqqında istintaq başladılması üçün imza topladığını bildirmişdi.
«Fars» Xəbər Agentliyinin yaydığı layihədə bildirilir ki, "Böyük şeytanın nüvə müzakirələri müddəti boyunca ortaya qoymuş olduğu tələblər və qeyri-konstruktiv hərəkətlərə qarşı ABŞ və İranın xarici işlər nazirləri arasında səmimiyyət heç bir halda mümkün deyil".