Rusiya Qərbə xəbərdarlıq edib ki, Ukraynaya görə, ona qarşı növbəti iqtisadi təzyiqlər tamamilə dağıdıcı və ziyanlı olacaq. Rusiyanın Ukrayna mövzusunda mövqeyini təhdid və şantajla dəyişdirməyəcəyini ifadə edən Rusiya prezidentinin sözçüsü Dmitry Peskov, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi istiqamətində açıqlamalara sərt reaksiya verib.
Baki-xeber.com xəbər verir ki, Peskov bu bəyanatı ABŞ prezidenti Barak Obamanın bəyanatından sonra verib.
Obama bundan əvvəl bildirib ki, Vaşinqton Rusiyaya təzyiqləri artırmaq üçün hərbi hərəkətlərdən başqa bütün variantları nəzərdən keçirir.
Peskov bildirib ki, Rusiyaya iqtisadi təzyiqləri artırmaq tamamilə zərərli və əsassız, uzaqgörən qərar deyil.
O qeyd edib ki, bu cür qarayaxma Rusiyanı heç vaxt davamlı və bəlli siyasətindən dönməyə vadar edə bilməyəcək və yaxşı olardı ki, ABŞ-la Avropa Birliyi bu böhrana görə, Ukrayna hökumətinə təzyiq göstərsinlər.
Kiyevin böhranın həlli üçün tək alternativin sülh yol olduğunu qəbul etməsinin lazım olduğunu vurğulayan Peskov bildirib ki, əks halda heç bir vasitəçilik nəticə verməyəcək: "Burada gerçək sual budur: Kiyev böhranın həllinə hazırdırmı? Heç kim deyil, yalnız Kiyev bu böhranı həll edə bilər. Kiyev böhranı sülh yolu ilə həll edəcəyi istiqamətində iradə ortaya qoyana qədər problem həll edilməyəcək...".
İsrailin Rusiya və Ukrayna arasında vasitəçi olmaq təklifinə də toxunan Peskov bunu məmnuniyyətlə qarşıladıqlarını bildirib: "Təəssüf ki, bu mövzuda Rusiya və Ukrayna arasında hər hansı bir vasitəçiyə ehtiyac yoxdur. Çünki Ukrayna və Rusiya arasında qarşıdurma yoxdur" - deyən Peskov bildirir ki Rusiya bu böhranda tərəf deyil.