Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib. Baki-xeber.com xəbər verir ki, bununla bağlı açıqlama verən ölkənin baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bu barədə qərar qəbul edildiyini bəyan edib.
Belə qərarın, vətəndaşların təhlükəsizliyi və mülki müdafiə sahəsində bütün dövlət orqanları arasında koordinasiyanın təmin edilməsi məqsədilə verildiyini ifadə edən Yatsenyuk, hökumətin fövqəladə vəziyyətlə bağlı komissiya yaratdığını bildirib.