Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tariximizi doğru öyrənək, doğru tanıdaq
Tarix: 26.01.2015 / 09:23
Bölmə: Siyasət
Azərbaycanın tarixi şəxsiyyətləri, o cümlədən Babəklə bağlı televiziyada və elektron KİV-də, o cümlədən sosial şəbəkələrdə başlanmış müzakirələr məni də bu mövzuya toxunmağa vadar etdi. Daha çox narahatlıq doğuran bu müzakirələrin fonunda Azərbaycan tarixinin, türk tarixinin saxtalaşdırılması və təhrif olunmasına olunan cəhddir.
Saytlarından birində "Tarixdə Azərbaycan adlı dövlət olmayıb" adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan adlı ilk dövlət 1918-ci il mayın 28-də yaranıb. Hətta yazıda qeyd olunub ki, bu fakta etiraz edən varsa, bizi inandırsın. Qeyd edək ki, Babək mövzusuna son zamanlar bir neçə dəfə toxunulub. Sonuncu dəfə ANS televiziyasının "Şəxsiyyət vəsiqəsi" verilişində bu məsələyə toxunuldu və proqramın qonaqlarından biri, millət vəkili Fazil Mustafa Azərbaycan xalqının tarixi qəhrəmanlarından biri Babək Xürrəmini "islama qarşı mübarizə aparan dinsiz", "sapıq", "qeyri-türk" kimi təqdim etdi. Verilişə baxmasam da, mövzu ilə bağlı yazını oxudum və hörmətli Fazil Mustafanın fikirlərindən çox üzüldüm. Əvvəla, Azərbaycan tarixi və milli dəyərlər, milli tarixi şəxsiyyətlər mövzusunda müzakirələrdə telekanallar çox həssas olmalı, bu mövzuda debatlarda, ictimai müzakirələrdə mütəxəssislər iştirak etməlidir. İkincisi, Azərbaycan tarixi ilə bağlı müzakirələrdə vətənçilik, dövlətçilik ön planda olmalı, şou naminə təsadüfi, diletant fikirlərə yer verilməməlidir. 70 illik Sovet dövründə imperiyanın şovinist dairələri Azərbaycan türklərini türk-islam dünyasından ayırmaq üçün dəridən-qabıqdan çıxmışdı. Tarixşünaslıq, ədəbiyyat və digər humanitar elmlər ideologiyaya uyğunlaşdırılmışdı. Sovet tarixşünaslığı Rusiya imperiyasının işğalçılıq siyasətini "xilaskarlıq missiyası" kimi qələmə verir, Sovet xalqlarının yalnız Rusiya tərəfindən işğalından sonra azadlığa çıxdığını iddia edirdi. Sovet tarixşünaslığı Azərbaycanın sonradan türkləşdiyini, azərbaycanlıların Orta Asiyadan gəlmə köçəri xalq olduğunu əsaslandırmağa çalışırdı. İsrarla yazılır, gənc nəslə təlqin olunurdu ki, Azərbaycan və Anadoluya türklər XI əsrdə Oğuzların gəlişi ilə yerləşiblər. Daha çox ermənilərə sərf edən saxta bir tarix yazılmışdı. Bu "tarix"ə görə, Azərbaycanın şimal hissəsinin əhalisi irandilli və qafqazdilli, cənubunun əhalisi isə irandilli olmuş, səlcuqların gəlişindən sonra türkləşmişlər. Azərbaycan türklərini gəlmə hesab etməkdə məqsəd Arazdan şimaldakı torpaqların erməniləşdirilməsini asanlaşdırmaq, buna tarixi əsas yaratmaq idi.
Qəddar stalinizm Azərbaycan xalqına qarşı çeşidli repressiyalar həyata keçirib. Ancaq bunlar keçmişdə qalıb. Azərbaycan xalqı öz müstəqilliyini əldə edib, özünün dövlətini qurub. Son 25 ildə Azərbaycan tarixinin, türk tarixinin obyektiv araşdırılması istiqamətində mühüm addımlar atılıb. Təkzibedilməz faktlarla sübut olunub ki, Azərbaycan ərazisində türklərin məskunlaşmasının tarixi qədimdir. İlk Azərbaycan türk dövlətçiliyinin tarixi eradan əvvəl III minillikdən götürülür. Ölkəmiz ilk sivilizasiyanın yarandığı yerlərdəndir, Azərbaycan türklərinin formalaşdığı tarixi sərhədlər çərçivəsində qədim dövlətlər mövcud olub. Azərbaycan tarixi gənc nəslə doğru-düzgün çatdırılmalı, bu məsələdə dövlətçilik maraqlarımız əsas götürülməlidir. Hər bir vətəndaş öz dövlətinin, millətinin tarixini bilməlidir. Əlbəttə bu tarixi xalqa çatdırmaq, dünyaya tanıtmaq asan olmasa da, hər bir tarixçi alim və hər bir maraqlı vətəndaş bunları bilməli, xalqımıza və dünyaya tanıtmalıdır. Türk xalqının 5 min illik tarixi mənim "Azərbaycan Nadir Avşar dövləti " elmi əsərimdə (2014) qısa da olsa araşdırılıb. (Həmin əsəri cahangirhüseynov.com saytında oxuya bilərsiz). Oxuculara çatdırmaq istəyirəm ki, türklərin tarixdə müxtəlif adlarla 149 dövləti, 22 imperiyası mövcud olub. Ön Asiyada, yəni Azərbaycanın yerləşdiyi bu ərazidə eramızdan əvvəlki minilliklərdən türk dövlət qurumları yaranmağa başladı. Bunlar Urmiyə gölünün cənub və cənub qərbindən indiki Naxçıvan, Mil və Qarabağ ərazisində məskunlaşmış Quti, Lullubi, Turukki və başqa türk tayfaları olub. Bu tayfalardan sonra Manna dövləti yaranıb. Sonra bu ərazidə Midiya dövləti, daha sonra isə İskit (Skif dövləti) olub.
Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası ayrı-ayrı dövlətlərə parçalandı. Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti yarandı. Yazılı məlumatlara əsasən, türklərin Atropatena və Albaniya dövlətinin tərkibində başqa dillərdə danışan çoxlu sayda tayfalar da yaşayırdı. IV əsrin sonunda Orta Asiyada Böyük Hun imperatorluğu dağıldıqdan sonra Ağ Hun imperatorluğunun əsası qoyuldu. Bu dövlətin ərazisi Orta Asiya və şimal-qərbin bir hissəsini əhatə edirdi. Ağ Hun imperatorluğu İran ərazisində yerləşən Sasanilər dövlətini məğlub edərək özundən asılı vəziyyətə saldı. Ağ Hunlar Azərbaycanın xeyli hissəsində - Dərbənd, Qarabağ və Borçalı ərazisində məskunlaşdılar. Ağ Hun imperatorluğu dağıldıqdan sonra - 552-ci ildə Asiyanın böyük bir ərazisində Göytürk dövlətinin əsası qoyuldu. Göytürk adı ilə Hunlar özlərini rəsmən türk adlandırdılar. Bu dövlət IX əsrə qədər mövcud olub. İndiki Ukraynanın, Rusiyanın cənubunda, Şimali Qafqaz, Ön Asiya və Orta Asiyada mövcud olub. VII-X əsrlərdə Şimali Qafqazda Xəzər xaqanlığı yarandı. Xəzər xaqanlığı Şərqi Avropanın ən böyük xanlığı olub. Türk boyları daha sonra Oğuz adı ilə tanınırdı. Oğuz türkləri Xəzər dənizinin şərqində yaşayırdılar. IV-V əsrlərdə Böyük Moğol imperatorluğu da türk tayfaları tərəfindən idarə olunurdu. VII əsrdə Ərəbistan yarımadasında Məhəmməd peyğəmbərin yaratdığı Ərəb xilafəti Afrikanın şimalını, İspaniyanın bir hissəsini, Ərəbistan yarımadasını, İran, Qafqaz və Orta Asiyanı əhatə edib. İslam peyğəmbəri türklərin döyüşkənliyini, cəsurluğunu, mübarizliyini və böyük dövlətçiliyin ənənələrini öyür, özündən sonra gələn ərəb xəlifələrinə türklərlə yaxın münasibətdə olmağı tapşırır, xilafətin gələcəkdə türklər tərəfindən idarə olunacağına işarə edirdi.
İlk raşidi xəlifələr dövrü bitdikdən sonra ərəb xilafəti mahiyyətini dəyişməyə başladı. Əməvilər sülalə prinsipini qəbul etdilər, geniş işğalçılıq siyasətinə başladılar. Abbasilər dövründə bu siyasətə ərəbləşmə də əlavə olundu. Ərəb feodalları işğal etdikləri ərazilərdə xalqlara zülm edir, onların dini inanclarını, adət-ənənələrini zorla dəyişdirirdilər. Bölgədə ərəb zülmünə qarşı üsyanlar başlamışdı.
X əsrdə Azərbaycan ərazisində başlanmış Xürrəmilər xalq hərəkatı Sasani dövlətinə qarşı yerli xalqların mübarizəsi idi. 633-cü ildə Ərəb xəlifəsinin qoşunları Sasani dövlətinə hücum etdi. Azərbaycan ərazisində Cavanşirin rəhbərliyi ilə 634-cü ildə ərəblərə qarşı Sasani ordusunda mübarizə aparılırdı. Girdiman (Aran) hökmdarı Cavanşir hətta Bizans imperatorluğu ilə də ittifaqa girib ərəblərə qarşı mübarizə aparırdı. Lakin onlar bu mübarizədə ərəb qoşunlarına məşğul oldular. VII əsrin 60-cı illərində Şimali Qafqazdan xəzərlər Albaniya dövlətinə hücuma keçdilər. Alban dövlətinin varlığına son qoyuldu. VII əsrdə Ərəb-Xəzər müharibələri 100 ilə qədər davam etdi. Ərəb xilafətinə qarşı Azərbaycanda 748-752-ci illərdə böyük Xürrəmilər hərəkatı başlandı. Xürrəmilər etiqad etibarilə (Xürrəm- əbədi od, günəş deməkdir) atəşpərəst idilər. Cavidanın ölümündən sonra Babək (798-838) mübarizəni davam etdirdi. Babək 819-cu ildə ərəblər tərəfindən işğal olunmuş Bərdəni, Beyləqanı, Qarabağı, Həmədanı azad etdi. Bəzz qalasında özünə böyük ordu toplayıb 20 ilə yaxın ərəb işğalçılarına qarşı mübarizə apardı. Bu, böyük xalq hərəkatı idi. 838-ci ildə Babək əsir alındı və edam edildi. Babək türk xalqının oğlu olmaqla azərbaycanlı idi, o, yadelli işğalçılara qarşı mübarizə aparırdı. Onun bu mübarizəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq nümunəsi idi. Bununla biz azərbaycanlılar qürur hissi keçirməliyik. XI əsrdə İran, Azərbaycan və Kiçik Asiyanı əhatə etməklə Böyük Səlcuq imperatorluğu yaradıldı. XI əsrdən Ərəb Xəlifəliyi zəifləməyə başladı və Şimali Azərbaycanda Şirvanşahlar dövləti (891-1538) yarandı. Bu, Ərəb xəlifəliyindən sonra ilk türk - müsəlman Azərbaycan dövləti idi. XI əsrdə Azərbaycan Səlcuq imperatorluğunun tərkibinə qatıldı.
Ərəb Xəlifəliyindən sonra 1038-1057-ci illərdə türk səlçuq tayfaları Orta Asiya, İran, Azərbaycan və Kiçik Asiyanı əhatə etməklə böyük bir imperatorluq yaratdılar. Səlcuq imperatorluğu dağıldıqdan sonra Anadoluda, indiki Türkiyə ərazisində Osmanlı imperiyası (1299) yarandı. Osmanlı İmperatorluğu VI əsrdən artıq mövcud olmuş bir dövlət idi. Tezliklə imperatorluq Şimali Afrikanı, Ərəbistan yarımadasını, Balkanları, Şərqi Avropanı, Krım xanlığı ərazisini əhatə etməklə dünya tarixində ən möhtəşəm imperatorluğa çevrildi. 1518-ci ildə Misirin fəthindən sonra İslam Xəlifəliyi Türk Sultanlığına-İstanbula keçdi. Türk millətinin islamı qəbul etməsi onun qüdrətini, sücaətini daha da artırdı.
Azərbaycan ərazisində isə XI əsrdə Səlçuq İmperatorluğu parçalandıqdan sonra Atabəylər dövləti 1136-1225-ci ildə yarandı. Atabəylər dövlətinin əsasını Şəmsəddin Eldəgiz qoydu və bu dövlətin ərazisi Azərbaycanın Şərq hissəsini əhatə edirdi. Atabəylər dövləti haqqında akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı monoqrafiyası var. XIII əsrdə Azərbaycan ərazisində olan Eldəgizlər və Şirvanşahlar dövləti tatar monqolların əsarəti altına keçdi. Daha sonra Azərbaycan ərazisi Teymurun imperatorluğunun tərkibinə qatıldı. XIV əsrdə Azərbaycanda və Şərqi Anadoluda türk Qaraqoyunlu dövləti yarandı (1380-1467-ci il). Dövlətin mərkəzi Van şəhəri idi. Qaraqoyunluların hakimiyyətinin əsası Qara Məhəmməd (1380-1389) tərəfindən qoyulmuşdu. Daha sonra 1467-ci ildə Ağqoyunlu Uzun Həsən tərəfindən Qaraqoyunlu dövləti süquta uğradıldı. Ağqoyunlu dövlətinin (1453-1503) əsasını Oğuz-türk tayfaları qoymuşdu. Bu dövlətin də əraziləri Şərqi Anadolu, Qərbi İran, Azərbaycanın qərb hissəsi olmaqla böyük bir məkanı əhatə edirdi, mərkəzi isə Təbriz şəhəri idi. 1501-ci ildə Şərur düzündə Ağqoyunluları məğlubiyyətə uğradan Şah İsmayıl həmin ildə Təbrizdə özünü şah elan etdi.
Səfəvilər dövləti 1501-ci ildən 1736-cı ilə qədər mövcud olub. Şah İsmayıl 1501-1524-cü illərdə böyük əraziləri fəth edərək Azərbaycan ərazisini vahid dövlətdə birləşdirdi. İlk dəfə olaraq Azərbaycanın bütün ərazisi vahid bir dövlət halında müstəqil Səfəvi imperiyası daxilində birləşdi. Bu, Azərbaycan tarixində mühüm bir hadisə idi. Bundan sonra Şah İsmayıl İran ərazisini və ərəb İraqını da Səfəvilər imperiyasına qatdı. Səfəvilər dövləti Şərqdə Şeybani (Özbək dövləti) Qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. Vahid Azərbaycan Səfəvi türk dövləti yarandı. Şah İsmayılın dövründə İran-Azərbaycan ərazisində yaşayan xalqların İslamda şiə məzhəbini qəbul etməklə bu ərazidə olan xalqların zahirən birliyini yaratmağa cəhd etməsi isə böyük Turançılığa zərbə oldu. Bununla da, Osmanlı -Səfəvi münasibətləri iki türk dövləti arasında kəskinləşdi. Qərbi Avropa və Çar Rusiyası bundan istifadə edərək bu iki türk dövlətinin arasına nifaq salıb Qərbi Avropada, Şərqi Avropada, Balkanlarda, Qara Dəniz hövzəsində Krım, Şimali Qafqaz, Orta Asiyada öz siyasətlərini yeridib əzəli Türk torpaqlarının dövlətlərini zəiflətməklə işğal etdilər. Osmanlı -Səfəvi münasibətləri 1514-cü ildə qanlı Çaldıran müharibəsi ilə yadda qaldı. Bu müharibələrdə Azərbaycanın ərazisi dəfələrlə Osmanlıların tərkibinə qatıldı. I Şah Abbasın (1587-1629-cu illər) dövründə Azərbaycanda dövlətçilik ənənələri xeyli gücləndi. Lakin dini məzhəb ayrılığı daha geniş vüsət aldı. 1598-ci ildə I Şah Abbas paytaxtı İsfahan şəhərinə köçürdü. 1593-cü ildə Ərdəbil şəhəri mərkəz olmaqla Azərbaycan bəylərbəyliyi yaradıldı. Tarixşünaslıqda guya Şah Abbasın dövründən fars dilinin Səfəvilərdə üstün mövqe qazanmasına dair yanlış fikir var. Əslində Səfəvi dövlətində əvvəldən axıra qədər saray və ordu dili türk dili idi. Şah Abbas dörvündə də rəsmi yazışmalarda türkcədən istifadə olunurdu. XVIII əsrin əvvəllərində, 1722-ci ildə Şah Hüseyn Sultanın və II Şah Təhmasibin dövründə Səfəvi dövlətinin ərazisi şərqdən Xəzər sahili boyunca 600 km uzunluğunda Dərbənd, Bakı, Lənkəran və Rəşdə qədər, eni 100 km olmaqla Şamaxı ərazisindən Muğan boyu bütün ərazilər rus çarı I Pyotr tərəfindən işğal olundu. Həmin dövrdə ermənilərin Azərbaycana birinci köçü başlandı. Birinci Pyotr tərəfindən ermənilər Quba, Bakı, Şamaxı ərazilərinə köçürüldü. Hətta Pyotrun planında həmin ərazilərdə "erməni çarlığının" yaradılması da vardı. Erməni kilsəsi və gürcülər Pyotrun qoşunlarına maddi yardımlar da göstərirdilər.
Azərbaycan Səfəvi dövlətinin cənub-şərq hissəsi isə, paytaxtı İsfahan şəhəri olmaqla, əfqanlar tərəfindən zəbt edilmiş, ölkənin qərb hissəsi də Osmanlılar tərəfindən tutulmuşdu. Belə bir vaxtda türk Avşar boyundan olan Nadir xan Səfəvilər imperiyasını dağılmaqdan xilas etdi. Bütün zəbt olunmuş torpaqları geri qaytararaq Azərbaycan ərazisini tamamilə yadellilərdən təmizləyib 1736-cı ilin yazında Kür və Araz çaylarının qovuşduğu Muğanda-Suqovuşanda minlərlə nümayəndənin iştirakı ilə böyük qurultay çağırdı. Qurultayda Şah seçilməzdən öncə müraciət edərək İslam dinində məzhəb ayrıseçkiliyinə son qoymağı təklif edən. Nadir xan Osmanlı dövləti və sünni icması ilə münasibətləri qaydaya salmaq üçün şiəliyin cəfərilik qolunu qəbul etdi. Bununla bağlı Osmanlı sultanına müraciət etsə də, onun dini islahatı qəbul edilmədi.
Nadir şah 1736-cı ildə Muğan qurultayından, sonra paytaxtı Təbriz olmaqla, Azərbaycan bəylərbəyliyini yaratdı. Azərbaycan bəylərbəyliyinin ərazisinə indiki Dağıstan, Kartli və Kaxetiya (indiki Gürcüstan) indiki Ermənistan, Türkiyənin şərq hissəsi (Ərzurum, Van, Diyarbəkir) daxil idi. İndiki federativ dövlət quruluşuna uyğun olaraq Avşar Azərbaycan dövlətinə Azərbaycan, İraq, Xorasan və Fars bəylərbəyliyi daxil idi.
Nadir şahın ölümündən sonra (1747) Azərbaycan ərazisi 20-yə qədər xanlığa bölündü. 1 mil. kv km-dən artıq ərazisi olan Azərbaycan Bəylərbəyliyinin xırda xanlıqlara və sultanlıqlara bölünməsi gələcəkdə Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğal olunmasına və daha sonra ərazisində Gürcüstan, Ermənistan SSR və Dağıstan Muxtar Respublikalarının qurulmasına şərait yaratdı. 1918-ci il mayın 28-də paytaxtı Gəncə şəhəri (ərazisi 117.5 kv. km) olmaqla Azərbaycan Xalq Cumhuriyyəti yarandı. 1920-ci aprelin 28-də Azərbaycan Sovet Respublikası elan edildi. Azərbaycan SSR-in yaranması bir daha Azərbaycanın əzəli torpaqları olan Zəngəzur, Borçalı, Göyçə, Dərbənd ərazilərinin Azərbaycandan alınması ilə nətiçələndi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması XX əsrin sonunda bu bölgədə ermənilərin separatizmi gücləndirmələrinə və Qarabağın işğalına gətirib çıxardı.
Bugünkü Azərbaycan Respublikası həmin bu müstəqil imperiyaların, dövlətlərin yarım müstəqil dövlətin hüquqi sələfi və davamçısıdır. Cənubi Azərbaycanda isə XIX əsrdə Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra paytaxt Tehrana köçürülməklə türk Qacar sülaləsi hakimiyyətdən devrilərək fars Pəhləvilər hakimiyyətə gətirildi. XX əsrdə Cənubi Azərbaycanda üç dəfə Səttarxan (1905-1911), Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə (1917-1921) Azadstan Respublikası və 1945-1946-cı ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Azərbaycan dövlətləri, Çar Rusiyası, Sovet imperiyasi və Antanta dövlətinin köməyi ilə Türk Azərbaycan dövlətinin yaranmasına imkan verilmədi. Bugünkü Azərbaycan Respublikası uzun əsrlər bu ərazidə yaşayan xalqların və millətlərin, imperiyaların və dövlətlərin yarım müstəqil sovet azərbaycanlılarının yeganə hüquqi varisidir və bütün dünya Azərbaycanlılarını da birləşdirən bir məkandır. Azərbaycançılığın dövlətçiliyə tətbiqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə Dünya Azərbaycanlarının I-ci Qurultayında ümummilli lider Heydər Əliyev azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi təsdiq etdi.
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deməklə bütün azərbaycanlıları birliyə çağırır. Ona görə də azərbaycançılıq yalnız Azərbaycana məhəbbət deyil, onun dünyadakı milli, tarixi - siyasi, iqtisadi, dini-əxlaqi mövqe və mahiyyətini əks etdirən ictimai şüur formasıdır. Azərbaycançılıq öz növbəsində türkçülüyə - turançılığa bağlı olanda daha güclü və qüdrətli olur.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı, azərbaycan dilini, milli mənəvi dəyərlərimizi, adət-ənənənələrimizi yaşatmalıyıq, Azərbaycan tarixini öyrənib xalqımıza və bütün dünya xalqlarına tanıtmalıyıq. Bu hər bir Azərbaycan vətəndaşının borcudur.
20 yanvar ümumxalq matəm gününü qeyd etdik, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu fürsətdən istifadə edib, bir subyektiv fikrimi də oxucularımla bölüşmək istəyirəm: Azərbaycan xalqı çox mübarizələrdən qəhrəmanlıqla çıxmışdır. İnanıram ki, tezlikə işğal olunmuş torpaqlarımızı da erməni qəsbkarlarından azad edəcəyik. 20 yanvar günü Azərbaycanın mübarizlik, qəhrəmanlıq günü kimi qeyd olunmalıdır.
Cahangir Hüseynov,
sabiq millət vəkili, hüquq üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ