Bazar ertəsi günü, 14 sentyabr 2026
     

İctimaiyyət nümayəndələri Fransa parlamentindəki anti-azərbaycançıları fransız komissar Martelin 1920-ci ildəki məruzəsi ilə vurdular

Image


Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından bu ölkənin prezidentinə ünvanlanmış məktubla əlaqədar müraciət yayıblar.

Trend müraciəti təqdim edir:

“Təəssüf hissi ilə bildiririk ki, son illər Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı aparılan açıq böhtan və qərəzli kampaniya bütün mənəvi sərhədləri aşıb. Bu ədalətsiz kampaniya Fransa ictimaiyyətinin Azərbaycana qarşı münasibətini yanlış istiqamətə yönəltməklə yanaşı, xalqımız tərəfindən də ciddi narahatlıqla qarşılanır.

Əslində isə nə baş verir: Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar olunur, habelə ətraf mühitə ciddi ziyan vurulur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə bu qeyri-qanuni iqtisadi fəaliyyətdən sadə erməni xalqı deyil, hərbi cinayətkarlar - Ermənistanın sabiq prezidentləri R.Köçaryan və S.Sarkisyan faydalanıblar. Hazırda isə təbii sərvətlərimiz çirkli pulların yuyulması, narkotik vasitələrin dövriyyəsi və qanunsuz silah alveri ilə məşğul olan Ruben Vardanyan tərəfindən istismar olunaraq Ermənistana, oradan isə digər ölkələrə daşınır. Biz Azərbaycana qarşı qarayaxma kampaniyası aparan fransalı siyasətçilərdən fərqli olaraq, faktlara istinad edirik. ATƏT, BMT-nin İnkişaf Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə keçmiş işğal edilmiş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət, təbii sərvətlərin qanunsuz istismar faktları təsdiq olunub.

Dekabr ayının əvvəllərindən ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq aparılması məqsədilə azərbaycanlı mütəxəssislər əraziyə girməyə dəfələrlə cəhd etsələr də, yerli erməni sakinlərin aqressiv fiziki müdaxiləsi ilə qarşılaşıblar və nəticədə Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının ərazisinə girə bilməyiblər. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar buna etiraz əlaməti olaraq, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisində aksiya keçirərək, təbii sərvətlərimizin qeyri-qanuni istismarına və ekoloji fəlakətə son qoyulmasını tələb edirlər.

Etnik təmizləmə

Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından bu ölkənin prezidentinə ünvanlanan məktubda qeyd edildiyi kimi, bəli, etnik təmizləmə olub. Lakin onların iddia etdiyinin əksinə olaraq, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Bu faktı hələ 1920-ci ildə Fransanın Qafqazdakı komissarı Damien dö Martel Fransa Hökumətinin o dövrdəki başçısı, xarici işlər naziri Aleksandr Millerana 20 iyul tarixli məruzəsində bildirmişdir: “Hərbi əməliyyatlara gəldikdə (Azərbaycan ərazilərinin ermənilər tərəfindən zəbt edilməsi nəzərdə tutulur), mən Ermənistandan gələn şahidlərdən bir sıra məlumatlar əldə etdim ki, onların {əməliyyatlar} icra edilməsi formasını təsdiqləyir: ötən iyun ayının sonunda Yerevanın cənubunda erməni hərbi birləşmələri 40 000-dən çox azərbaycanlının yaşadığı 25 kəndi mühasirəyə almışdır. Paytaxtın yanında yaşayan bu əhali {…} hər zaman sakin və sülhsevər olmuşdur; bu əhali top atəşi ilə Araza doğru qovulmuşdur və öz kəndlərini tərk etməyə məcbur olmuşdur ki, həmin kəndlər dərhal ermənilər tərəfindən zəbt edilmişdir. Bu məsələdə təxminən 4 000 nəfər edam edilmişdir, uşaq və qadınlara fərq qoyulmurdu, onlar erməni hərbçiləri tərəfindən suda boğub öldürülmüşlər”.

Ermənistanın təcavüzkarlıq siyasətinin qurbanı olan azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, ölkəmizin BMT tərəfindən tanınan ərazisinin 20%-i işğala məruz qalıb. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Fransanın da səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələri bu faktları təsdiq edir.

Tarixdən

Azərbaycanı tanımaq üçün məşhur fransalı yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərini oxumaq, bu torpaqlarda yaşayan insanlar, onların mədəniyyəti barədə ətraflı öyrənmək mümkündür. Fransa inqilabının ruhu vaxtı ilə Azərbaycana, onun xalqına da gəlib çatmış, bunun nəticəsi olaraq, 1918-ci ilin may ayında müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı və bu dövlətin müstəqilliyi Parisdə tanınıb. Azərbaycanın müstəqilliyinə səs verən dünya liderlərdən biri də məhz Fransanın Baş naziri Jorj Klemanso olub. Bu gün də Azərbaycan Demokratik Respublikasının bütün arxivi Fransanın Sosial Elmlər Ali Məktəbinin Mərkəzi Avropa, Qafqaz və Rus Sivilizasiyaları üzrə Araşdırma Mərkəzinin kitabxanasında saxlanılır və şərəfli tariximizi vərəqləmək istəyən qərəzli siyasətçiləri bu kitabxanaya baş çəkməyə dəvət edirik.

Azərbaycan Parlamentinin ilk qərarlarından biri 1919-1920-ci tədris ilindən başlayaraq yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi olub ki, bu tələbələrin əksəriyyəti məhz Fransaya göndərilib.

Azərbaycanlıların Fransa Müqavimət hərəkatında iştirakı Azərbaycan tarixinin şərəfli və unudulmaz səhifələrindən biridir. Fransanın nasistlər tərəfindən işğalının ən ağır dövrlərində Kiril və Aleksandr Makinski qardaşları, Əhmədiyyə Cəbrayılov və bir çox digər həmvətənlərimiz Fransa uğrunda döyüşüblər. Bu gün Fransada Azərbaycana qarşı ədalətsiz mövqenin tutulması həm də Fransa uğrunda canından keçən azərbaycanlıların ruhuna hörmətsizlikdir.

1944-cü il noyabrın 27-də Fransa Respublikasının müvəqqəti hökumətinin rəhbəri general De Qollun Bakıya səfəri Müqavimət hərəkatında iştirak edən azərbaycanlılara minnətdarlıq jesti kimi məmnunluqla xatırlanır.

Dövlətimiz və xalqımız tərəfindən Fransaya verilən yüksək dəyərin fonunda bu gün baş verənlərə görə günahkar biz deyilik. Fransanın universal dəyərlərinin erməni diasporunun təsiri altında məhv edilməsini görmək bizim üçün üzücüdür.

Qınaq və humanitar mövcudluq

Dövlət-millət prinsipini beynəlxalq münasibətlər sisteminə tətbiq etməklə “dövlət daxilində dövlət” yaratmağa imkan verməyən və hugenotları mərkəzi hökumətə tabe etdirən kardinal Rişelyenin vətəni Fransada bu gün bir sıra siyasətçilər Azərbaycan ərazisində dağıdıcı separatizmi təşviq etməklə Azərbaycan və erməni xalqı arasında qalıcı barışığa maneələr törədirlər.

Emmanuel Makron ikinci dəfə prezident seçilərkən ətraf mühit məsələsinin fəaliyyətinin əsas istiqamətlərindən biri olacağını elan etmişdi. Bu xüsusda Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətlərin dayandırılması üçün Fransanın öz imkanlarından istifadə etməsi Fransa hökumətinin siyasətinə tam uyğundur.

Fransanın prioritet elan etdiyi prinsiplərə, habelə bərabərlik və dünyəvilik kimi universal dəyərlərə sadiq qalacağına ümidimiz hələ ki, tam kəsilməyib. Fransızların dediyi kimi, “ümid sonda ölmür, ümid yaşadır”. E.Makrona fransalı siyasətçilərin ünvanladığı məlum məktubdakı çağırışla biz də razıyıq: “Respublika Prezidenti bizim bütün soydaşlarımıza sübut edə bilər ki, Fransa azaddır”.

Biz də inanırıq ki, Fransa Prezidenti erməni icmasının və onun təsiri altında olan siyasətçilərin deyil, Fransanın maraqlarını üstün tutaraq, dünyəvi dəyərlərə sadiq, tolerant, multikultural Azərbaycanın ədalət və bölgədə sülh uğrunda səylərini dəstəkləyəcək.

Sonda bir daha xatırlatmaq istərdik ki, yarımçıq ədalət olmur. Qarşılaşdığımız açıq ikili standartlar dünyada beynəlxalq hüququn norma və prinsiplərini hörmətdən salır. Beynəlxalq hüququn hamılıqla qəbul edilən norma və prinsiplərinə hörmət və əməl edilməsi dünyanın aparıcı dövləti olan Fransanın da məsuliyyətidir.

İmzalayanlar:

1. Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru;

2. Mənsum İbrahimov - Xalq artisti, professor;

3. İlqar Orucov - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri;

4. Azər Allahverənov - Fəlsəfə doktoru, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri;

5. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;

6. İsrayıl İsgəndərov - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri;

7. Nurəddin Mehdiyev - “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri;

8. Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri;

9. Səbuhi Abdullayev - Riyaziyyat üzrə fəlsəfə doktoru, “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri;

10. Şəhla Nağıyeva - Filologiya üzrə fəlsəfə doktoru, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;

11. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri;

12. Şəlalə Həsənova - Filologiya üzrə fəlsəfə doktoru, professor, İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyinin sədri;

13. Nüşabə Məmmədova - Tarix üzrə fəlsəfə doktoru, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri;

14. Şəmistan Əlizamanlı – “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri;

15. Fəxrəddin Həsənzadə - Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin icraçı direktoru;

16. Azər Qərib - Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri;

17. Ədnan Hüseyn - “re:Azərbaycan” layihəsinin təsisçisi;

18. Məleykə Əlizadə - Tarix üzrə fəlsəfə doktoru, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri;

19. Rauf Zeyni - Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;

20. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;

21. Novela Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri;

22. Mayis Əliyev - Hüquq elmləri doktoru, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri;

23. Yusif Ağayev - Filologiya üzrə fəlsəfə doktoru, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri;

24. Elvin Talışınski - Siyasi elmlər üzrə fəlsəfə doktoru, “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri;

25. Əyyub Kərimli - İqtisadiyyat üzrə fəlsəfə doktoru, “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri;

26. Elçin Mirzəbəyli - Şərqşünaslıq üzrə fəlsəfə doktoru, “Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri;

27. Səltənət Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri;

28. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri;

29. Əli Tağıyev - “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin sədri;

30. Mirəli Hüseynov – “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri;

31. Fikrət Yusifov - Professor, iqtisad elmləri doktoru, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri;

32. Müşfiq Ələsgərli – “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri;

33. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri;

34. Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri;

35. Vüqar Əhmədov - Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri;

36. Ayaz Mirzəyev - Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri;

37. Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri;

38. Vəli Əlibəyov - "Siyasi Texnologiyalar Mərkəzi" İctimai Birliyinin sədri;

39. Mehri Xanbabayeva - Fəlsəfə doktoru, Azərbaycan Tarixçiləri İctimai Birliyi;

40. Mətanət Əsgərqızı - "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri;

41. Samir Adıgözəlov - "İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri;

42. Xatirə Vəliyeva - “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri;

43. Aydın Əbilov – “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri;

44. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri;

45. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri;

46. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri;

47. Şəhriyar Məcidov - Avropaya İnteqrasiya Mərkəzi ictimai birliyinin sədri;

48. Rəsul Cəfərov - "Bakı insan hüquqları klubu" ictimai birliyinin sədri;

49. Fariz Xəlili - “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri;

50. Fərid Şahbazlı – “İslahatçı Gənclər” İctimai Birliyinin sədri;

51. Etibar Məmmədov – “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri;

52. Rahilə Mehtiyeva – “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri;

53. Elman Cəfərli - Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri;

54. Vüsalə Hüseynli – “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri;

55. Rəşad Əliyev - İCOMOS Azərbaycan İctimai Birliyinin sədri”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ