çərşənbə günü, 11 noyabr 2026
     

Naxçıvanın yeni rəhbəri Vasif Talıbovun bəzi qərarlarını "kefinə qərar" adlandırdı...

Image


Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu müddətdə bu bölgədə maraqlı qadağalar tətbiq edilmişdi. Həmin qadağalar Naxçıvan əhalisinin narazılığına səbəb olsa da, buna qarşı çıxa bilmirdilər.

“Bakı-Xəbər” qəzeti həmin qadağaların tam olmayan siyahısını təqdim edir.

1. Naxçıvan MR-nın ərazisində kəndlərdə çayxana qadağası. Şəhərlərdə 1-2 çayxana ola bilərdi ki, orada da domino, nərd və digər oyunlara icazə verilmirdi.

2. Avtomobillərə, hətta qanunun icazə verdiyi tündlükdə plyonka və pərdə qadağası.

3. Yalnız NazLifan markalı avtomobillərin taksi fəaliyyətinə icazə verilirdi

4. Taksi sürücüsü avtovağzal, aeroporat da daxil olmaqla istənilən yerdə avtomobildən düşüb müştəri çağıra bilməzdi.

5. Taksi sürücüləri vahid geyimdə olmalı idi.

6. Bir rayonun sakini olan taksi sürücüsü digər rayona müştəri apara bilər, lakin başqa rayondan müştəri götürə bilməz.

7. Hərbçilər şəxsi avtomobildən istifadə edə bilməz.

8. Naxçıvan nömrə nişanı olmayan avtomobillər MR ərazisində yalnız 1 ay müddətində qala bilər.

9. Bahalı maşınla Naxçıvana getmək olmaz.

10. Köhnə maşınların MR ərazisinə girişi qadağandır

11. Hər kənddə yalnız 1 ədəd mağaza ola bilər.

12. Azərbaycandakı market şəbəkələrinin və mal paylayan firmaların MR-da fəaliyyəti qadağan idi.

13. Şəhərlərdə olan yas mərasimləri məscidlərdən başqa yerdə keçirilə bilməz

14. Yas mərasimlərində yemək qadağandır. Yalnız çay və qənd: hətta süfrəyə limon da qoymaq olmaz.

15. Dövlət idarələrində çalışanlar işə qoluaçıq geyimdə gələ bilməz.

16. Əhali yalnız sexlərdə bişirilən çörək almalı idi. Təndir qoymaq qadağandır. Evdə çörək bişirmək mümkün deyil. Çünki un satışı da qadağan olunmuşdu.

17. MR ərazisində motosiklet sürmək qadağandır.

18. Yuyulan paltar yalnız evdə qurudulmalıdır. Eyvanda, həyətdə paltar asmaq qadağandı.

19. Televiziyanın efirindən “maşallah”, “inşallah”, “Allah qoysa” ifadələrini işlətmək qadağandı.

20. Naxçıvan radiolarında xarici musiqi, yerli rep, rok qadağası mövcud idi.

21. Bir ara Naxçıvanda ev satışı qadağan olunmuşdu.

22. Naxçıvan qeydiyyatından çıxmaq olmazdı.

23. Sevgililərin əl-ələ tutaraq küçədə gəzməsi...

Bu qadağalar kənardan gülüşlə qarşılansa da, Naxçıvan əhalisi çarəsiz buna əməl edirdi. Bu qadağalara qarşı çıxanlar cərimələnir, ya da şəhəri tərk etməli idi.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Real TV-yə müsahibəsində qeyd edib ki, Naxçıvanda qanundankənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq: “Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır. Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.

Naxçıvanda tətbiq edilən qadağaların ləğv olunması naxçıvanlıların sevincinə səbəb olub.

  • “Qadağalar tək sadə camaatın deyil, sahibkarlıqla məşğul olmaq istəyənlərin də narazılığına səbəb olurdu”

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Naxçıvanın sabiq rəhbəri o bölgə üçün çoxlu sayda qadağalar tətbiq etmişdi: “Həmin qadağalar tək sadə camaatın deyil, sahibkarlıqla məşğul olmaq istəyənlərin də narazılığına səbəb olurdu. Məlumdur ki, Naxçıvanda sadə vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi. O bölgədə bizneslə ərazi üzrə bir və ya iki nəfər məşğul ola bilərdi, digələrinə qadağan idi. Ümumiyyətlə, qeyd edilən ərazidə məhəllə dükanları fəaliyyət göstərə bilməzdi. Həmçinin, Naxçıvanda adət-ənənələrin tətbiqi ilə bağlı müəyyən məhdudiyyət mövcud idi. Yas mərasimləri yalnız məsciddə keçirilə bilərdi, heç kim evində rəhmətə gedən şəxsə ehsan verə bilməzdi. Orda elə qadağalar var idi ki, insan gülməmək üçün özünü saxlaya bilmir. Məsələn, heç kim həyətində təndir qoya bilməzdi, evdə çörək bişirmək qadağan idi. Naxçıvan əhalisi çörəyi dükandan almalı idi. Bu nə qadağadır? Həmçinin, eyvanda paltar sərmək olmazdı, hamı evində qurutmalıdır. Bu qadağaları ekologiyaya zərər, şəhərin ümumi görünüşünün korlanması ilə izah edirdilər. Ancaq ekologiya elə nəsnələr ziyan vurur ki, təndir onun yanında heç nədir”. 

Ə.Nuriyev onu da əlavə etdi ki, başqa bölgədən şəxsi ehtiyac üçün Naxçıvana nəsə aparılırdısa mütləq rüsum ödənilməli idi. Bu isə qanunla qadağandır. Hansısa bir əşyanın bir ərazidən başqa bir əraziyə aparılması üçün rüsum tələb olunmur.

Həmsöhbətimizin dediyinə görə, Naxçıvanda dövlət qulluğunda çalışanlar mütləq hər həftə sonu iməcilikdə iştirak etməli idi. Qanunvericilikdə qeyd edilir ki, insanları məcburi əməyə cəlb etmək olmaz. İməciliyə çıxmaq istəməyənlərin ya maaşı kəsilir, ya da işdən çıxarılmaqla hədələnirlər. İməcilik günləri onlara əsasən yol kənarlarını süpürtdürür, ting əkdirir, alaq yoldururdular: “Bu kimi qadağalardan, işsizlikdən bezən əhali Naxçıvanı tərk edirdi. Məlumdur ki, Türkiyənin bir sıra şəhərlərində Naxçıvan əhalisi üstünlük təşkil edir. Xüsusi qeyd etmək lazımdır ki, Naxçıvan əhalisi çox zəhmetkəşdir. O bölgənin əhalisi Naxçıvandan didərgin düşdü. Onu da deyim ki, Naxçıvanda bürokratiya genişlənib. Qanunvericiliyə əsasən, Naxçıvanda konkret səlahiyyət müəyyən edilsə də, qanundan kənar idarələr yaranıb”.

Ə.Nuriyev qeyd etdi ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi sayəsində sabiq rəhbərin tətbiq etdiyi qadağalar artıq ləğv olunur. Qanunsuz halların qarşısının alınması istiqamətində işlər görülür: “Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvandakı qadağalarla bağlı fikir səsləndirib. Yeni rəhbər sayəsində Naxçıvanda müvafiq tədbirlər görüləcək. Naxçıvanda qanun-qayda tam şəkildə bərpa olunacaq. Azərbaycan Mərkəzi hakimiyyətinin bütün atributları tam şəkildə Naxçıvanda tətbiq ediləcək”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ