çərşənbə günü, 11 noyabr 2026
     

"2023-cü ilin də tariximizə uğur səhifəsi kimi yazılacağına böyük əsaslar var" - Vüqar Rəhimzadə

Image


Arxada qalan hər il keçilən yolun təhlili əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində daim bu arzunu ifadə edir ki, qarşıdakı il daha möhtəşəm uğurlarla tarixə yazılacaq.

Bu əminliyə əsas verən təbii ki, Prezident İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq” çağırışına uyğun olaraq atılan addımlar və qazanılan nailiyyətlərdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməklə yanaşı, azərbaycançılıq ideologiyasının təbliğində öz sözünü deyir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycanın dünyaya təqdimatında, varlığını təsdiqləməsində əsas faktor kimi önə çəkdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə, fəaliyyətinin Naxçıvan mərhələsinə diqqət yetirsək torpaq, Vətən sevgisindən irəli gələn addımlarının uğurlu nəticələrini görərik. Azərbaycançılıq ideologiyasının təbliği bütün dövrlər üçün aktuallığını qoruyur və qoruyacaq. Ümummilli Lider bu çağırışı etmişdir ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin edən tarixi qərar Naxçıvanda qəbul edilib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası bu müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul edib və həmin vaxtdan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri müəyyənləşdirərkən diasporu bir dövlətin varlığı kimi dəyərləndirərək dünya azərbaycanlılarının birliyinin təmin edilməsini mühüm amil kimi önə çəkdi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Müxtəlif ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra Ümummilli Lider onların vahid mərkəzdən idarə edilmələrinin vacibliyini bildirdi və dahi rəhbərin Sərəncamına uyğun olaraq 2001-ci il noyabrın 9-10 tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu mötəbər tədbir soydaşlarımızın birliyi, diaspor təşkilatlarının təşkilatlanması istiqamətində mühüm addım oldu. Artıq beş ildən bir ənənəvi olaraq dünya azərbaycanlılarının qurultayı keçirilir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi yönündə atdığı addımların uğurlu nəticəsi Azərbaycanın diplomatik mübarizədə qələbəsində öz sözünü dedi. Dünya birliyi ikili standartlara əsaslanan siyasəti ucbatından reallıqları görməzdən gəlsə də Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, son 19 ildə keçirilən Dünya Azərbaycanlılarının II, III, IV qurultayları sırasına bu il Qarabağın tacı Şuşa şəhərində baş tutan V Zəfər Qurultayı da yazıldı: “Dünyanın 65 ölkəsindən 400-dən çox diaspor nümayəndəsinin və digər qonaqların iştirak etdikləri qurultay postmünaqişə dövrünün reallıqları fonunda qarşıda dayanan vəzifələrin müzakirəsinə həsr olundu. Zəfər Qurultayında dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışı diaspor təşkilatlarının gələcək fəaliyyəti üçün yol xəritəsi oldu. Prezident İlham Əliyev işğal dövrü ilə postmünaqişə dövrünün müqayisəli təhlili əsasında bildirdi ki, bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.”

Vüqar Rəhimzadə 2022-ci ilin Azərbaycan tarixinə növbəti uğur səhifələrini yazdığını bildirib: “Azərbaycan bütün sahələrdə tarixi Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq yeniləşmə, təkmilləşmə dövrünü yaşayır. Ölkəmizin iqtisadi, siyasi, diplomatik, hərbi uğurları davamlılığı ilə diqqətdə oldu. Enerji sektorunda qazandığımız uğurlar göz qabağındadır. Bu gün Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısı kimi çıxış edir. Günümüzün əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu resurslarla zəngindir. Cari ildə imzalanan sənədlərin əsasında məhz bu sahədə əməkdaşlığın prioritetliyi özünü aydın şəkildə büruzə verir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən davamlı addımlara yol açır. 2022-ci il ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində mühüm uğurlarla yadda qaldı. Bunu əsaslandırmaq üçün təkcə son aylarda dövlət başçısı İlham Əliyevin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında, onun ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında, Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə Toplantısında Fəxri qonaq statusunda iştirakı deyilənlərin təsdiqidir. Həmçinin bu il Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Ölkəmizin şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Dövlət başçısı İlham Əliyev cari ildə Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı bu sahədə uğurlarımızın əyani təqdimatı oldu. Bütün bunlar Azərbaycanın postmünaqişə dövründə siyasi mövqeyinin daha da möhkəmlənməsini təsdiqləyir.”

YAP Xətai rayon təşkilatının sədri xarici siyasət sahəsində uğurlarımız sırasında Azərbaycanın türk dünyasının birliyinə verdiyi davamlı töhfələri xüsusi qeyd edib: “Dövlət başçısı İlham Əliyev bu il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə türk dünyasının böyük bir ailə olduğunu bildirdi. Bu il dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında bir daha ümumilikdə türk dünyasının birliyinin şahidi oldu. Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə Görüşünün keçirilməsi də 2022-ci ildə türk dünyasının birliyinə verilən töhfələr sırasındadır. Bu birlik istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafına öz dəstəyini göstərə bilər. Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunun keçirilməsi də bu qəbildəndir.”

Vüqar Rəhimzadə uğurlarımızı bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərindən bəhs edərkən ordu quruculuğu sahəsində addımların davam etdiriləcəyini diqqətə çatdırdı. Ordumuzun gücünün, qüdrətinin daha da artması “Dəmir yumruğ”un davamı olan “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarında öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu bəyanatı səsləndirdi ki, Ermənistanda revanşist qüvvələr yaddan çıxarmasınlar ki, dəmir yumruq yerindədir.”

YAP Xətai rayon təşkilatının sədri bu ilin mühüm hadisələri sırasında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da xalqa çatdırdığı növbəti müjdəni qeyd edib: “Cənab İlham Əliyev özünün rəsmi “tvitter” səhifəsində Laçınla bağlı bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabr ayında Laçın rayonuna səfər edərək Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı.”

Vüqar Rəhimzadə “Şuşa İli” çərçivəsində dünyaya təqdim etdiyimiz təkmil dirçəliş modelindən də bəhs edib: “Bütün işğaldan azad edilmiş ərazilərimizdə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə hər səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. 2022-ci ildə Cənab Prezidentin Qarabağa və Şərqi Zəngəzura səfərləri ilə yanaşı, bu torpaqların bərpası, malik olduqları resurslardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Fərman və sərəncamları da davamlılığı ilə diqqətdə oldu. Artıq təsdiqlənən Böyük Qayıdış Proqramından irəli gələn vəzifələrin icrasına başlanılıb. Cari ildə həm də Şərqi Zəngəzur hava qapısını dünyaya açdı. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. İlk “ağıllı kənd” olan Ağalı kəndi sakinlərini qarşılamaqla Böyük Qayıdışın birinci addımı kimi diqqətdə oldu.”

YAP Xətai rayon təşkilatının sədri böyük qürur hissi ilə nailiyyətlərimizi sadalamaqla 2023-cü ilin də tariximizə uğur səhifəsi kimi yazılacağına əminliyini inamla bildirib: “2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Bu, dahi şəxsiyyətin bugünümüzə və gələcəyimizə xidmət edən siyasətinin təntənəsi olan hər bir uğurumuzun təqdimatıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, qarşıya bu hədəfi qoydu: Biz Qərbi Azərbaycana qayıdacağıq. Tarixi həqiqətlər, real faktlar, ədalət və beynəlxalq hüquq hər bir hədəfimizə zamanında nail olmağa əsas verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz hər zaman həqiqəti deyirik.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ