Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraqlı olduğu formada və həcmdə hər cür yardım göstərir.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, "Rusiya yaxın aylarda Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasını gözləyirmi" sualına cavabında deyib ki, bu sualı danışıqlar aparan tərəflərə - Bakı və İrəvana vermək lazımdır.
"Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”, - deyə Lavrov bildirib.