Cümə axşamı günü, 12 noyabr 2026
     

Cənubi azərbaycanlıların mübarizə yönümü dəyişir...

Image


İranda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümündən sonra rejim əleyhinə başlayan etiraz nümayişlərinin iki aydan artıq davam etdiyi müddətdə ölkənin azərbaycanlıların yaşadığı bölgələrində insanlar öz tələblərini irəli sürərək aksiyalara qoşulur.

İran Azərbaycanının Təbriz və digər şəhərlərində universitet tələbələri etiraz aksiyaları keçirib, böyük ticarət mərkəzlərinin işçiləri tətil etdiklərini bildiriblər. Bu etiraz nümayişlərində Azərbaycan türkləri “azadlıq, ədalət və milli hökumət” şüarları səsləndirir.

Hazırda ölkə boyu davam edən aramsız etiraz aksiyaları fonunda paytaxt Tehranla yanaşı bir çox şəhərlərdə, o cümlədən, İranın ən iri bazarı hesab edilən Təbriz bazarında bir çox dükan və marketlər bağlanıb. İran azərbaycanlıları, xüsusilə Təbriz bazarının bağlanmasını həssas məsələ sayırlar, onların fikrincə, burda çalışan ticarətçilərin tətil etməsi etirazlara öz ciddi təsirini göstərəcək. Son günlərdə sosial mediada yayılan videogörüntülərdə Tehran, Təbriz və İranın bəzi şəhərlərində sıralanmış mağazaların bağlı olduğu, alış-verişin getmədiyi görünür. Təbriz bazarından çəkildiyi deyilən video görüntülərdə bazar boşdur, dükanlar açıq deyil. Yerli ticarətçilər bununla tətil etdiklərini və etiraz aksiyalarına dəstək verdiklərini deyirlər. İranın Azərbaycan vilayətinin bəzi şəhərlərində də yerli ticarətçilər öz mağazalarını açmayıb. Onlardan biri olan ticarətçi Nasir Xadayari mağaza və dükan sahiblərinin tətil elan etdikərini eşidib və dərhal bunu dəstəkləyərək məşhur Təbriz bazarındakı mağazasını açmayıb. O, BBC-yə deyib ki, artıq yorulublar: “Dindirəndə deyirik ki, dünyanın ən böyük qapalı və tarixi bazarı Təbrizdədir, amma ailəmin xərcini çıxarda bilmirəm. Yüksək vəzifəli şəxslərin övladları Avropa və ABŞ-da öz istədikləri kimi yaşayır, qalanlarının vəziyyəti dözülməzdir”. Dünyanın ən böyük bazarlarından biri sayılan Təbriz bazarında azı 5 min 500 dükan yerləşir. Bazarda karvansaralar, çoxlu rastabazarlar (bir neçə kiçik bazarın qovşağı) var. Təbriz bazarında dükan sahibi olan orta yaşlı Mehdi Dustdar  deyir ki, iqtisadi vəziyyət getdikcə pisləşir, adi dərmanları belə tapmaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, alış-veriş tamamilə zəifləyib: “Təbriz bazarında əsnaf milçək qovalayır. Əlində pulu olan gedib Türkiyədə, İstanbulda ev alır. Gələcəyə ümidimiz qalmayıb. Mən də dükanı satmağı düşünürəm. Hərçənd dədə-baba mirasımızdır, amma çarəmiz qalmayıb. Təkcə açıq və ya qapalı deyil, şəhərin hər yerində əsnaf çəkib dükanı bağlayıb. Ancaq görünür ki, vəziyyət yaxşıya doğru getmir və bazarın açıq olub-olmaması durumumuzu çox dəyişdirməyəcək”.Təbriz sakini, 40 yaşlı Mina Həsənzadə yerli ticarətçilərin tətilini dəstəkləyir, hətta bu tətilin nəqliyyat, təhsil sektoruna da sirayət etməsini istəyir: “İndi ölkədə cavanların hamısı iş axtarır, amma əvəzində bunlar da qana susayıb. Əllərinə düşən hər kəsi tuturlar. Bir çox adam öldürüblər. Səsimizi heç kimə çatdıra bilmirik”. Türkiyədə yaşayan İran azərbaycanlısı Kərim Əsgəri qeyd edir ki, bir çox bazar-dükanın bağlanması həssas məsələdir və bu tətil ölkədə diqqəti cəlb edib: “İslam inqilabı zamanı da belə bir tətil olmuşdu və hətta inqilabın qurucusu Ayətullah Xomeyni bunun üçün əsnafa və bazardakılara təşəkkür eləmişdi”. O, etirazların tezliklə səngiyə biləcəyinə inanmır, qeyd edir ki, son günlərdə iki uşağın, onlarla gəncin öldürülməsi insanların qəzəbini daha da artırıb. Uşaqların ailələrinə yaxın mənbələr bildiriblər ki, çərşənbə günü İranın cənub-qərbindəki İzeh şəhərində hökumət əleyhinə etirazlar zamanı onlar təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Dövlət mediası İzeh şəhərində “terror hücumu” zamanı motosikletli silahlıların 7 nəfərin öldürüldüyünü bildirib. Lakin mənbələr “BBC Farsca”ya bildiriblər ki, 9 yaşlı Kian Pirfalak və 14 yaşlı Sepehr Maqsudi təhlükəsizlik qüvvələrinin açdığı atəşlə öldürülüb.

ABŞ-da yaşayan güneyli milli fəal Babək Çələbiyanlı “Amerikanın Səsi”nə müsahibədə İranda azərbaycanlıların digər etnik qrupların nümayəndələri ilə etirazlara qoşularaq öz tələblərini dilə gətirdiyini bildirib. O, azərbaycanlıların əsas tələblərinin ana dilində təhsil, Urmiyə gölündə yaranmış ekoloji vəziyyət və ictimai-siyasi hüquqların təmin edilməsi ilə bağlı olduğunu deyib. Babək Çələbiyanlının bildirdiyinə görə, son illərdə İran Azərbaycanının şəhərlərində ana dilində təhsil, Urmiyə gölünün quruması ilə bağlı etirazlarda yüzlərlə azərbaycanlı gənc İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib, çoxlarına qarşı məhkəmə işləri açılıb. O, azərbaycanlıların İran rejiminə qarşı ölkənin digər etnik azlıqları ilə etiraz aksiyalarına qoşulduğunu qeyd edərək, bu nümayişlərdə onların öz şüarlarını səsləndirdiklərini qeyd edib: “Azərbaycanlılar bu reallığa gəlib çatıblar ki, təkbaşına bu rejimin qarşısında qalib ola bilmyəcəklər. Ona görə də keçən iki ayda digər xalqlarla - ərəblərlə, kürdlərlə, bəluclarla və farsların özü ilə bərabər İran rejiminə qarşı mücadilələrini yürüdürlər və onların özlərinin bu özəl şüarları var: “azadlıq, ədalət və milli hökumət”. Babək Çələbiyanlı son iki ayda ölkədə yaşayan etnik azlıqların nümayəndələrinin İranda rejim əleyhinə öz etirazlarını, müxalifliyini nümayiş etdiyini qeyd edib. Onun sözlərinə görə, əvvəllki illərdən fərqli olaraq etirazlar ölkənin hər yerində və bütün etnik azlıqların birlik göstərdiyi şəraitdə davam edir: “Artıq İranda, demək olar ki, bütün millətlər bu nəticəyə gəlib ki, təkbaşına heç bir millət İran rejiminə qarşı bir naliyyət əldə edə bilməz. Buna görə də rejimə qarşı bir hərəkat yarandı. İndi görürük ki, keçən iki ayın içində həm azərbaycalılar, həm bəluclar, həm ərəblər, həm kürdlər və farsların özü də İranın hər yerində rejimə qarşı mücadilə və mübarizə aparırlar”. O, İran rejiminin əvvəlki illərdə ayrı-ayrı regionlarda baş verən etirazları güc yolu ilə asanlıqla yatıra bildiyini, lakin hazırda nümayişlərin İranın bütün bölgələrini bürüdüyü şəraitdə bunu etməyə nail ola bilmədiyini deyib: “Əgər xalq etirazlarını bu cür davam etdirirsə, İranda böyük dəyişiklilərin şahidi ola bilərik”. Babək Çələbiyanlı Azərbaycan prezidenti İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının zirvə görüşündə Azərbaycanın  hüdudlarından kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və dil və mədəniyyətlərinin qorunması ilə bağlı açıqlamalarına toxunaraq, bunu tarixi çıxış adlandırıb: “Güneydə yaşayan soydaşlarımız hər zaman Azərbaycan Respubikası hakimiyyətindən bunu gözləyirdi. Gec də olsa, bu tarixi şəraitdə Azərbaycan prezidentinin bu çıxışı hər kəsi mutlu etdi, hər kəsi sevindirdi”. Son günlər bəzi güneyli fəallar Türk Dövlətləri Təşkilatının zirvə görüşündə azərbaycanlıların hüquqlarının müdafiəsi, dil və mədəniyyətlərinin qorunması məsələsini qaldırdığına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ