Cümə axşamı günü, 12 noyabr 2026
     

Qərb və Rusiya Tehranla İrəvanın Fars körfəzi-Qara dəniz dəhlizinə qarşı...

Image


Son dövrlərdə Ermənistan və İran tərəfindən aktuallaşdırılan məsələlərdən biri Fars körfəzi-Qara dəniz dəhlizinin ərsəyə gəlməsinə nail olmaqdır. Amma real mənzərənin təhlili göstərir ki, bu layihənin həyata keçrilməsi mümkün deyil. Əsas səbəb İran və Ermənistanın layihənin həyata keçməsi üçün maliyyə imkanlarının yoxluğu, həmçinin Qərb dünyasının və Rusiyanın bu layihəyə qarşı çıxmasıdır.

Hələ bu ilin oktyabrında İrəvanda səfərdə olarkən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Armen Mirzoyanla mətbuat konfransında bildirib ki, ölkəsi Ermənistanla Fars körfəzi-Qara dəniz dəhlizində Hindistanın oynaya biləcəyi rol haqda yekdil fikrə gəlib. O, bu yol ilə bağlı məqsədlərini reallaşdırmaq və bu dəhlizin tikintisində daha da mühüm rol oynamaq üçün Ermənistan-İran-Hindistan üçtərəfli platformasının formalaşdırılmasının vacibliyini qeyd edib: “Mənim Ermənistana səfərimin əsas məqsədlərindən biri Fars körfəzi-Qara dəniz dəhlizidir”. Lakin bu dəhlizin ərsəyə gəlməsi üçün Ermənistan və İranın pulu yoxdur. Üstəlik, məsələnin digər tərəfləri də var. Bəllidir ki, Ermənistanın Qara dənizə birbaşa çıxışı yoxdur. Bu səbəbdən, “Şimal-Cənub” nəqliyyat dəhlizinin Yeni Dehli-Tehran-İrəvan-Tiflis-Qara dəniz istiqamətində inkişaf etdirilməsi planlaşdırılan qolu mütləq Gürcüstan ərazisindən keçməlidir. Beləliklə, Gürcüstan “Şimal-Cənub” dəhlizinin öz ərazisindən keçməsində maraqlı olmasa, həmin layihənin Fars körfəzi-Qara dəniz xəttinin inşası iflasa uğramış olacaq.  Gürcüstan isə Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Gürcüstanın baş naziri İrakli Qaribaşvili  Bakı ilə Tiflisin birlikdə reallaşdırdığı layihələrlə bağlı danışarkən nəqliyyat layihələrini xüsusilə vurğulayır: “Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Bizim artıq reallaşdırdığımız mühüm layihələr var. Bunlar tarixi layihələrdir - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik". Orta Dəhlizin vurğulanması bir daha göstərir ki, Gürcüstan bu dəhlizin inşasında da Azərbaycanla eyni mövqeyi paylaşacaq.  Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Buna görə də, tarixi Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya) canlandırılmasına yönəlmiş Orta Dəhliziin əhəmiyyəti artır. Xüsusilə də Rusiya vasitəsilə Asiyadan Avropa İttifaqı bazarlarına məhsulların tədarükündə problemlərin yaranması bu dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz Çin və Avropanı birləşdirir. Marşrut belədir: Marşrut: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə-Qara dəniz – Avropa. Ermənistan bu marşrutdan kənardadır. Layihə Qərbin də xüsusi maraq dairəsindəir. Bunu erməni tarixçi Aşot Nersisyan da etiraf edir: “Fars körfəzi-Qara dəniz” layihəsi Ermənistan üçün çox önəmli ola bilər. Fars körfəzi-Qara dəniz layihəsini İpək Yolu ilə eyniləşdirmək olar, iki layihə eyni əhəmiyyətə malikdir. Amma Qərb hazırda Fars körfəzi-Qara dəniz layihəsinə müdaxilə edə bilər. Qərb istərdi ki, Zəngəzurdan keçən dəhliz Azərbaycana verilsin”. Erməni tarixçi bildirib ki, Fars körfəzi-Qara dəniz layihəsinin Rusiya tərəfindən sabotaj ediləcəyini də istisna etmir.

Qeyd edək ki, Rusiya Fars körfəzi-Qara dəniz layihəsinin əvəzinə Azərbaycan üzərindən keçən “Şimal-Cənub” dəhlizinin reallaşmasında maraqlıdır. Elə bu günlərdə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bunu bir daha təsdiq edib. Birgə infrastruktur-logistika layihələrinin bütün əməkdaşlıq kompleksinin genişləndirilməsi üçün yeni drayver olacağını vurğulayan Rusiya Federasiyası Hökumətinin sədri burada Qərb marşrutunu – “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini xüsusi qeyd edərək deyib: “Biz 2030-cu ilə qədər bu dəhlizlə daşımaların həcmini artıraraq ildə 15 milyon tona çatdırmaq niyyətindəyik”. Reallıq budur ki, Azərbaycan həm avtomobil, həm dəmiryolu, həm də hava nəqliyyatı baxımından yeni dəhlizlər yaratmaqla tranzit potensialını yüksəldir və bu baxımdan ölkəmiz qitələrarası bağlantıda əlaqələndirici rol oynayır. Xüsusən də Qarabağda icra olunmuş infrastruktur layihələri regionumuzdan keçən dəhlizləri nəzərə almaqla bir-birinə əlaqələndirilmiş şəkildə inteqrasiya edilir. Bu baxımdan inşa edilən avtomobil yollarından biri də Şükürbəyli-Cəbrayıl-Hadrut magistralıdır. Bu yolun davamı olaraq Füzuliyə qədər hissəsinin (Füzuli-Hadrut) tikintisi hazırda gedir və bu ilin sonunda təhvil verilməsi planlaşdırılıb. Füzuli-Ağdam və Ağdam-Bərdə yollarının tikintisi də yekunlaşmaq üzrədir. Bu layihələr ya bu ilin sonu, ya da gələn ilin əvvəlində təhvil veriləcək. Bərdədən Yevlaxa da əlaqə var. Oradan isə iki istiqamət üzrə Gürcüstana çıxmış oluruq. Bu yol İran sərhədinə də çıxır. Bu o deməkdir ki, yol həm Şərq-Qərb üzrə Bakıdan Zəngəzur dəhlizinə qədər ərazini birləşdirir, həm də Cənub-Qərb istiqamətində Fars körfəzi ilə Qara dəniz arasında əlaqə ola bilər. Belə vəziyyətdə Fars körfəzi-Qara dəniz dəhlizində əsas əlaqələndirici ölkə Azərbaycan olacaq və bunun üçün ölkəmizdə lazımı infrastruktur yaradılıb. Ermənistan isə belə infrastruktura malik deyil. Bundan başqa, İrəvanda bəhs edilən Fars körfəzi-Qara dəniz dəhlizi Ermənistanın bu başından o başına qədər bir yolu nəzərdə tutur. Azərbaycan variantında isə bu cəmi 40 kilometrdir. Qeyd edək ki, Fars körfəzi-Qara dəniz dəhlizinin Ermənistandan keçməsinə İran düz 30 ildir çalışır, amma bu layihəni gerçəkləşdirə bilmir. Səbəb isə Ermənstanın Gürcüstanla sərhəd ərazilərinin dağlıq olması və nəqliyyatın hərəkəti üçün qeyri-münasibliyidir. Deməli, Fars körfəzi-Qara dəniz dəhlizinin Azərbaycandan keçməsinin başqa alternativi yoxdur. Həm də bu məsələdə Qərb və Rusiya maraqlı tərəflərdir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ