Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənilərin Edilli vəhşiliyi dünya mediasının diqqət mərkəzində...

Image


Məlumdur ki, Ermənistan hər iki Qarabağ müharibəsinin gedişində, eləcə də bu iki savaşın arasında sürən işğal dövründə çox sayda hərbi cinayətlər törədib. İşğaldan azad edilən ərazilərimizdə ardıcıl aşkar olunan kütləvi məzarlıqlar da bunun sübutudur.

  • Meyitlərin əksəriyyətinin kəllə sümüklərində güllə deşikləri aşkarlanıb

Vətən müharibəsinin davam etdiyi dövrdə beynəlxalq ictimaiyyət dəfələrlə erməni vəhşiliyinin şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Müharibə dövründə belə atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olub. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın bu gün də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bugünədək 260-a yaxın mülki şəxs və hərbçi minaya düşərək həlak olub və ya öz sağlamlığını itirib. Beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri nəhayət ki, ikili standartlar siyasətindən əl çəkməli və Ermənistana qarşı ən sərt tədbirlər görməlidirlər. Artıq dəqiq müəyyən edilib ki, Xocavəndin Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkar edilmiş kütləvi məzarlıqda dəfn olunmuş 12 meyit qalığı Azərbaycan hərbi qulluqçularına aiddir. Həmçinin ekspertiza yolu ilə müəyyən olunub ki, qətlə yetirildikdən sonra kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmiş bu insanlara əvvəlcə işgəncə və əzab verilib. Meyitlərin sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonu Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlığa səfəri zamanı bu fonda qeyd edir: “Dünyada kütləvi məzarlıqlar müharibə və münaqişələri, təqib olunan əhalinin faciəsini xatırladır. Aşkar edilmiş məzarlıqda bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına kömək edəcək vacib sübutlar var”. General-mayor bunun aşkar edilən üçüncü deyil, əslində, dördüncü kütləvi məzarlıq olduğunu və ümumilikdə 25 nəfərin qalıqlarının tapıldığını əlavə edib: “Burada aşkar edilən əşyalar həmin şəxslərin Azərbaycan ordusunun hərbçiləri olduğunu təsdiq edir. Biz xalqımızın başına gələnləri, erməni işğalçılarının hansı cinayətləri törətdiyini göstərmək üçün buradayıq. Bunlar sadəcə, kütləvi məzarlıqlar deyil, hər bir məzarın arxasında ayrı-ayrı insanların həyat hekayəsi var”.

Onu da qeyd edək ki, Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar dünya mətbuatının diqqət mərkəzindədir. Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan, azərbaycanlı hərbçilərin olduğu cəsədlərdən ibarət kütləvi məzarlıq barədə geniş məlumat yayıb. “Anadolu” və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları erməni vandalizminin daha bir nişanəsindən bəhs edərək işğaldan azad olunan Azərbaycan torpaqlarında üzə çıxarılan növbəti insanlıq əleyhinə cinayətdən bəhs ediblər. Türkiyə mətbuatı ermənilərin bu amansızlığını bəşəri cinayət kimi dəyərləndirib. Türkiyə mediası yazır ki, cəsədlərin üstündəki geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Diqqətə çatdırılır ki, meyitlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir. Türkdilli ictimaiyyətə məlumat verilib ki, Ermənistanın əsasız iddiaları ilə yaranan birinci Qarabağ savaşında 3 min 890 azərbaycanlı hərbçi və mülki şəxs itkin düşüb. Fransanın “durabull-products” portalında dərc olunmuş “Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir” adlı məqalədə də bildirilir ki, Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəlinə aid kütləvi məzarlıq aşkarlanıb. Edilli kəndində aşkarlanmış 2-ci kütləvi məzarlıqla bağlı “20 Minutes”, “Le Preogres” portallarında da məqalələr dərc olunub. Məqalələrdə Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıqdan, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat olmamasından, Ermənistanın kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina etməsindən yazılıb. Moldovanın xəbər portalları da Edilli kəndi ərazisində Azərbaycan ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb. Belə ki, Moldovanın “Noi”, “Dosarmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə faktla bağlı Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işinin açıldığı qeyd olunub. Bildirilib ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən edilib. Qeyd olunur ki, istintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Həmin hadisələrin şahidi olmaqla 1993-cü il avqustun 28-dən 1994-cü il dekabrın 14-dək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

  • Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncələrə məruz qalaraq edam ediliblər

İspaniyanın EFE informasiya agentliyi, “SWI swissinfo.ch” xəbər və informasiya onlayn-xidmətinin ispandili versiyası beynəlxalq onlayn platforması, MSN xəbər portalında “Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlar – sağalmayan yara” sərlövhəli məqalə dərc ediblər. Məqalədə Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində bu yaxınlarda üç kütləvi məzarlığın aşkar edilməsinin Qarabağda birinci müharibə zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli prosesdə daha bir addım olduğu qeyd edilib. Azərbaycanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Tibbi məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova EFE-nin jurnalisti ilə söhbətində deyib ki, üç kütləvi məzarlıqda hərbçilərə aid olduğu ehtimal edilən 18 cəsəd aşkar edilib. İnformasiyalarda N.Hüseynovanın fikirlərinə istinadla qeyd olunur: “Ekspertizanın rəyindən sonra bu insanların taleyi ilə bağlı daha dəqiq təsəvvürümüz olacaq”. Həmçinin vurğulanır ki, bu ilin fevralında Edillidə mülki şəxslərə aid olduğu ehtimal edilən 7 nəfərin qalıqları aşkarlanıb, onların identifikasiyası prosesi hələ başa çatmayıb. İspandilli nəşrlər eyni zamanda yazır ki, Edilli kəndi Vətən müharibəsində demək olar 30 ildən sonra erməni işğalından azad edilib. EFE agentliyinin materialında diqqətə çatdırılır ki, Azərbaycanla Ermənistan arasında münaqişənin yekun həlli çərçivəsində, o cümlədən itkin düşmüş insanların taleyinin müəyyən edilməsi də daxil olmaqla, humanitar məsələlərin həlli mexanizmləri müəyyənləşdirilməlidir. Qeyd olunur ki, əsir düşmüş, girov götürülmüş və itkin hesab edilmiş insanların siyahısına daxil olunan vətəndaşların axtarışı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə aparılır. Azərbaycanın əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşların işləri üzrə işçi qrupunun baş müşaviri Namiq Əfəndiyev bildirib ki, itkin düşmüş insanların axtarışı – Birinci Qarabağ müharibəsindən geri dönməyi bacaran azərbaycanlı hərbi əsirlər və girovların ifadələrinə əsaslanır və bu çətin işdir: “Şahid ifadələri və digər məlumat əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsirlər və girovlar ətraf ərazilərdən Edilliyə gətirilmişdi. Burada yerləşən bölüşdürücü məntəqədən onlar daha sonra Qarabağın digər rayonlarına və Ermənistana göndərilirdi. Ermənilər şəhərdə qalan hərbi əsirləri yol təmirində işləməyə məcbur edirdilər. Təmir işlərində isə münaqişə zamanı dağılmış azərbaycanlı evlərinin daşlarından istifadə olunurdu”. Qətərin “Əl-Cəzirə” agentliyi də Qarabağda 1990-cı illərdə ermənilər tərəfindən işgəncə verilərək qətlə yetirilən azərbaycanlı hərbçilərin olduğu kütləvi məzarlıq barədə məlumat yayıb. Bildirilib ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncələrə məruz qalaraq edam ediliblər. Ümumilikdə isə həmin müharibə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. “Thesundaily” nəşri, “news7d.com”, “barrons.com”, “move-artistic.com”, “inversezone.com” portalları Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı informasiyaları belə bir sərlövhə ilə təqdim ediblər: “Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir”. Yazılarda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı tviter hesabında edilən paylaşıma istinadla qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncə verilərək qətlə yetirilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı hərbçi və mülki şəxsin taleyi barədə məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini bildirməkdən yayınır. 

Avstriyanın “dasfazit.at “onlayn qəzetində "Ermənistan kütləvi məzarlıq yerlərinin xəritələrini vermir" adlı məqalə dərc olunub. Məqalədə Edilli kəndində tapılmış kütləvi məzarlıqdan bəhs edilir. Qeyd olunur ki, məzarlıqda aşkar edilmiş qalıqlar azərbaycanlı hərbçilərə məxsusdur: “Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqaret kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək”. Məqalədə vurğulanır ki, bu cür kütləvi məzarlıqlar tək Xocavənd rayonunun Edilli kəndində yox, eyni zamanda, işğaldan azad olunan digər ərazilərimizdə də, Xocalı kəndlərindən birində, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli rayonlarında və digər ərazilərdə aşkar olunub. Həmçinin vurğulanır ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir. Materialda qeyd olunur ki, eyni zamanda, bu məhkəmədən kənar və özbaşına qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Bundan başqa, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlərin beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayəti sayıldığı qeyd edilib. Məqalədə bildirilir ki, itkin düşmüş ailələr beynəlxalq hüquq normalarına görə, öz itkin düşən ailə üzvləri haqqında məlumat almaq hüququna malikdirlər. Ermənistan kütləvi məzarlıqların müfəssəl məlumatını təqdim etməməklə həmin ailələrin də hüquqlarını pozub.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ