Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Nəsimi Şərəfxanlı Zəfər gününədək vuruşdu... - MÜSAHİBƏ

Image


“Müharibəyə getməyə nəinki ruhən hazır idim, hətta bu arzu ilə yaşayırdım”

Vətən müharibəsində işirak edən həmkarlarımızdan biri də Cumhuriyyet.az saytının  baş redaktoru Nəsimi Şərəfxanlıdır. Qazi baş redaktor Cəbrayılın, Qubadlının və Laçının azad olunmasında cəsarətlə döyüşüb və Vətən qarşısında bir oğul kimi öz vəzifəsini layiqincə yerinə yetirib. Layihəmizin budəfəki qonağı Nəsimi Şərəfxanlıdır.

- Nəsimi müəllim, torpaqlarımızın azadlığı uğrunda döyüşə yollanan həmkarlarımızdan biri də Sizsiniz. Müharibəyə getməyə daxilən - mənən, ruhən hazır idinizmi? Bildiyim qədər, könüllü getmisiniz...

- Biz müharibədə böyümüş nəsilik. Qarabağ savaşının başlaması və şiddəti bizim yeniyetmə və gənclik dövrümüzə düşdü. 1992-ci ildə orta məktəbin son sinfində oxuyanda bir neçə sinif yoldaşımla cəbhəyə yollanmışdıq. Yaşımız çatmadığından az sonra bizi geri qaytardılar. Sonra 1993-cü ildə ata yurdum işğal olundu, qohumlarımız qaçqın düşdü. Öz yurduna gedə bilməmək də bir başqa dərddi. Əslində 30 ilin hər anı müharibə, doğma torpaqların azad olunması hissi, arzusu ilə keçib. Buna görə də müharibəyə getməyə nəinki ruhən hazır idim, hətta bu arzu ilə yaşayırdım. Bu savaş bu xalqın taleyindən mütləq keçməliydi. Savaşa getdiyim gün bir cümlə yazmışdım: “müharibəni övladlarımıza buraxmayaq”. Millətin və dövlətin tarixində qızıl səhifə olan bu savaşda iştirak şərəf idi. Bizim nəsil 30 illik həsrət, müqəddəs torpaqlarımız uğrunda qisas və intiqam hissində böyüyüb. Ruhları qarşısında baş əydiyimiz, məzarlarını ziyarət etdiyimiz zaman qanlarının yerdə qalmayacağına verdiyimiz söz üçün müharibə Tanrının bizə bəxş etdiyi fürsət idi. Qismən səfərbərliyin elan olunması arzumun reallaşması üçün böyük şans yaratdı.

- Hərbi rütbəniz baş leytenantdir, ixtisasca filoloqsunuz, özünüz də jurnalistika ilə məşğul olursunuz. Bu üç vacib sahəni özünüzdə birləşdirməyiniz maraqlıdır.

Bir jurnalistin döyüşçü kimi özünü ifadə etməsi çətin olmadı ki? Cəbhə həyatına adaptasiyanız necə oldu?

- İstər zabit, istərsə də əsgər kimi, fərq etməz, Vətən müharibəsinə qatılmaq elə bir məqamdır ki, bütün digər peşə, vəzifə, ictimai mövqelər arxa plana keçir. Zabit kimi 2006-cı ildə xidmət keçmişdim, amma bu dəfə formanı geyinəndə tam başqa bir hiss və qürur keçirdim. Bu, sözlə ifadə olunmayan bir haldır. Savaşa qatılan hər kəs bu hissi keçirirdi. Bir səngərdə olan, bir yerdə döyüşə qatılan oğlanlar sanki illərdi bir-birini tanıyırmış kimi davranırdı. Müharibəyə adaptasiya olmaq deyə bir proses yaşamadıq ki, elə bil dünyaya gələndən bu  savaşın içində olmuşduq. Əslində 44 gün ömrümüzün içində yaşadığımız ayrı bir ömürdür. Elə bir ömür ki, burda ailə, qohum, dost, ev-eşik anlayışı fərqlidir. Bu ömürdə ölüm yoxdur, kədər yoxdur, əzabı-çətinliyi belə zövqlüdür. Müharibə cəbhə yoldaşının şəhid olduğu anı yaşamaq, digər tərəfdən uğurlu əməliyyatların xəbərini almaq, eyni anda həm sevinməyin həm də kədərlənməyin nə olduğunu yaşadır. Eyni zamanda ailənə, sevdiklərinə bir daha geri dönməyəcəyin kimi hisslər yaşayırsan. Tezliklə sağ-salamat dönüb sevdiklərinə qovuşmaq hisslərini yaşamaq da gözəl duyğulardandır. Mülki əhalinin bizim üçün göndərdiyi əsgər yardımları içərisində məktəblilərin “Bizim yaşımız çatmır, ancaq sizlərin yanında olmaq istəyirik” kimi məktublarını oxuyarkən qürurlanırsan. 44 günlük müharibə yetişən gəncliyimizlə qürurlanmağa haqqımızın olduğunu da göstərdi. Bəzən ən təhlükəli, geri dönüşün olmadığı anlarda yarımçıq qalan arzuları da 44 günlük müharibədə yaşadıq. Mülki həyata adaptasiya olunmağa gəlincə, ilk vaxtlar bu qismən çətinlik yaratdı. Döyüşdən çıxdığımız ilk vaxtlar  bu hiss olunmurdu, lakin sonralar döyüşləri xatırlayırdım. Ona görə də psixoloji cəhətdən özümü narahat hiss edirdim...

- Əsgər və zabitlərimizin, könüllülərimizin, səfərbərliklə gedənlərin Vətən müharibəsində göstərdiyi igidliyi, şücaəti necə qiymətləndirərdiniz?

- Azərbaycan hərbçilərinin Qarabağ savaşında qəhrəmanlığı və şücaəti haqqında hələ illər sonra da danışılacaq, bu qəhrəmanlıq əfsanələşdiriləcək. Əsgərlərim övladım yaşda idilər, elə övlad  gözündə gördüyüm bu igidlər dözümlülüyü, möhkəmliyi, təmkini ilə mənim üçün yaş kriteriyasını darmadağın etdilər. 19-20 yaşlı uşaqların ən sərt şərtlər altında, qan, ölüm əhatəsində göstərdikləri dəyanət möcüzə idi. Sultanov soyadlı bir əsgərim vardı, 20 yaşı tamam olmamışdı, fiziki baxımdan da elə cüssəli deyildi. Bir dəfə mövqe dəyişikliyi zamanı hərəkətdə olarkən zarafatla dedim ki, sən çəkindən ağır yük daşımağa görə rekordlar kitabına düşərsən. Dönüb dedi ki, komandir, yükü bədənim yox ürəyim daşıyır. Bax, belə oğullarla birgə olmaq bir başqa dünyada olmaq idi. Mülki həyatda olanda deyirik ki, sənə canım qurban. Məqamı gələndə canını fəda etməyi bacaran oğullarımızı gördük Vətən müharibəsində. Onlar gözünü qırpmadan sinələrini düşmən gülləsinə sipər etdilər. Çünki Vətən, torpaq onlara əmanət idi. Torpağın düşməndən azad olunması onlar üçün candan, qandan irəli idi. Cəbrayıl uğrunda  döyüşlər zamanı yoldaşlarımızdan şəhid olanlar var idi. Allah onlara rəhmət eləsin. Bəzən elə vəziyyətlərə düşürdük ki, su və başqa ehtiyacları əldə edə bilmirdik. Həmçinin, döyüş yoldaşlarımızı itirməyimiz bizə mənəvi və psixoloji təsir edirdi. İllər keçsə də onları əsla unuda bilməyəcəyik. Bu bizim yaddaşımızda əbədi qalacaq.

- Müharibədə iştirak etməklə həm də böyük bir tarixin yaranmasına şahidlik etdiniz. Bu barədə təəssüratlarınız maraqlıdır. Bu tarixin yaradılmasına şahidlik etmək necə bir hissdir?

- Tarixin hansı dönəmində, hansı məkanda yaşamaq insan həyatını müəyyənləşdirən mühüm faktordur. Azərbaycanın milli qələbəsinin şahidi olmaq, bu zamanda yaşamaq özü bir xoşbəxtlikdi. Bu qələbədə zərrə qədər belə payı olmaq isə ikiqat xoşbəxtlikdir. Bir qabdan çörək yeyib, su içib, bir səngəri bölüşdüyün igidlərin həyatda olmadığını düşünmək ağırdır. Şəhidlərimiz hər zaman qürurla anılacaq. Bizim qarşımızda ermənilər var. Onlar elə düşməndir ki, illərdir bu ərazilərdə pusqular qurub. Onlar savaşa bilmir, ancaq qorxub qaçırlar. Qaçdıqca əraziləri minalayırlar. Amma Azərbaycan Ordusu onların düşündüyündən də güclü, yüksək hərbi biliklərə malikdir. Odur ki, biz nə özümüzün, nə də əsgərlərimizin onların tələlərinə düşməsinə imkan verdik.

- Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirən əsas amillər nə oldu?

- Bu qələbə xalqın və xaliqin məqamında haqqın bərpası idi. 30 il ərzində heç vaxt heç bir azərbaycanlının beynində Qarabağın əbədi itirilməsi fikri olmadı. Ən başlıca şərt bu inam idi. Biz xalq olaraq qələbəmizə inanırdıq və bu inam ətrafında da ümumxalq səfərbərliyi reallaşdı. Şuşada əlbəyaxa döyüşən qəhrəman əsgərdən yenicə dil açıb "nooldu Paşinyan" improvizəsi edən körpəyədək bütöv bir xalq bir orduya çevrildi. Bu ümumxalq qələbəsi idi və bu qələbəyə hər bir azərbaycanlı öz imzasını atdı.

- Bir qazi jurnalist kimi cəmiyyətin, dövlətin Sizə verdiyi dəyər yetərincədir?

- Vətən müharibəsi hər şeydən öncə vətəndaşlıq borcudur. Bu borc heç bir qarşılıq gözləmədən ödənilməli borcdur. Bəli, şəhidlər, qazilərlə bağlı müxtəlif dövlət proqramları həyata keçirilir. Amma düşmənlə döyüşüb vətəni, dövləti, əzizlərini müdafiə etməyə görə qarşılıq gözləməyi də qəbul etmirəm. Bu baxımdan dövlətimizdən istəyim azad vətən və xoşbəxt vətəndaşdır.

- Döyüş yolunuz haralardan keçdi?

- Döyüşlərə Cəbrayıl rayonunun kəndlərindən başlamışam, sonrakı döyüş yolum Qubadlı, Laçın, Xocavənddən keçib. O torpaqlara ilk ayaq basmaq böyük sevinc idi. Sanki dağ, dərə, yollar da sevinirdi. döyüşlərimiz Cəbrayıl istiqamətində baş tutdu. Ən çətin  günlərimiz də elə Cəbrayılda oldu. Bundan sonra Qubadlı istiqamətində müharibə davam etdi.

- Müharibədə gərgin döyüş anlarını ifadə etmək üçün nə isə yazmaq istərdinizmi?

- Müharibə ilə bağlı xatirələr çoxdu. Cəbrayılda düşmən tərəfindən viran edilən xarabalıqlarda bir neçə gün gecələdik. Uçuq evlərdən birində yatırdıq. Uçuq ev deyirəm, lakin o evdə 30 il bundan əvvələ aid olan nə qədər xatirələr var idi. Həmin evdə bir uşaq beşiyi var idi. Beşik paslamış, əzilmiş, sadəcə maketi qalmışdı. Üzərindən 30 il vaxt keçmişdi. Hər dəfə ona baxanda  qəribə hisslər keçirirdim. Beynimdə o evdə 30 il əvvəl  yaşamış azərbaycanlıların xatirələri canlanırdı. Bəlkə o beşikdə olan körpə özü də indi döyüşlərdə idi. Onların öz yurd-yuvalarından didərgin düşmələri, yenidən buraya qayıdacaqları gözümün qabağına gəlirdi. O evdə illərin həsrəti, sönmüş ümidlər var idi. Lakin mən onların yenidən közərdiyini hiss edirdim.

- Jurnalistin bir neçə günün içində döyüşçüyə çevrilməsi necə hissdir?

- Müharibənin ilk günlərində Ordumuzun uğurları, əldə olunan qənimətlər, düşmənin döyüş bayrağını və silah-sursatını qoyub qaçması əsgərlərdə böyük ruh yüksəkliyi yaratmışdı. Qələbənin qısa bir zamanda əldə olunmasına böyük inamımız vardı. Bildiyiniz kimi, bu istiqamətlərdə coğrafi relyef və iqlim olduqca əlverişsiz idi. Düşmən istehkamının olduqca güclü olmasına baxmayaraq, müharibənin ilk günlərində Füzuli və Cəbrayıl istiqamətində ciddi uğurlar əldə olundu.

- Heç zaman unuda bilmədiyiniz döyüşlər barədə danımağınız maraqlı olardı...

- Cəbrayıl ərazisinə çatan kimi bizim olduğumuz avtobusun üzərinə “cəhənnəm” deyilən silah atıldı. Avtobusun düz üstündən keçdi. O an şəhid olduğumuzu hiss etdik. Allah qorudu, yoxsa həmin gün şəhidlik zirvəsinə yüksələcəkdik. Gecə saat  3-ə işləyirdi. Cəbrayılda düşmənin üzərinə hücum etdik. Bölük komandirimiz həmin döyüşdə şəhid oldu. Kəndi alıb çıxanda ermənilər maşınını partlatmışdılar. Cəbrayıldan Qubadlıya gedərkən qaranlıqdan işıqlığa çıxdığımız an minamyotlardan atırdılar. Biz bir cərgə ilə gedirdik. Qarşımıza bir it çıxdı. Həmin it gəlib yanımızdan keçdi. Sonradan bildik ki, ermənilər həmin itin başına kamera yerləşdiriblər ki, bizi izləsinlər, onlara görüntü versin, onlar da bizi aydın şəkildə vura bilsinlər. Cəbrayıldan Qubadlıya piyada dağlarla, 2 saat dayanmadan yol getdik. Gecə Qubadlıya çatdıq. Orada gecələdik. Çox vaxt dağların arasında yer qazıb orada yatırdıq.

Laçına çatmışdıq. Laçın çox gözəl yerdi. Laçında bir neçə gün dağda qaldıq. Laçın dəhlizindən su doldurub gətirirdik. Daha sonra qaldığımız yerin vurulacağını bildiyimizə görə aşağı – tankçı əsgərlərin yanına düşdük. Orada özümüzə yer hazırladıq. Böyük moruq sahəsi var idi. Yoldaşlarımdan biri orada kiçik bir koma tapdı. Hamımız ora yerləşdik. Həmin yerdə bizdən öncə ermənilər gizlənibmiş. Onlara məxsus çox şey tapmışdıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ